Nəticələrin müzakirəsi
Bizim müşahidəmiz altında olan 77 xəstənin 81 bud seqmenti kilidli çivi vasitəsilə osteosintez edilmişdir. Müasir dövrdə bud sümüyünün diafizinin sınıqları zamanı kilidli çivilərlə osteosintez bu sınıqların müalicəsində qəbul edilmiş standart sayılır [5]. Kilidli çivilərlə osteosintezdən sonra əməliyyatdan sonrakı dövrdə 2-3 gün müddətinə xəstənin ağrıları tam sakitləşir, şişkinlik azalır. Bundan sonra bud-çanaq və diz oynağına hərəkətlər verilir. İki qoltuqaltı ağaclarla xəstə ayağa qaldırılaraq travma almış ətrafa tədricən ağırlıq salınaraq yeriməyə başlayır. Xəstələr 2-2,5 ay müddətində tam ağırlıq salaraq yeriyirlər və qoltuqaltı ağacını atırlar. Bütün xəstələrdə tam bitişmə alınmışdır. İlkin konsolidasiya əlamətləri osteosintezdən 1 ay sonra rentgenoloji olaraq qeyd edilməyə başlayır. Fralki eksperimentdə göstərmişdir ki, sümük iliyi kanalının buravlarla genişləndirilməsi zamanı sınıq zonasına sümük və sümük iliyi hissəciklərinin 24%-i düşür ki, bu da sınıq zonasını “birincili sümük plastikası” edir. Bu da sınıq zonasında sümük döyənəyinin əmələ gəlməsini sürətləndirir.
Bud sümüyünun kilidli çivilərlə osteosintezi zamanı qarşıya çıxan bəzi çətinliklər və fəsadlar baş vermişdir. Bunları şərti olaraq bir neçə hissəyə bölmək mümkündür:
-
Əməliyyat zamanı baş verən fəsadlar.
-
Buravın qırılması 1(1,2%) xəstədə.
-
Distal bloklamanın çətin olması 7 (8,6%) xəstədə.
-
Əməliyyatdan sonrakı dövrdə
-
İrinli nekrotik proses – 3 (37%) xəstədə osteosintezdən 2 il sonra baş vermişdir.
-
Distal vintin miqrasiyası – 2 xəstə
-
Distal vintin qırılması – 3 xəstə
Əməliyyat zamanı distal kilidləmənin çətin olması, istiqamətləndirici naviqasiya qurğusunun deşikləri ilə çivinin deşiklərinin bir müstəvidə olmaması səbəb olur ki, bəzi müəlliflər bunu çivinin sümük iliyinə güc tətbiq etməklə çəkiclə bərk vuraraq yeridilməsi nəticəsində baş verir [7, 8]. Bu versiyanı bizim praktikamızda olan xəstələr də təsdiq edir. Bizim praktikamızda 7 xəstədə çivilər güc tətbiq edilərək sümük iliyi kanalına yeridilmişdir ki, bu zaman distal kilidləmə çətinliklə həyata keçirilmişdir. Bütün xəstələrdə tam konsolidasiya olmuşdur. 28 xəstədə çıvılər 1 ildən sonra çıxarılmışdır.
Nümayiş üçün aşağıdakı xəstəni təqdim edirik:1. Xəst U. 29 y. avtomobil qəzası nəticəsində travma almışdır. Klinikaya daxil olarkən rentgenoloji müayinə zamani sağ bud sümüyünün iki səviyyədə- yuxarı və aşağı 1/3-nin sınığı qeyd edilmişdir. 3 gün sonra xəstəyə cərrahi əməliyyat- sağ bud sümüyünün kilidli çivi ilə osteosintezi edilmişdir. Sınıqlar tam bitişmişdir. 1 ildən sonra kilidli çivi çıxarılmışdır (şək.5 a, b, v, g).
a) b) v)
g)
Şək. 5. Xəstə U.-un rentgenoqrammaları: a) əməliyyata qədər, b) əməliyyatdan sonra, v) əməliyyatdan bir il sonra, g) kilidli çivi çıxarıldıqdan sonra.
Əməliyyatdan 2 il sonra 3(37%) xəstədə irinləmə baş vermişdir. Hər 3 xəstədə intramedullar çivi çıxarılmış, nekroektomiya edilmişdir. Bütün xəstələrdə bud-çanaq və diz oynaqlarında hərəkətlər tam bərpa olmuşdur.
2, Xəstə N. 42 y. avtomobil qəzası nəticəsində travma almş, rayonlardan birində ilk yardim göstərilərək bizim klinikamıza göndərilmişdir. Qəbul olarkən rentgenoloji müayinə zamanı sol bud sümüyünün yuxarı 1/3-nin qapalı qəlpəli yerdəyişmiş sınığı diaqnozu təyin edilmişdir. Qəbul olunduqdan 4 gün sonra xəstəyə cərrahi əməliyyat: sol bud sümüyünün kilidli çivi ilə osteosintezi və açiq üsulla böük yerdəyişməsi olan qəlpə yerinə qoyulmuşdur. Sınıqlar tam bitişmişdir. Lakin 1 il sonra distal vintlər nahiyəsində ağrı və şişkinlik əmələ gəlmişdir. Rayonda müalicə almiş və həmin nahiyədə fistula açılmışdır. Bizə müraciət edərkən fistuladan 1-2 ml duru irinli hemorragik maye ifraz olur.Xəstəyə fistuloqrafiya edilmiş və bu zaman fistulanin distal vintlərlə əlaqəsi aşkar edilmişdir. Xəstəyə cərrahi əməliyyat: fistulanın və nekrotik toxumaların kəsilib götürülməsi,vintlərin və çivinin çıxarılması. Vintlər və çivi çıxarıldıqdan sonra bud smüyünün smük iliyi kanalı 5l-ə qədər sterıl fizioloji məhlulla yuyulmuş yaraya drenaj boru qoyularaq yaralar tikilmişdir. Yaralar birincili sağalmış və xəstə evə yazılmışdır (şək.6 a, b, v, g, d, e).
a) b) v)
g) d) e)
Şək.6. Xəstə N-in rentgenoqrammaları: a) əməliyyata qədər,b) əməliyyatdan sonra, v) əməliyyatdan 1 il sonra, g) distal vintlər nahiyyəsindəki fistulanın fistuloqrafiyası, d) və e) kilidlənən çivi və vintlər çıxarıldıqdan sonra.
Beləliklə, bud sümüyünün diafizar sınıqları zamanı kilidli çivilərlə osteosintez müasir dövrün standartı kimi qəbul edilmişdir. Bu üsulun düzgün tətbiq edilməsi qarşıya çıxan fəsadları minimuma endirir və xəstələrin tezliklə adi həyatına qayıtmasının təmin edir.
Do'stlaringiz bilan baham: |