Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Download 5,93 Mb.
bet126/300
Sana11.01.2017
Hajmi5,93 Mb.
#176
1   ...   122   123   124   125   126   127   128   129   ...   300
124. HACI BƏDƏL
I mətn

Bizim kəntdəki məscid bəlkə də respublikada yeganə məscitdi ki, sütunu, dayağı yoxdu. Əvvəl istiyiflər məscidi dövlət vəsayiti hesabına tiksinnər, alınmıyıf. Sora babam deyif könüllü surətdə kimin qolunnan nə çıxır versin, məscidi tikək. Deyiflər, a kişi, sən körpü tikdirirsən, sənin ora nə qədər vəsayitin gedir. Hacı Bədəl çıxardıb iki qızıl atıb ora, deyib bu mənim payım. Camahatın vəsayiti hesabına o məscid tikilib.

Hacı Bədəl körpüsünü22 də mənim babam tikifdi. Onun tikilməsində yumurta sarısından və əhəngdən istifadə olunufdu. Nökərə pul verif deyir ki, yumurta alarsan. O vaxdı bizdə bir Xannıxda, bir də Xocaxanda bazar olub. Nökərə deyif, nə qədər yumurta var hamısın alırsan, amma seçif irisin alırsan. Məscidi, körpünü də tikən erməni usdaları olufdu. Ermənilər bir-birinin üzünə baxır ki, bu yumurtanın yekəsinə pul verirsə, yəqin bizə haqq vermiyəcəh. Bular öz aralarında belə fikirləşəndə babam deyir, gedək çayın üzərində göstərim körpünün gözdəri hardan olacax. Ermənilər deyib ki, ay hacı əmi, biz məscidi tikək qutaraq, körpüyə bəlkə başqa usda tapasan. Deyir, Meşoğ, gəl bəri. Usdanın birinin adı Meşoğ imiş. Gəlib çayın qırağına çatanda çıxardır cibinnən bir qızıl onnuğ atır. Deyir, körpünün bir gözü ordan olacax, bir qızıl onnuğ da atır, bir gözü də burdan olacax. Babam deyir, mən sizin fikrinizi oxudum, deyirsiniz ki, bu yumurtanın yekəsini alırsa, bizə haqq vermiyəcək. Yumurta sarısıynan bu divar qoyulur, mən buna pul verirəm, müftə almıram ki.

Babam Məkkəyə Həcc ziyarətinə gedir. Həccə gedib gələnnən sora nəsə bir iş görməlisən da. Hacı Bədəlin fikri varmış ki, yaxın dağ kəndlərinə körpü tiksin. O vaxdı əhəng quyusu yandırırmışlar. Əhəng quyusu yandırmaq üçün zakaz verib. Biz tərəfə güclü yağış yağırdı. Bir dəfə elə bir yağış yağır ki, sel-su dağın nəyi var – ağacı, daşı gətirif töküf bunun yerinə. Kişi gəlib səhər-səhər baxıf deyir, hə, Allah mənim allahımdı. Daşı da burda, odunu da burda. Elə orda çağırıb kankan vurannarı. Daşı orda yandırıb. Yeddi gün yandırıb, onnan sora o körpünü başdıyıb tikməyə. Həmən körpünün bünövrəsini heylə qoyuf.

Deyif ki, bir dənə də arzum var, Bərgüşad çayının üzərində bir körpü tikdirəm. Sora sovet hökuməti gəlir, bunun malın-mülkün əlinnən alırlar, kulak adı verillər. O arzusunu gerçəkləşdirə bilmiyif.
II mətn

Hacı Bədəl yeddi bacı bir qardaş olufdu. Öz zəhmətiynən varranıf. Darvazasının ağzına yazıf vuruf ki, mənim qapım bəylərin üzünə bağlı, kasıbların üzünə açıxdı. Sovet hökuməti gələnnən sora bunun mülklərini alıflar, özünə də kulak adı veriflər.

Sovet hökuməti qurulanda yerlərə adam göndərillər ki, gedin camahatdan örgənin görün vəzyət nətərdi, hökumətin nəyinnən razıdılar, nədən narazıdırlar. Bir nəfər də bizim kəndə gəlir. Məscidin yanında təsadüfən babamnan rastlaşır. Salam-kalamdan sora deyir ki, ay əmi, qabaxkı hökumət nətərdi? Deyir, ədə, çar hökumətini yıxdınız getdi da. Deyir, bəs bu hökumət nətərdi? Deyir, bu hökumətə nə deyim? İsdəkanı yekə, qəndi yox hökumətdi də. Bular qayıdıb gedir. Yığışıllar rayona, birinci katib müzakirə eliyir ki, kim nə xəbərnən gəlib. Bizim kəndə gələn də deyir ki, getdim ora, bir kişi maa dedi ki, isdəkanı yekə, qəndi yox hökumətdi də. Dedi, o Hacı Bədəl kişi olacax.

O vaxdı ona deyiflər, sovet hökumətinə bir şeir yaz. Deyif, dilim quruyar mən bu hökumətə şeir yazmaram.



Download 5,93 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   122   123   124   125   126   127   128   129   ...   300




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish