53. ƏLİ BULAĞI
I mətn
İmam Əlinin qoşunu olufdu, bunnar susuzduxdan çox korrux çəkillər. Xəbər verillər ki, ya imam, axı biz susuzduxdan batdıx. Hardan su tapax? Stolun yarısı qədər daş varıdı. Daşı götürür atır, gəlir düşür qəlbi təpəyə. Daş ora düşməynən ordan bir dənə bulax əmələ gəlir. Qoşun başdıyır ordan su işməyə. Özü də elə yerdən o su çıxıf ki, inanmazsan helə yerdən su çıxa. Sora Mayisdənmi, Sonəsərdənmi birinin oğlu gedir qırx birin müharibəsinə. Bu əhd eliyir ki, Xudaya, mənim oğlum müharibədən gəlsin, mən gedim Əli bulağının qabağında nov düzəldim, yan-yörəsin hasara alım, gəlif-gedənnər o bulaxdan su işsin. Həmin adamın oğlu sağ-salamat qayıdır gəlir. O kişi özü də usdaydı. Gəlir yan-yörəsin hörür, qabağında da nov düzəldir.
II mətn
Həzrət Əlinin ordusu Qaragözdə susuzduyuf. Əli daşı götürüf (həmin daşda da əlinin izi qalmışdı), deyif, bu daş hara düşsə, ordan bulax çıxajax. Həmin daş düz gəlif dağın başına düşüf, ordan bulax qaynıyıf.
Do'stlaringiz bilan baham: |