Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Download 5,93 Mb.
bet43/300
Sana11.01.2017
Hajmi5,93 Mb.
#176
1   ...   39   40   41   42   43   44   45   46   ...   300
49. SEYİD SƏLİM OCAĞI
Zinyət adında bir qadın Seyid Səlim kişiyə ərə getmişdi. Zinyət deyirdi ki, Səlimə ərə getdim, o seyid, mən də avam, seyid dəyiliydim. Deyir, mən bu Səlimlə bir neçə ilə yaxın yaşadım. Bir gün deyir, durdum gejə oturdum, nə isə qapını aşdım, çölə baxdım. Həyətdə tut ağacı varıydı, gördüm onun dibində çırax yanır. Gəldim dedim ki, Səlim, getmisən tavlıya baxmısan, gələndə yadınnan çıxıf çırax yanılı qalıf. Səlim dedi ki, çırax dəyil aaz, uzan yat. Uzandım yatdım, əhəmiyyət vermədim.

Sora deyir bir gün durdum getdim, çörəh salıram, xəmir yoğurdum, getdim həmin tutun dibində saj asdım çörəy bişirirdim. Bir də gördüm ki, tutun arxa tərəfinnən iki dənə yoğun ilan gəldi. İlannarı görəndə durdum qaşdım. Qaçanda Səlim də səbət hörürdü. Dedi ki, aaz, niyə qaşdın, niyə qaşdın? Dedim ki, bəs əənnən bəri gürzə ilannar çıxdı. Səlim dedi ki, ilannarnan işin olmasın. Deyir, gəldi o ilannar Səlimin dörd tərəfində fırrandı, sora getdi o sajın yanında özlərini bıladılar külə, çıxıf getdilər (Qızım, bınnarın hamısını Zinyət danışırdı).

Bir üç-dörd ay keşdi. Daha yaz girif. Səhər-səhər durdum ki, inəhləri sağım, qoşum nobata getsin. Deyir, inəyi sağmağa gedəndə, baxdım gördüm ki... Həm də dünən çörəh salmışam, sajın külünü də belə komalamışam, üstünü də örtmüşəm. Gördüm ki, düz o sajın yerində bir bızov yatıf. Dedim ki, bına bax ey, yəqin Baxşıgilin bızovıdu, təzif8 bıra. Baxşı da qonşularıydı. Deyir, getdim ki, bını tutum, durdu qaşdı əənə. Ərimi – Səlimi çağırdım ki, Baxşıgilin bızovı təzif, gəl onu tut, sən allah, çıxıf gedər, yazıxdı. Dağdan-zaddan düşər, ölər. Səlim gələndə bızov gəldi Səlimin yanına. Səlim bının boynun qucaxladı, öpdü, bızov da başdıyır Səlimin üz-gözünü yalamağa. Yaladı, yaladı, deyir, onnan sora Səlim əlini çəhdi onun belinə, dedi ki, get, ay allahın heyvanı, nə arzun var, yerinə yetsin. Bızov qayıtdı ağzı əənə çıxdı getdi. O vaxtı da kəndin yanı Sumax meşəsiydi. Xalam deyirdi ki, o vaxtı damların dirəyi hamısı Sumaxdanıydı. Sora meşəni qırıf məhf eliyiflər. Yanı bızov Sumax meşəsinə getdi. Səlim gələndə dedim ki, Səlim, o günü ilanı maa demədin. Səlim dedi ki, qız, ilan o günü ziyarata gəlmişdi, çıxdı getdi. Bı da bızov yox, əlih balasıdı, bıra ziyarata gəlir. Deməli, qızım, nəinki insannar, habelə heyvannar da bıranı müqəddəs bilirdilər. Hamı ora ziyarata gedirdi. Ta ki, Qubatdı köçənə kimi. Qızım, Zinyət deyirdi ki, qorxumnan mən Səlimnən ayrıldım, çıxdım gəldim. Dedim ki, mən bılların hürmətini gətirə bilmərəm. Səlim də gedif bir seyid qızı aldı.


Download 5,93 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   39   40   41   42   43   44   45   46   ...   300




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish