Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Download 5,93 Mb.
bet42/300
Sana11.01.2017
Hajmi5,93 Mb.
#176
1   ...   38   39   40   41   42   43   44   45   ...   300
48. MƏŞƏDİ BAĞDAD
Bala, mən bu əhvalatı lap uşax olanda atamnan eşitmişəm. Bəlkə də, bu hadisə yüz əlli ilin söhbətidi. Kəndimizin addı-sannı, varrı-karrı, seçmə adamları çox oluf. Bu Məşədi Bağdad da halal, çörəhli, mallı-qaralı bir adam oluf. O vaxtı da çox kasıfçılıx, ajdıxmış. Qojalar deyirdilər ki, həmən bu Məşədi Bağdad öz camahatını ajdıxdan qutarıf. Bala, hadisəni belə söylüyürdülər.

Hə, çox quraxlıx olurmuş həmən vaxtı. Quraxlıxdan əkin əkif, becərə bilmirmişlər. Ajdıxdan çox əzyət çəkirmişlər. Qaracallıda çox quraxlığ oluf. Bizim kənddən çox-çox hündürdə Yazı düzü deyilən bir yer var. Orda taxıl, ümumiyyətnən, dənni bitkiləri əkərmişlər. Həmən obanın adamları da arannı-yaylaxlı oluf. Yaylax vaxtı gəlir, gedirlər dağlara. Bir günnəri də genə ayləli, mallı-qaralı gedirlər yaylağa. Axı yaylağa gedəndə də hər evdən bir nəfər gedif yaylağa baş çəkərmiş ki, görsün necədi.

Məşədi Bağdad da bir günnəri gedir ki, ayləsini görsün. Ata bir yük darı yühlüyür. Yühlüyür ki, aparsın şülula, yəni mer-meyviyə dəyişsin, uşaxları yaylaxda yesinnər.

Həə, çıxır Yazı düzünə ki, ordan getsin yaylağa. Ordan gedəndə görür ki, dumannı, çənni bir yağış başdıyıf. Məşədi Bağdad buna o qədər sevinir ki. Həmən bu Yazı düzü də bir nəfərin əkin sahəsi deyildi, elin əkin sahəsiydi. O həm də bilən adamıydı da. Görür ki, bura yaxşı yerdi. O, darını ayləsinə aparmıyıf. Deyif ki, bu darıdan ancax mənim ayləm yeyəjeh. Ancax bu darını Yazı düzünə səpsəm, bitsə, elim-obam da yeyə, az da olsa, ajdıxdan qutarar, həm də savab olar. Gətdiyi darını Yazı düzünə səpif gedir yaylağa. Deyirlər ki, Məşədi Bağdad ümidsiz halda darını səpif, deyif ki, bitər-bitər, bitməz-bitməz. O qədər quraxlıx olurmuş ki, əhdihləri bitmirmiş da. Ona görə də çox ümidi yoxuymuş. Ayləsinə baş çəkif arana gəlir. Öz işiynən məşğul olur.

Bir günnəri Məşədi Bağdada xəbər gəlir ki, ona deyin darı yatıf dəlimə. Dəlim də, bala, lay yatmax deməhdi. Darı da üç aya əmələ gələn şeydi. Məşədi Bağdad bütün ellihnən – elin-obanın adamlarıynan darını biçdirir. Taxılı bütün el camahatına paylıyır. Deyirmişdər ki, həmən ili Məşədi Bağdadın o bir kisə darısı eli-obasını ajdıxdan qutarıf.

Bala, o vaxtı el-oba bir iş görəndə Məşədi Bağdadın bir kisə darısını misal çəkərlərmiş. Məşədi Bağdad elin dərdini öz dərdinnən üstün tutan adam oluf. Elə ona görə də sayılan, seçilən adam oluf. Darı məsələ çevrilif, dillər əzbəri olmuşmuş.



Download 5,93 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   38   39   40   41   42   43   44   45   ...   300




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish