Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Download 5,93 Mb.
bet147/300
Sana11.01.2017
Hajmi5,93 Mb.
#176
1   ...   143   144   145   146   147   148   149   150   ...   300
135. QAÇAQ BABA
I mətn

Babanın atası yüzbaşı oluf. Atası ölənnən sora bunu yüzbaşı seçiflər. Sovet hökuməti gələndə Qubatlıda polis rəisi oluf. Qubatdıda Qoçax Qabil olub. Alyannı otuz səkgizinci ilə qədər sovet hökumətinə tabe olmuyan bir kənd oluf. Bağırovnan Babanın Alyannı üsdündə münasibətləri pisləşif. Deyilənə görə, onda Bağırov bandatdelin müdiri oluf. Hücum eliyiflər ki, Aylannını tabe elətdirələr. Bir neçə adamın meyidini sarıyıflar ağaca ki, o biriləri üçün görk olsun. Bağırov tanıyırmış Babanı. Tapşırıb buna, deyif ki, bu meyidin biri burdan əysik olsa, səni sarıyajam o meyidin yerinə. O da qabağınnan yeyən adam olmuyuf da. Deyif ki, bəlkə sən sarındın ora. O tapançaya əl atır, bu tapançaya əl atır. Orda aralarına girillər. Onnan sora Babaynan Bağırovun arası dəyir.

Bağırov sora keşdi Mərkəzi Komitəyə, bu qaçır qaçaxlıx eliyir. Ətrafına da bir neçə adam topluyur, o cümlədən qardaşı da. Hüsü Hacıyev gedir onu üzə çıxartmağa. Gedir gətizdirir evə ki, mən səni çıxardajam üzə. O da gejəynən buları yuxuya verif qaçır.
II mətn

Qubatdıda Şamil addı bir polis rəisi oluf, Baba onuynan möhkəm dost oluf. Hətta bizim bir kəntçi – Müslüm kişi onun idarəsində milis işdiyirmiş. Müslüm kişi deyir, mən qapıda nööbətçi idim, bir də gördüm içəridən Şamilə deyillər ki, əllərini qaldır yuxarı. O necə içəri keçibsə, mən bilməmişəm. Şamil də Babanın dostudu. Zarafatnan Babaya deyir ki, kəntçin nööbətçi olannan sora deyərsən da əllərini qaldır yuxarı. Şamil orda qonaxlıx verir. Bir nəfər girib qonaxlıxda tüfəngi çəkif ki, sən əsirsən, əllərini qaldır. Şamil də deyir ki, yekə kişisən, bu öz ayağınnan gəlif. Gəlif ki, məni üzə çıxart da. Şamil də onu aparıf Qalada türməyə təhvil verif.

Onun qəribə taleyi olub. Qırmızı ordu Ermənistana gələndə İrsəvənnik kəndi var, Qafannan gedəndə girirsən dərəyə bir də təzdən belə çıxırsan. Orda yolu kəssən, hamısın qıra bilərsən. Orda ermənilər qırmızı ordunu məhv eliyir. Bir afisser çıxıf ağacın başına, canını qutarıf. Baba bajısının əriynən gedəndə ağacın başında həmən rus afisserini görür. Bajısının əri deyir, öldürək bunun tapancasını, paltarını götürək. Baba deyir, yox. Rusca bilirmiş özü də. Orda Mirzə İvan olub, onnan rusca örgənmişdi. O gətirib üç gün onu saxlıyıb, sora yola salıb gedib. O adam sora Moskvada yüksək vəzifədə işdiyif. Deyilənə görə, türmədə gəlif onu görüf. Türmədən qaçmağına o şərait yaradıf. Gecəynən bir öləni aformut eliyiflər onun adına, onu buraxıflar. Qaçıf gedif İrana. Sovet ordusu İrana girəndə – qırx ikinci ildə bizim kəntçi Məhəmməd kirvəm onu İranda bir tükanda görüf. Özü də onu tanımax o qədər də çətin məsələ döyülmüş. Atışmada barmağın ikisin itirmişdi. Deyir, adını deyəndə dedi ki, dəvə gördün, qığını da görmədim. Bir qədər sora getdim gördüm tükanda yoxdu. Ordan keçif Türkiyəyə. Türkiyədə vəfat eliyif.


Download 5,93 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   143   144   145   146   147   148   149   150   ...   300




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish