Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ



Download 2,21 Mb.
bet30/32
Sana09.05.2017
Hajmi2,21 Mb.
#8546
1   ...   24   25   26   27   28   29   30   31   32

DÜNYA YENİ ƏSRDƏ
Bəşəriyyət artıq XXI əsrə qədəm qoymuşdur. Bu əsrə həm XX yüzillikdən çoxlu nailiyyətləri, həm də bir çox həllini gözləyən problemləri gətirmişdir. Keçən əsrdən bu əsrə qalan ən böyük miras vahid ictimai təmələ malik Dünya birliyidir. Bu birliyi və demokratiyanı qorumaq yeni əsrin ən vacib vəzifəsidir.

Əsası hələ XIX əsrdə qoyulmuş terrorizm XXI əsrdə tam mənası ilə beynəlxalq hadisəyə çevrilmişdir. 2001-ci ilin sentyabrın 11-də Nyu-York və Vaşinqtonda baş verən terror 6 mindən çox insanın həyatına son qoydu. Bu hadisəni dünya ictimaiyyəti, demokratik qüvvələr qəzəblə qarşıladı. ABŞ, Böyük Britaniya və digər dövlətlərdə terrorizm əleyhinə mübarizə cəbhəsi təşkil edildi. Bu məsələdə (terrorçuları gizlətməkdə) Əfqanıstan günahlandırılaraq 2001-ci ilin sonunda oraya ABŞ başda olaraq bir sıra dövlətlər qoşun yeritdilər. Bunun ardınca isə ABŞ yenidən İraqı bakterioloji silahları gizlətməkdə günahlandırdı. Dəfələrlə BMT-nin göndərdiyi ekspertlərin İraqda bu silahın olmadığını yəqin etmələrinə baxmayaraq ABŞ və Böyük Britaniya 35 dövlətin dəstəyi ilə İraqa 2003-cü ilin martın 20-də təcavüz etdi. Əslində əsas məqsəd İraqı regional dövlət kimi sıradan çıxarmaq idi. Çünki İraq Yaxın və Orta Şərqin ən böyük neft ehtiyatı olan ölkələrindəndir. (İraq 1960-cı ildə təşkil edilmiş Neft İxrac edən Dövlətlərin Təşkilatının əsas üzvlərindən biridir. Bu təşkilata daxil olan ölkələr dünyada istehsal edilən neftin 48%-ni verirlər. Dünya neft ehtiyatlarının 67%-i bu ölkələrin ərazisində yerləşir. Dünyada neft ixracının 72%-i də onların payına düşür.) Dünyada neft ehtiyatlarına görə Rusiya və Səudiyyə Ərəbistanından sonra III yeri tutur. Onun 65 milyard barel neft ehtiyatı vardır. İraq sutkada 2 mil yon barel neft ixrac edirdi və 1960-cı ildə Bağdadda yaradılmış neft ixrac edən ölkələrin təşkilatında aparıcı rol oynayırdı. Bütün bunlar isə ABŞ-ı narahat etməyə bilməzdi. ABŞ və Böyük Britaniya qoşunları hərbi əməliyyata Küveyt ərazisindən başladılar. Pentaqon bunu «İraq azadlığı əməliyyatı» adlandırdı. Bir ay müddətində İraqda mövcud rejim devrildi. Hazırda İraqda ABŞ qoşunları qalmaqdadır. Mövcud rejimin devrilməsi İraqda sülhü təmin etmədi. Əksinə, İraqın özündə və dünyada terror əməliyyatlarının yeni dalğası üçün şərait yaratdı.

XXI əsr XX əsrdən həm də qloballaşma prosesini gətirmişdir. Qloballaşma prorsesi «qürbət» sözünün altından birdəfəlik xətt çəkir. XXI yüzillikdə hər bir xalq öz milli dəyərlərini saxlamaqla ümumbəşəri mədəniy–yətə qovuşmaq üçün daha böyük imkanlara malik olacaqdır. Bu əsrdə XX əsrdən fərqli olaraq insanlarda sabahkı günə inam artacaq, dünya öz ölməzliyinə inanacaqdır. Bu əsr insan ümidlərini doğruldan bir əsr olacaqdır.
LÜĞƏT
Avtoritar rejim – (latınca auctoritas sözündən götürül­müş, hərfi mənası «hakimiyyət deməkdir») – idarəedənin şəxsi diktaturasına əsaslanar hakimiyyət sistemi

Avtoritar – latınca «hakimiyyət», «nüfuz» deməkdir. Siyasi hakimiyyətin antidemokratik sistemi. Ali hakimiyyətin bir nəfərin əlində mərkəzləşməsi.

Alternativ – latınca «ikisindən biri» mənasını verir. İki imkandan birini seçmək zərurəti

Antisemitizm – Almaniya faşistlərinin yəhudilərə qarşı tətbiq etdikləri Milli və dini ayrı-seçkildiyin ifrat forması

Avtargiya – təcavüzkar və işğalçı müharibələrə hazırlaşan imperialist dövlətlərin öz ölkələrini dünya bazarından asılı olmayacaq bir hala gətirmək üçün yeritdikləri iqtisadi siyasət

Anklav – (latınca inclavo sözündən götürülmüş, hərfi mənası açarla bağlamaq deməkdir) – ərazinin bir hissəsində olan bir dövlətin bütün tərəflərdən başqa dövlətin mühasirəsində olması

Aparteid – (latınca «ayrı yanaşma» deməkdir) – CAR hakim dairələri tərəifndən Afrikanın yerli əhalisinə, rənglilərə və Asiyadan köçüb gələnlərə qarşı aparılan irqi ayri-seçkilik siyasəti

Əmək haqqının mütəhərrik şkalası – Bu tədbir rəsmi yaşayış dəyəri indeksinin artmasından asılı olaraq əmək haqqı tarifinin avtomatik artırılması

Ərzaq problemi – xroniki yarıaclıq və aclıqla ifadə olunur. Başlıca olaraq inkiaşf etməkdə olan ölkələrdə, xüsusən Afrikada 1 milyarda yaxın adamı əhatə edir. Səbəbi həmin ölkə­lərdə sosial-iqtisadi strukturların pozulmasıdır, nəticədə kənd təsərrüfatı istehsalı tənəzzül etmiş və inkiaşf etmiş kapitalist ölkələrindən ərzaq gətirilməsindən olan asılılıq artmışdır

Büdcə defisiti – dövlət büdcəsi məxaricinin onun mədaxilindən artıq olması

Bürokratiya – süründürməçilik rəsmiyyəti. Alman sözü olub, hərfi mənası mənsəbpərəstlik deməkdir.

Genosid – hər hansı milli, etnik, yaxud dini qrupu tamamilə, yaxud qismən məhv etmək məqsədi ilə aparılan siyasət

Gettolar – ABŞ-da qaradərili əhalinin yaşaması üçün salınmış xüsusi məhəllələr

Qiymətli kağızlar – hər hansı bir sərvəti və ya pulu almaq üçün hüquq verən təqdim edilən sənədlər (səhmlər, istiqrazlar, veksellər və s.)

Devalvasiya – pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud qızıla, gümüşə, xarici volyutaya görə milli valyutanın məzənnəsinin aşağı salınması

Departasiya – azlıqla qalan əhalinin zorla kütləvi şəkildə öz yurdlarından köçürülməsi

Dekret – latıncadan götürülmüq, hərfi mənası «qərar» deməkdir. Dövlət və hökumət başçısı tərəfindən qəbul edilmiş qanunvericilik aktı.

Dövlət borcu – hökumətin bankirlərdən, xüsusi adamlardan, yaxud xarici kreditorlardan aldığı istiqrazlar üzrə ödənilmiş ümumi dövlət borcunun məbləği

Demoqrafik partlayış – müharibədən sonrakı ilk illərdə dünyanın bir çox ölkələrində doğumun xeyli artmasını səciyyələndirən hadisə

Demakrasiya xətti – Sülh danışıqları gedən zaman mü­ha­ribə edən tərəflərin mövqeləri arasında qoyulan və ya mübahisəli yerlərin sərhədlərini təyin edən xətt

Demilitarizasiya – (latın sözü olub, «de» - iştirak etmə­mək, «buraxmaq», «militaris» isə «hərbi deməkdir») – silahsızlaşdırma, tərksilah, müharibədən imtina etmək

Diskriminasiya – (latınca hərfi mənası «fərqlənmək» deməkdir) – bir qrup vətəndaşa qarşı milli, dini zəmində ayrı-seçkilik siyasəti

Diktatura – latınca «əzmək», «qurmaq» mənasını verir. Qeyri-məhdud hakimiyyət. Hakim qrupun siyasi hakimiyyətini təmin etmək forması

Dövlət terrorizmi – digər suveren dövlətlərdə ictima-siyasi quruluşu sarsıtmaq üçün bəzi dövlətlərin terrorizm üsul və metodlarından (hərbi, siyasi, iqtisadi və mənəvi-psixoloji təzyiş, şantaj və qorxutmaq, dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin pozulması) istifadə etməsi ilə bağlı olan siyasəti. Siyasi qətlər, oğurlama

De-yure – beynəlxalq hüquqla dövləti və ya hökuməti tam rəsmi tanımaq

Dominion – (ingilis sözü olub, «mülk», «sahiblik» mənasını verir) – İngiltərə kralını özünün başçısı hesab edən yarımmüstəqil dövlət

Despotizm – istibdad, zülmkarlıq, qəddarlıq

Denonsasiya – dövlətin özü bağladığı beynəlxalq müqavilədən lazımi şəkildə rəsmiləşdirilmiş imtinası

Kamikadze – Yaponca «ilahi külək» deməkdir. İkinci dünya müharibəsində yapon təyyarəçi – ölümə məhkum edilmişlərin düşmən gəmilərinə qarşı hərəkəti

Kolxoz – (rusca) kollektiv təsərrüfat deməkdir

Kansler – Almaniya və Avstriyada hökumət başçıları

Koalisiya – Latıncadan mənası «İttifaq» deməkdir. Bir neçə siyasi partiyanın razılığı əsasında yaradılmış hökumət

Konfrontasiya – qarşıdurma, qarşı qoyulma, üz-üzə toqquşma

Konservator – latınca «mühafizəçi» mənasını verir. Mü­ha­fizəkar baxışlara, cəmiyyətin həyat və mədəniyyətində ənənəvi ideyalara sadiq qalaraq, dəyişikliklərin əleyhinə olan

Konsessiya – icazə, güzəşt mənasını verir. Xarici dövlət və ya kompaniyaya dövlətə məxsus olan, təbii ehtiyatların, müəssisə və digər obyektlərin istismara verilməsi haqqında müqavilə

İqtisadi inteqrasiya – təsərrüfat həyatının beynəl­mi­ləl­ləşdirilməsi forması

İnflyasiya – pulun qiymətdən düşməsi

İnsan hüquqları – insanın yaşamaq, iqtisadi, sosial-mədəni, vətəndaşlıq, siyasi hüquqlarını xarakterizə edən anlayışlar kompleksi

İnzibati-amirlik – hakimiyyətin vahid bir partiya əlində cəmləşməsi və idarə olunması

İmport – Xaricdən mal və kapitalın idxal edilməsi, gətirilməsi

İslam fundamentalizmi – şəriətdən ilahinin qoyduğu qaydaları «Əbədi və dəyişilməz» elan edən müsəlman hüquq və ilahiyyət normaları məcəlləsindən hər cür kənara çıxmanı rədd edən mühafizəkar cərəyan

İmmiqrant – bir dövlətin vətəndaşının daima və ya uzun müddətə başqa bir dövlətin ərazisində yaşaması

Liberal – latınca «azad», «sərbəst» mənasını verir. Sərbəstfikirli, liberalizm tərəfdarı. Liberalizm Avropa ölkələrində XVII-XVIII əsərlərdə meydana gələn, mülki, siyasi və iqtisadi azadlıq prinsiplərini elan edən ictimai cərəyandır.

Lokaut – sahibkarların qəsdən müəssisələri bağalyıb fəhlələri kütləvi şəkildə işdən çıxarmaları

Lobbi – (İngilis sözüdür. Parlamentə keçidi yeridir ki, burada deputatlar kənar adamlarla görüşə bilərdilər). Parlamentdə qəbul edilən qərarlara təsir göstərmək gücünə malik olan, xüsusi və icitmai təşkilatlara təsir göstərən deputatlar qruppu

Landtaq – Almaniyada nümayəndəli orqan

Müstəmləkə – Xarici dövlətin tam nəzarəti altında olan ərazi

Moratorium – öhdəliklərin yerinə yetirilməsi vaxtının geri çəkilməsi

Mandatlı ərazilər – latınca «tapşırıq» mənasını verir. Almaniyanın keçmiş koloniyalarının və Türkiyənin mülklərinin birinci dünya müharibəsindən sonra Millətlər Cəmiyyəti tərəifndən qalib dövlətlərin xüsusi sənəd – mandat əsasında idarəsinə verilməsi

Millətçilik siyasəti – bir millətin digər millətdən üstün tutulması siyasəti

Masonçuluq – fransızca «sərbəst bənna» mənasını verir. XVIII əsrin əvvəllərində İngiltərədə meydana çıxmış dini-etik və siyasi cərəyan

Mafiya – XIX-XX əsrlərdə Siciliyada meydana gələn cinayətkarların gizli təşkilatı hərfi mənası «cəsarət» deməkdir.

Metropoliya – yunanca «ana» və «şəhər» mənalarını verir. Müstəmləkələri olan dövlət deməkdir

Miqrant – latınca «gəlmə» mənasını verir.

Militarizm – latınca «hərb» mənasını verir. Ölkənin hərbi qüdrətini artırmaq üçün ölkələrin hökumətlərinin istifadə etdiyi siyasi, iqtisadi, ideoloji vasitələr sistemi

Missioner – latınca mənası «göndərmə», «tapşırıq» deməkdir. Kilsə tərəfindən onun təlimini başqa dinə itaət edənlər içərisində yaymaq üçün göndərilmiş nümayəndə

Monopoliya – yunanca «mono», «vahid», «poleo» isə «satıram» mənasını verir. Firma və ya təşkilata fəaliyyətin hər hansı bir sahəsində müstəsna hüquq verilməsi

Memorandum – latınca, yadda saxlanılmalı şey. Diplomatik yazışma forması, sənəd

Milliləşdirmə – xüsusi mülkiyyətin dövlət mülkiyyətinə keçirilməsi

Mojaritar – «çoxluq» deməkdir. Çoxmandatlı seçki sistemi

Pentaqon – ABŞ müdafiə nazirliyinin geniş yayılmış adı (mənşəyinə görə bu söz nazirliyin Vaşinqtondakı beşbucaqlı binası ilə əlaqədardır)

Prolonqasiya – beynəlxalq müqavilənin qüvvədə olma müddətinin uzaldılması

Pasifizm – latınca «sülhsevər» deəkdir. Müharibə əleyhinə hərəkat, hər hansı müharibə əleyhinə çıxış edən iştirakçılar

Plüarizm – çoxfikirlilik, çoxpartiyalılıq.

Plutokratiya – yunanca «plutos» - «sərvət», «kratos» - «hakimiyyət» deməkdir – dövlət quruluşu, cəmiyyətin varlı hissəsinə məxsus olan siyasi hakimiyyət

Privatizasiya – yunanca «xüsusi» mənasını verir. Dövlət və ya bələdiyyənin mülkiyyətinin pulla və ya əvəzi ödənilmədən ayrı-ayrı şəxslərin və ya kollektivin şəxsi mülkiyyətinə verilməsi. «Özəlləşdirmə» mənasını da verir

Protektorat – latınca «müdafiə edən», «müdafiəçi» mənasını verir. Tabe dövlət forması. Bu formada daxili işlərdə ölkə öz müstəqililyini saxalyır

Putc – almanca «çevriliş» mənasını verir.

Federasiya – latınca ititfaq, «birlik» mənasını verir. Hüquqi cəhətdən siyasi müsiəqilliyi olan bir neçə dövlətin bir ititfaqda birləşməsi

Feminizm – latınca «qadın» mənasını verir. Qadınların kişilərlə bərabər hüquqa və nailiyyətlərə çatması məqsədini qarşıya qoyan hərəkat.

Terror – qorxuya salma, sui-qəsd

Tendem – siyasi cütlük deməkdir

Torpaq – Almaniya və Avstriyada federativ vahidlər

Totalitarizm – avtoritar dövlət formalarından biri, cəmiyyət həyatının bütün sahələri üzərində onun tam (ümumi) nəzarətinin olması ilə xarakterizə olanar.

Təzminat (reparasiya) – hücuma məruz qalmış dövlətə dəymiş zərəri ödəmək üçü məğlub olmuş tərəfin öhdəsinə götürdüyü ödənc

Teokratiya – siyasi hakimiyyətin ruhanilərin əlində olduğu idarə üsulu.

Ehkamçılıq – yeniliyi nəzərə almayan, dəyişməz və donuq müddəalardan istifadə edən təfəkkür metodu

Ekstremizm – əsasən siyasətdə ifrat görüş və baxışlara tərəfdar olmaq

Eksport – latınca «aparmaq» mənasını verir. Malın və ya kapitalın ölkədən xaricə aparılması

Energetika problemi – İkinci Dünya müharibəisndən sonra yanacaqdan istifadə strukturunun və qiymətlər səviyyəsinin dəyişməsi nəticəsində bir çox dövlətlərin qazıntı halında çıxarılan yanacaqla təminatının pisləşməsi ilə bağlı meydana çıxan problem. Bu böhranın 70-ci illərdə kəskinləşməsi energetika böhranı xarakteri aldı. Nisbətən ucuz neft hasilatı siyasətinin artması və iqitsadiyyatın enerji tutumlu sahələrinin surətli inkişafı duru yanacağın təbii ehtiyatları ilə onun istehlakının ölçüləri arasına uyğunluğun pozulmasına səbəb olur.

Etatizm – fransızca dövlət deməkdir. Dövlətin iqitsadi, sosial və mədəni sahələrdə rolunun artırılması mənasında işlədilir.

Regent – latınca «idarəedən» mənasını verir. Monarxiyalı dövlətdə dövlət başçısının və kralın yeri boş olan vaxt onun səlahiyyətlərini yerinə yetirən şəxs

Repressiya – əzilmə, təzyiq göstərilmə

Rezervasiya – latınca «qoruyuram», «saxlayıram» mənasını verir. Ölkənin yerli əhalisinin yerləşdirilməsi üçün ayrılmış ərazi. Bu hal ABŞ, Kanada və bir sıra digər ölkələrdə mövcuddur. Rezervasiya hindulların yerdəyişmə, hərəkət imkanını məhdudlaşdırsa da, onların ərazisinə orada yaşayan tayfaların razılığı olmadan daxil olmağı da qadağan edir.

Ratifikasiya – danışıq aparan dövlətlər tərəifndən vəkil edilmiş adamların başladığı beynəlxalq müqavilə və sazişlərin ali dövlət orqanları tərəifndən təsdiq edilməsi

Radikal – latınca kök«, «əsas» mənasını verir. Köklü, qətiyyətli ölçülər tərəfdarı

Referendum – latınca «tamamilə» mənasını verir. Dövlət həyatının mühüm məsələlərini həll etmək üçün ümumi səsvermə

Rasion – yemək norması

Seqreqasiya – ABŞ-da həyata keçirilmiş irqi ayrı-seçkilik siyasəti

Sionizm – (Qüdsdəki Sion dağının adından götürülmüşdür). Yəhudilərin müxtəlif ölkələrdə təqibinə və sıxışdırılmasına cavab olaraq XIX əsrin sonunda meydana gəlmişdir. Məqsədi yəhudilərin, uzaq əcdadlarının torpaqlarına köçürülməsi və orada milli yəhudi ocağının yaradılması idi. Hazırda İsrailin rəsmi ideologiyası və siyasətidir.

Suverenlik – fransız sözü olub, ali hakimiyyət deməkdir. Ölkənin daxili həyatının bütün məsələlərinin həllində və digər dövlətlər ilə münasibətlərdə hakimiyyətin sərbəstliyi, dövlətin istiqlaliyyəti və müstəqililyi

Sabotaj – fransızca «inkar» mənasını verir. Müəyyən öhdəliyi şüurlu surətdə yerinə yetirməmək

Sanksiya – latınca «qoruyucu qərar» mənasını verir. Beynəlxalq hüquqda təsiretmə vasitəsi, öz öhdəliklərini pozan dövlətə tətbiq edilir, onun diplomatik və ticarət münasibətləri qadağan edilir

Status – (latınca «vəziyyət» deməkdir) və ya hüquqi şəxslərin hüququ

Satellit – latınca «peyk» mənasını verir. Həqiqətdə özündən daha güclü dövlətin tabeliyində, formal isə müstəqil olan dövlət

Seperatistlər – latınca «ayrı», «xüsusi» mənasını verir. Dövlətin hər hansı bir hissəsini təcrid etmk, ayırmaq tərəfdarları

Separat sülh – Düşmən tərəifn dövlətlərindən biri ilə koalisiyada olan dövlətlərdən birinin öz müttəfiqləri ilə razılaşmadan müharibənin gedişində sülh bağlaması

Opponent – qarşı duran fikir sahibi

Şovinizm – Fransız millətini bütün millətlərdən yüksəkdə tutan Napoleonun əsgərlərinin birinin adından götürülmüşdür. Hazırda millətçiliyin ən mürtəce forması belə adlanır.

Xammal problemi – mineral xammal istehsalının armtası ilə onun istehsalının həcmi arasında 70-ci illərin əvvəllərində meydana çıxmış qlobal miqyasda böyük uyğunsuzluqlar.

Faşizm – latınca «faşio» sözündən götürülmüş mənası «bağlama», «dəstə» deməkdir. Qədim Romada yüksək rütblü şəxslərin əllərində daşıdıqları baltalar da «fasces» adlanırdı. Bu baltalar hakimiyyətin və dövlətin xalqla sıx birliyinin rəmzi hesab edilirdi.

Neofaşizm - İkinci dünya müharibəsindən sonra ləğv edilmiş, faşist təşkilatlarının siyasi və ideya cəhətdən varisləri olan müasir sağ, daha mürtəce hərəkətlər

Uzurpator – latınca «sahib oluram» mənasını verir. Hakimiyyəti zorla ələ keçirən və ya başqasının hüquq və səlahiyyətlərini mənimsəyən şəxs

Unifikasiya - latınca «vahid şəklə salma» mənasını verir. İqtisadiyyatın vahid mərkəzdən idarə etmək deməkdir. Almaniyada bu siyasət İkinci dünya müharibəsindən əvvəl həyata keçirilmişdir



Yeni beynəlxalq iqtisadi qayda – beynəlxalq iqtisadi əlaqələrin ədalətli və hüquq bərabərliyi əsasında yenidən qurulması üzrə inkişaf etməkdə olan ölkələrin konsepsiyası. Əsas tələbləri BMT tərəfindən 1973-1974-cü illərdə qəbul edilmiş sənədlərdə qısa və dürüst ifadə edilmişdir

AVROPA VƏ AMERİKANIN BÖYÜK DÖVLƏTLƏRİNİN İNZİBATİ - ƏRAZİ BÖLGÜSÜ
Amerika Birləşmiş Ştatları, onların paytaxtları, daxil olduğu illər


  1. Aydaho-Boyse (1890)

  2. Ayova-De-Moyn (1846)

  3. Alabama-Birmingem (1818)

  4. Alyaska-Cuna (1959)

  5. Arizona-Finiks (1912)

  6. Arkanzas-Litl-Rok (1836)

  7. Vayominq-Şayenn (1890)

  8. Vaşinqton-Olimpiya (1889)

  9. Vermond-Montpilyer (1791)

  10. Virginiya-Riçmond (1788)

  11. Qərbi Viginiya-Çarlston (1863)

  12. Viskonsin-Medison (1848)

  13. Havay-Honolulu (1959)

  14. Cociya-Atlanta (1788)

  15. Delaver-Dover (1987)

  16. İllinoys-Spriqfild (1818)

  17. İndiana-İndianapolis (1816)

  18. Kaliforniya-Sakramento (1850)

  19. Kanzas-Topika (1861)

  20. Kentukİ-Frankford (1792)

  21. Kolarado-Denver (1876)

  22. Konnektikut-Hartford (1788)

  23. Luiziana-Baton-Ruj (1812)

  24. Massaçusets-Boston (1788)

  25. Minnesota-Sent-Pol (1858)

  26. Missisipi-Cekson (1817)

  27. Missuri-Ceferson-Siti (1821)

  28. Miçiqan-Lansinq (1837)

  29. Montana-Helina (1889)

  30. Men-Oqasta (1820)

  31. Merilend-Annapolis (1788)

  32. Nebraska-Linkoln (1867)

  33. Nevada-Karson-Siti (1864)

  34. Nyu-Hempşir-Konkord (1788)

  35. Nyu-Cersi-Trenton (1787)

  36. Nyu-York-Olbani (1788)

  37. Nyu-Meksiko-Santa-Fe (1912)

  38. Ohayo-Kolumbus (1803)

  39. Oklaxoma-Oklaxoma Siti (1907)

  40. Oreqon-Seylem (1859)

  41. Pensilvaniya-Harrisberq (1787)

  42. Rod-Aylend-Providens (1790)

  43. Şimali Dakota-Bismark (1889)

  44. Şimali Karolina-Roli (1789)

  45. Tenensi-Neşvill (1796)

  46. Texas-Ostin (1845)

  47. Florida-Tallaxassi (1815)

  48. Cənubi Dakota-Pirr (1889)

  49. Cənubi Karolina-Kolumbiya (1788)

  50. Yuta-Solt-Leyk-Siti (1896)

Kolumbiya Federal dairəsi
KANADA

Əyalətlər


  1. Ontario-Toronto

  2. Kvebek-Kvebek

  3. Britaniya Kolumbiyası

  4. Viktoriya

  5. Alberta-Edmont

  6. Manitoba-Vinnipeq

  7. Saskeçevan-Ruçayna

  8. Nyu-Bransuik-Frederikton

  9. Yeni Şotlandiya-Halifaks

  10. Nyufaudlend-Send-Cons

  11. Şahzadə Edvard adası-Şarlottaun


Ərazilər


  1. Şimali-Qərbi torpaqlar

  2. Yellounayf

  3. Nanavut-İkaluit

  4. Yukon-Uaythors



ALMANİYA

Torpaqlar


  1. Şimali Reyn – Vestfaliya

  2. Düseldorf

  3. Bavariya-Münxen

  4. Baden-Vürtenberq-Ştutqard

  5. Aşağı Saksoniya-Hannover

  6. Hesen-Visbaden

  7. Saksoniya-Drezden

  8. REynland-Pfalts-Mayns

  9. Şilezviq-Holşteyn-Kil

  10. Brandenburq-Postdam

  11. Saksoniya-Anhalt-Maqdenburq

  12. Türingiya-Erfurt

  13. MAklenburq-Ön Pomeraniya-Şverin

  14. Saar-Saarbrükken


Torpaq statuslu şəhərlər


  1. Berlin

  2. Hamburq

  3. Bremen


İTALİYA

Muxtar mahallar


  1. Siciliya-Palermo

  2. Sardinya-Kalyari

  3. Friuli-Venesiya-Culia

  4. Trentino-Alto-Adice-Trento

  5. Vale-d Aosta -Aosta


Vilayətlər


  1. Lombardiya-Milan

  2. Kampaniya-Neapol

  3. Lasio-Roma

  4. Venesiya-Venesiya

  5. Pyemont-Turin

  6. Apulia-Bari

  7. Umbria-Peruca

  8. Bazilikata-Potensa

  9. Emilia-Romania-Bolonya

  10. Toskana-Florensiya

  11. Kalabriya-Katandzaro

  12. Liquria-Genuya

  13. Marke-Ankona

  14. Abrusso-LAkvila

  15. Molize-Kampobasso


İSPANİYA

Muxtar icmalar (vilayətlər)


  1. Andalusiya-Sevilya

  2. Araqon-Saraqosa

  3. Asturiya-Ovyedo

  4. Balear adaları – Palma de Malyorka

  5. Valensiya-Valensiya

  6. Qalisiya-Santyaqo de Kompostela

  7. Kanar adaları – Las Palmas de Qrand Kanariya

  8. Kantabriya-Sanander

  9. Kastiliya La Mança-Toledo

  10. Kastiliya-Valyadolit

  11. Leon-Leon

  12. Katalonya-Barselona

  13. Rioxa-Loqronyo

  14. Madrid-Madrid

  15. Mursiya-Mursiya


Muxtar şəhərlər


  1. Seutu

  2. Meliya


Suveren ərazilər


  1. Cafarinos

  2. Penon de Alusemas

  3. Penon de Veles


Əyalətlər


  1. Avila

  2. Alava

  3. Alikante

  4. Albasete

  5. Almeriya

  6. Asturiya

  7. Badaxos

  8. Barselona

  9. Biskaya

  10. Burqos

  11. Valensiya

  12. Valyadolid

  13. Qvadalaxara

  14. Qupusskao

  15. Qranada

  16. Kaseres

  17. Kastalyon

  18. Kordova

  19. Kadis

  20. Kuenka

  21. La-Korunya

  22. Las-Palmas

  23. La Rioxa

  24. Leon

  25. Lerida

  26. Luqo

  27. Malaqa

  28. Melilya

  29. Madrid

  30. Mursiya

  31. Navarra

  32. Orense

  33. Palensiya

  34. Pontevedra

  35. Salamanka

  36. Samora

  37. Santa-Krus de Tenerife

  38. Saraqosa

  39. Sevilya

  40. Seqoviya

  41. Seula

  42. Sorio

  43. Syudad Real

  44. Taraqona

  45. Teruel

  46. Toledo

  47. Uelva

  48. Ueska

  49. Xaen

  50. Xerona (Jirona)


Rusiya Federaiyasının subyektləri

Milli Respublikalar


  1. Adıgey Respublikası (Adigeya) – Maykop

  2. Altay Respublikası – Qorno-Altaysk

  3. Başkırdıstan Respublikası – Ufa

  4. Buratiya Respublikası – Ulan-Ude

  5. Dağıstan «__» Maxaçqala

  6. İnquşetiya «__» Maqas

  7. Kabardin-Balkar «__» Nalçik

  8. Kalmıkiya «__» Elista

  9. Karaçay-Çerkes «__» Çerkerssk

  10. Kareliya «__» Petrozavodsk

  11. Komi «__» Sıktıvkar

  12. Mariy El «__» Yoşkar-Ola

  13. Mordoviya «__» Saransk

  14. Saxa (Yakutiya) «__» Yakutsk

  15. Şimali Osetiya (Alaniya) – Vladikavkaz

  16. Tatarıstan «__» Kazan

  17. Tıva «__» Kızıl

  18. Udmurt «__» İjevsk

  19. Xakasiya «__» Abakan

  20. Çeçen «__» Qroznıy

  21. Çuvaş «__» (Çuvaşiya) Çeboksar



Download 2,21 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   24   25   26   27   28   29   30   31   32




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish