Müasir dərsə hazırlıqda müəllimlərin çətinliyi aşağıdakı istiqamətlərdə özünü göstərir: birinci çətinlik dərslərin təşkilinin elə axtarışı ilə bağlıdır ki, burada həm tədris materialının bütün şagirdlər tərəfindən mənimsənilməsi, həm də müstəqil idrak fəaliyyətlərinin və əqli inkişafının təmin olunması diqqət mərkəzində saxlanılsın (bu isə təlim materialının hazırlanması və uyğun təlim metodlarının seçilməsi ilə bağlıdır); ikinci çətinlik problem situasiyasının yaradılması, burada priyom və metodların, problem sualların, didaktik materialın tapılmasından ibarətdir; üçüncü çətinlik, təlim probleminin müstəqil həlli üçün vaxta qənaət və dərsin tempinin yüksəldilməsi üçün texniki vasitələrin kompleks tətbiqinin vacibliyi ilə bağlıdır; dördüncü çətinlik, mövzuya şagirdlərin marağının oyanması, təlim motivlərinin formalaşması, onların emosional-iradi münasibətlərinin artırılması zəruriliyi ilə əlaqədardır.
Pedoqoji ədəbiyyatda problemli dərslərin planlaşdırlması və hazırlıq sisteminin qurulmasına aid olan mülahizələr də vardır. T.V. Kudryatsevin bu barədə fikri müəyyən qədər maraq doğurur. O, dərsə hazırlığın aşağıdakı sxemini təklif etmişdir: a) materialın məzmununun təhlili; b) həmin əsasa görə problemili vəziyyətin tipinin seçilməsi; c) problemin tipi və dərsin struktur mərhələləri ilə bağlı təlim materialının konstruksiya olunması; ç) dərsin konkret gedişinin qabaqcadan düşünülməsi.
T.V. Kudryatsevin sxeminin problemli dərsə verilən bir sıra tələblərə uyğun olduğunu inkar etmək olmaz. Ancaq o, dərsə hazırlığın məzmunu, təlim materialıının təhlili mərhələlərini, təlim materiallarının məzmunu üzərində müəllimin konkret iş priyomlarını tam açmır; bu sxem yalnız məntiqi-psixoloji alt strukturun bəzi elementlərini əhatə edir. Ona görə də, o, problemli dərsə hazırlığın tələblərinə tamamilə kifayətləndirici ola bilmir.
Dərsin planlaşdırılması və hazırlıq sisteminin işlənilməsi üçün M.A. Danilovun nəticələri daha ciddi əhəmiyyət kəsb edir. O, aşağıdakı şərtlərin gözlənilməsini zəruri hesab edir:
- əvvəlki məşğələlərin nəticələrini nəzərə almaq;
- əvvəlki və hazırki dərslər arasında əlaqəni müəyyənləşdirmək;
- dərsin məqsədini müəyyənləşdirmək;
- şagirdlər üçün idrak məsələlərini formalaşdırmaq;
- müstəqil işin hər bir bilik mənbəyi ilə təchiz edilməsi;
- dərs materialının həcmini müəyyənləşdirmək;
- öyrənməyə maraqları müəyyənləşdirməkdən ötrü metodika düşünmək;
- yazılı və şifahi çalışmaları seçmək;
- oyun materiallarını seçmək;
- informasiya materiallarını seçmək;
- müəllimin özünün nə etməli olduğunu, şagirdin nə edəcəyini müəyyənləşdirmək;
- tapşırıqların icrası zamanı uşaqların rastlaşdığı çətinlikləri görmək;
- ilk dəqiqələrdən şagirdlərin işə necə qoşulmasını düşünmək;
- ev tapşırıqlarının həcmini müəyyənləşdirmək;
- biliklərin qeydə alınma formalarını əvvəlcədən görmək;
- didaktik təchizatı hazırlamaq.
N.Q.Dayri M.A.Danilovun mülahizələrini dəqiqləşdirmək yolunda müvəffəq addım ataraq dərs planı tərtibinin belə bir sxemini təklif etmişdir: 1) əldə olunacaq nəticələri müəyyənləşdirmək; a) bilikləri; b) təfəkkürün inkişafı; c) tərbiyə; 2) müəllim və şagirdlərin fəaliyyəti priyomalarını müəyyənləşdirmək; 3) yeni materialın öyrənilməsi (müəllim-şagird); 4) ev tapşırığı (müəllim-şagird).
Lakin təəssüf ki, N.Q. Dayri problemli təlim anlayışında əsasən biliklərin problemli şərhini nəzərdə tutur, o, şagirdlərin idrak imkanlarını kifayət dərəcədə qiymətləndirmir.
Müasir dərsin, ümumiyyətlə, problemli, inkişafetdirici təlimin təşkilinin birinci və başlıca şərti yüksək ixtisaslı mütəxəssis – müəllim pedaqoqun mövcudluğudur. Təlimin təşkili pedaqoqdan yeni səviyyədə sistematik yaradıcı iş tələb edir. Şagirdin psixi vəziyyətinin müəyyən edilməsi, onun təlimə hazırlıq dərəcəsi, problemli vəziyyətin yaradılması, şagirdlərin müstəqil idrak fəaliyyətinin stimullaşdırılması, bu fəaliyyətin idarə olunması və s. bütün bunlar pedoqoji intuisiya, çevik əql, metodik ustalıq, həm də başlıcası, tədrisin elmi təşkili vərdişlərini tələb edir.
Tədrisə müəllimin hazırlığı başlıca olaraq aşağıdakılarla müəyyən edilir: a) müəllimin dünyagörüşü, onun elmi-siyasi hazırlığı; b) müəllimin ziyalılıq səviyyəsi; c) uşaqlarla müəllimin humanist münasibəti; ç) müəllimin peşə hazırlığı; d) müəllimin şəxsi keyfiyyətləri.
Pedaqoji tətqiqatlar sübut edir ki, dərsin qurulması və hazırlanmasının özünəməxsus məntiqi vardır və təlim məşğələsinin planlaşdırılmasının iki altsistemi mövcuddur:
1) təlim materialının elmi-metodik təhlili, şagirdlərin öyrənməyə qabillik dərəcəsi, psixo-pedoqoji hazırlığı, məşğələnin keçirilməsinin vasitə və şəraiti əsasında onun hazırlanmasının altsistemi. Bu altsistem dərsin strukturu və müasir təlim-tərbiyə prosesinə tələblərlə şərtlənir.
2) təqvim-illik, tematik və dərs üzrə planlaşmanı özünə daxil edən məşğələnin planlaşdırılmasının altsistemi.
Dərslərin daha çox effektivliyini məşğələnin hazırlanmasının elə sistemi təmin edir ki, o, təlim materialının özünün məzmununun hərtərəfli təhlilinə əsaslanmış olsun. Həm tematik, həm də dərs üzrə planlaşma aşağıdakı hazırlıq sisteminin gözlənilməsini zəruri edir: 1) təlim materallarının komponenti (anlayış) üzrə təhlili; 2) psixoloji təhlili; 3) məntiqi təhlili; 4) təlim materiallarının tərbiyəvi əhəmiyyətinin təhlili; 5) didaktik təhlil.
Bu barədə də maraqlı baxışlar yox deyildir. Məsələn, M.İ.Maxmutovun fikrincə, tematik planlaşdırılmanın sxemi beş bölmədən ibarətdir, onların hər biri bir sıra elementlərə malikdir (ümumiyyətlə, dərslər sistemi üçün zəruridir), lakin müxtəlif tip dərslərdə müxtəlif məzmuna malikdir. Tematik planın bölmələrinin məzmunu belədir:
I. Mövzunun adı və ya dərslər sistemi proqramdan götürülür.
Do'stlaringiz bilan baham: |