Amea folklor institutu


«Kitabi-Dədə Qorqud»un Azərbaycan şifahi ədəbi düşüncə tarixinə təsiri



Download 40,44 Mb.
bet286/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   282   283   284   285   286   287   288   289   ...   295
4. «Kitabi-Dədə Qorqud»un Azərbaycan şifahi ədəbi düşüncə tarixinə təsiri:
Müasir Azərbaycan ədəbiyyatı bütün növ və janrlar sistemi, mövzu, məzmun və ideya qaynaqları etibarilə qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının davamıdır. «Kitabi-Dədə Qorqud» özündən sonrakı ədəbi düşüncəyə, xüsusilə Azərbaycan qəhrəmanlıq və məhəbbət dastanlarına çox güclü təsir etmişdir. Bu səbəbdən müasir Azərbaycan ədəbiyyatının «Kitabi-Dədə Qorqud»la əlaqəsinin bir xətti də orta əsrlər Azərbaycan şifahi ədəbiyyatıdır. Yəni «Qorqud» eposunun təsiri orta əsr Azərbaycan dastanlarından keçməklə də gəlib müasir ədəbiyyatımıza çatmışdır. Bu, haqqında yuxarıda bəhs etdiyimiz «Qorqud milli-ədəbi ruhu», yəni XX əsr Azərbaycan ədəbiy­yatının əsrlər boyu varlığında, tarixi yaddaşında, düşüncəsinin köklərində həmişə mövcud olan, yaşamını günümüzə qədər sürdürən «Dədə Qorqud ruhu» məsələsidir. «Dədə Qorqud» eposu ədəbi ruh kimi Azərbaycan ədəbi düşüncəsini ən qədim çağlarından tutmuş müasir dövrümüzə, günümüzə qədər daim müşayiət etmişdir.
5. «Kitabi-Dədə Qorqud»un yazılı ədəbi düşüncə tarixinə təsiri:
Azərbaycan alimlərinin ədəbiyyatımızda «Dədə Qorqud ənənələrinə dair apardığı araşdımalar göstərir ki, epos qədim və orta əsrlər ədəbiyyatımıza da güclü təsir göstərmişdir. Məsələnin bu tərəfi məlum edir ki, müasir Azərbaycan ədəbiy­yatının «Kitabi-Dədə Qorqud» eposu ilə əlaqəsinin bir qaynağı da bu istiqamətdə axtarılmalıdır. Çünki müasir ədəbiyyat ənənə konktekstində qədim və orta əsrlər ədəbiyyatının varisidir.
6. «Kitabi-Dədə Qorqud» və müasir Azərbaycan ədəbiyyatı.
Tədqiqatın başlıca məqsədini təşkil edən bu istiqamət həm xronoloji, həm də məntiqi-elmi baxımdan sonuncu olub yuxarıdakı aspektlərlə sıx şəkildə bağlıdır. Əslində, «Kitabi-Dədə Qorqud» və müasir Azərbaycan ədəbiyyatı» mövzusu «Kitabi-Dədə Qorqud» və Azərbaycan ədəbiyyatı» kimi qlobal elmi problemin sözü gedən as­pektlərindən biridir. Bu üzdən mövzuya hansı istiqamətdə baxılırsa-baxılsın, bu aspektləri birgə götürmək, bir aspekti öyrənərkən digərlərini də öz dərəcəsində nəzərə almaq lazımdır.
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri mövzusunun tədqiqi problemə ilk növbədə «folklor və yazılı ədəbiyyat» aspektində yanaşma tələb edir. Bu, çox mühüm yanaşmadır və onun nəzərə alınması son dərəcə vacibdir. «Kitabi-Dədə Qorqud» bütün hallarda folklor abidəsidir. Folklor abidəsinin bütün quruluş elementləri (mövzu, məzmun, forma, obraz, süjet, motiv, epizod, bədii dil, onun təsvir və ifadələr sistemi və s.) istisnasız şəkildə folklor poetikasının qanunauğunluqlarına tabedir və heç bir halda ondan qırağa çıxmır. Folklor mətninin poetikası ilə yazılı ədəbiyyatın poetikası biri-biri ilə qırılmaz şəkildə bağlı olduğu kimi, onların arasında kəskin fərqlər də vardır. Bu bağlılıq (vəhdət) və fərqlər «folklor və yazılı ədəbiyyat» modeli çərçivəsində reallaşır. Ə.Ələkbərli folklorun və yazılı ədəbiyyatın özünəməxsusluğunu səciyyələndirən (həm də müəyyənləşdirən) bədii şərtilik amili haqqında yazır ki, «bu, ilk növbədə, ümumiyyətlə, folklor təfəkkürü, folklorun digər bədii yaradıcılıq sahələrindən, o cümlədən yazılı ədəbiyyatdan fərqli spesifik poetikası ilə bağlı əlamətdir və dünyanın bütün digər xalqlarının şifahi söz sənəti tarixində bu və ya digər forma və səviyyədə müşahidə olunur. Xüsusilə qədim dövrlərdə folklorda gerçəkliyin bizim bugünkü (bədii – Y.İ.) təfəkkür tərzimizə müvafiq yox, məhz ilkin-ibtidai təfəkkür prizmasından keçirilərək əks olunduğunu və bu təfəkkür tərzi üçün bir sıra keyfiyyətlərin (məsələn: hadisələr arasında səbəb-nəticə əlaqəsinin səciyyəvi olmaması; bir sıra anlayış və təsəvvürlər, o cümlədən canlı və cansızlar, insanlar və heyvanlar arasında diferensiasiyanın, yaxud lazımi səviyyədə diferensiasiyanın yoxluğu və s.) səciyyəviliyini də nəzərə alsaq, onda folklorun bədii şərtilik elementlərindən istifadə özünəməxsusluğun­dan hətta onun poetikasının əsas komponenti kimi danışa bilərik» (2, s, 162).
Azərbaycan folklorşünaslığında folklor mətnlərinin folklorun öz poetikasına uyğun yox, yazılı ədəbiyyat prinsipləri ilə təhlil olunması rast gəlinən haldır. Həmçinin ədəbiyyatşünaslıqda ədəbi əsərlərdəki folklor «layının» (folklor motiv və obrazlarının) təhlili zamanı «folklor və yazılı ədəbiyyat» münasibətlər modelinə bir çox hallarda etina edilmir. Nəzərə alınmır ki, hər hansı folklor obrazı yazılı ədəbiy­yata gələrkən yazıçı təxəyyülünə uyğun dəyişsə də, ədib onun üzərində müxtəlif yaradıcılıq əməliyyatları aparıb həmin folklor obrazını öz ideyasının daşıyıcısı kimi yenidən yaratsa da, bu folklor obrazının «bətnində», «mayasında» (obrazın semantik strukturunda, formal-poetik quruluşunda və s.) folklor poetikasının qanunauyğun­luqları yaşamaqda davam edir. Bu amildən irəli gəlməklə hər hansı yazılı ədəbiyyat əsərində folklor qatının araşdırılması, o cümlədən bizim tədqiqatımızda olduğu kimi müasir Azərbaycan ədəbiyyatında «Kitabi-Dədə Qorqud» dastanlarının təsirinin qlo­bal aspektdə öyrənilməsi zamanı «folklor və yazılı ədəbiyyat» münasibətlər modeli hökmən tətbiq olunmalıdır.
Prof. P.Əfəndiyev görkəmli dramaturq C.Cabbarlı yaradıcılığında xalq ədə­biyyatından istifadə məsələsindən bəhs edən kitabında yazır: «Yazılı ədəbiyyat və folklor, bunların qarşılıqlı əlaqə və təsiri ədəbiyyatşünaslıq və folklorşünaslığı həmişə düşündürmüşdür. Bu problem həm də Azərbaycan ədəbiyyatı tarixində xəlqilik, realizm, sənətkarlıq kimi mühüm məsələlərlə bağlıdır. Ona görə də müxtəlif dövr­lərdə Azərbaycan söz ustalarının xalq ədəbiyyatına münasibəti, ondan istifadə etməsi yolları və üsulları barədə ayrıca tədqiqat işləri aparmaq zəruridir» (3, s. 3).
Qocaman folklorşünas bir neçə ildən sonra S.Vurğunun folklora münasibətini tədqiq edən kitabında «folklor və yazılı ədəbiyyat» məsələsinin elmi problematik as­pekti olduğunu göstərmişdir: «Yazıçı və şifahi ədəbiyyat, onların qarşılıqlı əlaqəsi ədə­biyyatşünaslıq və folklorşünaslığımızda çoxdan həllini gözləyən problemlərdən biridir... Müxtəlif dövrlərdə Azərbaycan sənətkarlarının xalq ədəbiyyatına münasibəti, ondan istifadə yolları və üsulları barədə tədqiqat əsərləri yazılsa da, bunlar azdır» (4, s. 3-4).
Fikirlərdən bəlli olduğu kimi, «folklor və yazılı ədəbiyyat» ədəbiyyatşünaslıq üçün bütün hallarda aktual və zururi yanaşma aspektidir. Bu aspektin aktuallığı və zərurəti «Qorqud» eposunun müasir ədəbi düşüncəyə təsiri probleminin araşdırılması üçün də dəyişməz olaraq qalır. Baxmayaraq ki, folklor və yazılı ədəbiyyat bədii yara­dıcılıq hadisələri kimi bir axarda birləşə bilir. Ancaq bunları eyniləşdirmək olmaz. Bunlar bədii yaradıcılığın müxtəlif üslubları, tədqiqatlarda göstərildiyi kimi, kodları, yəni təsvir dilləri, ifadə üsullarıdır.
Prof. M.Həkimov və S.Rzasoy yazırlar: «Yazılı ədəbiyyat və folklor problemi ilk baxışdan sadə mövzu kimi görünsə də, əslində, yaradıcılığın çox mürəkkəb müna­sibətlər kompleksini, bədii özünüifadənin müxtəlif təsvir dillərini, ifadə kodlarını nəzərdə tutur. Folklor və yazılı ədəbiyyat etnik-bədii özünüifadə kontekstində düşün­cənin həm diaxron (tarixən biri-birinin ardı ilə gələn – Y.İ.), həm də sinxron (yanaşı, eyni zamanda mövcud olan – Y.İ.) kodlarıdır. Burada diaxronluq bu kodların bir-birini şərtləndirməsi, folklor kodunun yazılı ədəbiyyat kodu üçün «arxekodu» təşkil etməsi deməkdir. Ancaq bu kodların münasibətlər strukturu təkcə biristiqamətli, yəni diaxron deyildir. Yazılı ədəbiyyatın meydana çıxması, yazılı düşüncə və özünüifadə tərzinin meydana çıxması folklor kodunu heç də «arxeləşdirirməmiş», əksinə bu kodların sinxron funksionallaşma mexanizmləri qurulmuşdur» (5, s. 64).
Yazılı ədəbiyyat şifahi ədəbiyyatdan təkcə zamanca ondan sonra meydana çıx­ması ilə fərqlənmir. Müəlliflər göstərirlər ki, «yazılı ədəbiyyat – yazılı düşüncə tərzi deməkdir. Bu, folklor özünüifadəsinin sadəcə yazı koduna keçməsi demək deyildir. Yazı kodu düşüncənin folklordan çox planda fərqli olan struktur mexa­nizmlərini nəzərdə tutur. Bu halda etnik özünüifadənin bədii-estetik tərzi kollektiv qəliblərdən çıxır. Düşüncənin ümumiləşmiş, sxemləşmiş formulları fərdiləşməyə, konkretləşməyə meyllənir. Minillərin qəlibləri öz strukturunda fərdin nəfəsinin ifadə mexanizmlərinin aktual üzvlənməsinə doğru inkişaf edir. Bu baxımdan, yazılı kod ümumbədii təfəkkür kodunun tamamilə yeni bir mərhələyə və uyğun olaraq struktura keçməsi deməkdir (5, s. 64-65).
Yazılı ədəbiyyatla folklor düşüncəsinin biri-biri ilə bağlılığını vurğulayan müəlliflər onların biri-biri ilə münasibətlərini aşağıdakı kimi səciyyələndirirlər: «Ya­zılı kodun meydana çıxması dialektik planda folklor kodunu inkar etmir. Kod pa­ralelliyi, ümumbədii təfəkkürün ifadə tərzlərinin yandaşlığı yaranır. Bu halda hər iki kod bir-birinin, təbii ki, mexaniki paraleli olmur. Bütün ortaqlıq, korrelyativ həm­ahəngliyə baxmayaraq, kodlar özünəməxsusluğunu saxlayır. Ən başlıcası, yazılı düşüncə kodu folklor düşüncə kodunun əsasında meydana gəlsə də, burada təsir bir­tərəfli yox, ikitərəfli olur: Yazılı kodu şərtləndirən folklor kodu yazılı kodun inkişafı, sürəkli «start», sıçrayışlı dinamikası ilə get-gedə onun təsirinə düşməyə, başqa sözlə, əks təsirə məruz qalır. Bu baxımdan, yazılı ədəbiyyat və folklor münasibətlərinin ən ümumi poetik konteksti:
- Folklorun yazıli ədəbiyyata təsirini;
- Yazılı ədəbiyyatın folklora təsirini;
- Folklor və yazılı ədəbiyyatın eyni zamanda qarşılıqlı təsirlərini nəzərdə tutur» (5, s. 65).
«Dədə Qorqud» eposunun müasir milli ədəbiyyatla əlaqələrinə «folklor və yazılı ədəbiyyat» münasibətlər modelində baxıldıqda məsələnin tarixən çox mürəkkəb olduğu meydana çıxır. Prof. K.Abdulla bu modeli daha dərin tarixi aspektdə «mif və yazı» münasibətlər modeli kimi müəyyənləşdirib «Kitabi-Dədə Qorqud»a bu kon­tekstdə yanaşmışdır. Alimin fikrincə, bu münasibətlər modeli son dərəcə dərindədir və ilk növbədə mif ilə yazı mədəniyyətlərinin (kodlarının) sistem kimi hüdudları və biri-birinə keçidi nəzərdə tutan sistemlərarası diffuz məqamları ilə bağlıdır. O yazır: «Vacib olan odur ki, biz belə bir aydın sualın əhəmiyyətini dərk edək: mifoloji təsəvvür harda qurtarır və Yazı mədəniyyəti hardan başlayır? Və vacib deyil ki, biz bu sualın dəqiq cavabını bilmirik, bəlkə, heç bunu bilməyimiz mümkün də deyil. Əsas məsələ odur ki, bu iki nəhəng mədəniyyət tiplərinin bu sualdan çıxış edib özü­nə­məxsus xüsusiyyətlərini müəyyənləşdirmək mümkündür. Özü də bu, ona görə müm­kündür ki, xoşbəxtlikdən Dastan («Kitabi-Dədə Qorqud» – Y.İ.) özündə mifoloji dünyagörüşünün və Yazı mədəniyyətinin ən əlamətdar cizgilərini saxlayır. Bir az da dəqiqləşdirsək, bu mədəniyyətlərin birindən digərinə körpü salan böyük və zəngin keçid mərhələsini özündə əks etdirir. Təkrar edək ki, açıq-aydın şəkildə yox, gizli şəkildə əks etdirir» (6, s. 23-24).
Prof. K.Abdullanın bu fikrində mövzumuzla bağlı çox maraqlı iki məqam var. Birinci məqam ondan ibarətdir ki, «Kitabi-Dədə Qorqud» mifdən yazıya (uyğun ola­raq: «folklordan ədəbiyyata») keçidi özündə yaşadan «körpüdür». Bu məqam «Dədə Qorqud» eposunun müasir Azərbaycan ədəbiyyatına coşğun və məhsuldar təsirinin, ədəbi düşüncədə meydana gələn «Dədə Qorqud» cazibəsinin səbəblərini izah edir. Yəni bu eposun bədii mayasında, poetik strukturunda folklordan yazılı ədəbiyyata keçidin hazır mexanizmləri var. Həmin mexanizmlər XX əsrin birinci yarısında Azərbaycan ədəbiyyatının üfüqlərində «Dədə Qorqud» eposunun göründüyü «an»dan işə düşür və milli ədəbiyyatımızda «Qorqud» epoxasının başlanğıcını qoyur. İkinci məqam isə mifdən yazıya («folklordan ədəbiyyata») keçidin mexanizmlərinin eposun strukturunda gizli şəkildə mövcud olmasının prof. K.Abdulla tərəfindən xüsusi vurğulanmasıdır. Bu, bizim yuxarıda artıq hallandırdığımız «Dədə Qorqud» ədəbi ruhudur. Həmin ruh milli ədəbiyyatımızın bütün tarixi boyunca ona xas olub, «Kitabi-Dədə Qorqud» vasitəsi ilə müasir Azərbaycan ədəbiyyatında yenidən canlanaraq ədəbi düşüncəyə yeni həyat (yeni məzmun və forma əlvanlığı) verib.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   282   283   284   285   286   287   288   289   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish