Amea folklor institutu


Albastı - həm də bu şər ruhun səbəb olduğu xəstəliyin adıdır. Bu xəstəlik ruhi boğucu xəstəlik hesab olunur. Bəzi mənbələrə görə, türklərdə lohuşahumması



Download 40,44 Mb.
bet164/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   160   161   162   163   164   165   166   167   ...   295
Albastı - həm də bu şər ruhun səbəb olduğu xəstəliyin adıdır. Bu xəstəlik ruhi boğucu xəstəlik hesab olunur. Bəzi mənbələrə görə, türklərdə lohuşahumması adlanan bu xəstəlik yüksək hərarətlə müşayiət olunur və təmizliyə diqqət yetirilmədiyi üçün meydana gəlir. Bir növ qorxu halıdır. Hamilə qadın qan itirməyə başladığında müxtəlif varlıqlar görməyə başlayır. Ən çox qorxduğu şey gözünün önünə gəlir. Bunun nəticəsində bəzən huşunu itirir. Miflərə görə, Al arvadı o əsnada zahının sinəsinə dizləri ilə çökərək nəfəsini kəsir. Hamilə qadın yeyə, içə bilməz, ürəyi sıxılır. Albastı, Hal anası barəsində ən geniş yayılmış miflərdə göstərilir ki, o, zahı qadının ciyərini çıxarır və suya salır. Bununla da onun ölümünə səbəb olur. Bu barədə Azərbaycan mifoloji mətnlərində deyilir: “Hal anası dedikləri cin kimi bir şeydi. Hamilə qadınlarla yaman öjdü. Qadın doöan kimi xəlvətcə hamilə qadınlarla yanaşar, ciyərini çıxarıb apararmış, balalarını ilə yeyərmiş” (1, 115).
Al basması adlı xəstəlik də mövcuddur ki, bu da al ruhu ilə bağlı bir xəstəlik sayılır. Mənbələrin verdiyi məlumata görə, “Qarabasma” və ya “Qaramat” adında da olduğu kimi hər cür azar-bezarın bu və ya digər xtonik demonlarla əlaqələndirildiyini göstərir. Anadolu türklərinin inancına görə zahı çoxlu qan itirdiyi zaman gözünə xəyalat görünər. Ən çox ürəyinə saldığı və qorxduğu şeylər gözünün qabağına gələr. Zahı tək qalanda qorxduğundan onu “al basar”. Al basmış zahı qadın bayılmış halda olar. Bu zaman al arvadı (Halk anası) sanki onun sinəsinə çöküb nəfəsini kəsər. Guya həmin vaxtdır ki, Al zahı qadının ciyərini çıxarar və aparıb suya çəkib yemək istər.
Al basan zahı qorxu işində olar, sayıqlar, yeyib içməz, çünki, üstündə ağırlıq var. Elə bil nəfəsi daralır. O, həmin anda hər şeyi başa düşər, amma danışa bilməz. al basan zahı bu xəstəlikdən qurtulsun deyə üstündə Quran oxunur, al ocağına aparılır və s.
Beləliklə, al basması bir növ qorxu halıdır. Ənənəvi təsəvvürlərdə bütün bu və ya bənzər hallar demonik güclərlə əlaqələndirilmişdir. “Al basması” halı da bu mənada Al qarısı, Hal anası, Alarvadı və b. kimi adlarla bilinən xtonik demonun adı ilə bağlanmışdır” (3, 25).
Miflərdə adətən, Al qarısı, Albastı, Hal anası demək olar ki, su kənarında – çay qırağında insanların gözünə görsənir, onlarla orada rastlaşır: “Bir gün babam ata minip suyun qırağıynan gedirmiş. Görüf ki, əmcəyi uzun, saçı pırtdaşıx, boynu muncuxlu bir arvat əlində ciyar yendi suya. Babam o sahat bilif ki, bı hal nənəsidi. Çığırıp ki, ay kafir, neynirsən?
Hal nənəsi o dəyqə ciyarı qoyup qaçıp. Babam qayıdıp evə ki, qonşunun qızı yatıf təzəcə, özü də ölüf. Bının üzünə bir-iki şillə vırır, qız dirilir” (1, 121). Belə mifoloji mətnlər çoxdur. Çuvaş mifologiyasında Albastı Lobasty – rusalka (su pərisi) adlanır (8). Bildiyimiz kimi, rusalka slavyan xalqlarının mifologiyasında birbaşa su stixiyası ilə bağlı demonik obrazdır. Rusalka - su pərisi - bədəninin yarısı qadın, yarısı balıq olan bu obraz bəzi əlamətlərinə görə çuvaş mifologiyasının Albasty obrazı ilə çuğlaşmış şəkildə işlənir.
Bu demonoloji obrazın su kənarında olması, su qırağında olması, yaxasındakı iynədən qurtulduğu zaman suya qaçmasının səbəbi Prof.C.Bəydili belə açıqlayır: “Yaxasından o iynə çıxarılan kimi isə həmən Al qarısı bəzən hətta quyunun qapağını açıb içinə girməklə də yox ola bilir, çox zamansa suya – ilkin bağlı olduğu stixiyaya dönürdü, çünki sıralarına mənsub olduğu varlıqlar orda yaşayırdı, lakin onlar artıq onu insan arasında olduğuna və bu üzdən də “üstünə insan qoxusu sindiyinə” görə qəbul etməyib öldürərdilər.... Bəzi inamlarda su ilə bağlı olan, hətta onunla qarşılaşan insan oğluna; “Bu su olmasaydı, sənə nə eləyəcəyimi bilirdim”- deyən bu fövqəltəbii varlıq ənənəvi olaraq şamanizm görüşləri ilə əlaqələndirilibdir. Lakin su ilə mifoloji qaynağından gələn bağlılığı ənənədə bəzən onun sudan qorxmağı kimi bir yozum da qazanır” (3, 26).
Albastı təsəvvürünün mövcud olduğu mifoloji inam kompleksində onun törətdiyi ziyana qarşı bir qisim apotropeik və katartik tədbirlər proqramı da hazırlanmışdır. Məsələn, Anadolu türklərində bu tədbirlərdən biri belə təsvir olunur: “Bu.ruh lohusalara musallat olup ciğerlerini alır, götürüp suya atar. Baskılar yahut ocaklı adam (albastı) ya ciğeri yerine koymaya mecbur ederler. (Albastı) yi yakalayan baskı, eline kopuz alarak şu afsunu söyler:
Ey, Albastı zalim.
Koy ciğerini yerine,
Zavallının canın iade et.
Sözümü tutmazsan,
Bana hürmet etmezsen,
Gözlerini çıkarırım” (4)
Albastıya qalib gəlmək üçün onun atributlarını əldə etmək lazımdır - saçından bır telini, və ya darağını, əsas da muncuğunu götürmək onu gücsüz etmək anlamına gəlir. Azərbaycan mifoloji mətnlərində göstərilir ki, onun muncuğu həm də ona qarşı qoruyucu amulet kimi də istifadə oluna bilər. Məs., “Bir zahı evdə uşağı ilə tək imiş. Uzun təndir şişini yanına qoyub oturmuşdu. Bir də baxır ki, bunu çağırırlar, amma tanış səs deyil. Qorxur, soruşur ki, kimdi?
Bir də görür ki, bacadan bir arvad başı sallandı, boynunda uzun bir muncuq var. Bilir ki, bu hal anasıdı. Tez şişin qarmağın ilişdirir muncuğa, dartır qırır. Muncuq səpələnir evə. Zahı arvad bu muncuqları yığır bir ərgiyə, qoyur uşağın başı altına.
Hal anası başlayır arvadı qorxuzmağa ki, tez ol, muncuğu ver, yoxsa səni də, uşağı da öldürrəm.
Arvad deyir ki, heç nə eləyə bilməzsən, muncuğunj bizdədi. Hal anası hədələyir, yalvarır, amma arvad muncuğu vermir. Şiş ilə hal anasını qəvur. Sonra muncuqlardan paylayır camahata. Deyirlər ki, o muncuqdan kimdə varsa, daha hal anası ona yaxın düşə bilməzmiş (1, 119); “Bir zahı evdə təkimiş. Bir də görür ki, bacadan bir arvad başı sallandı, boynunda da mıncıxları qırıp tökür, çünki bının hal olduğunu bilmişdi.
Bi mıncıxların içində biri başqa bir halın dabanı imiş. Halın canı dabanında imiş. Ona görə də hal dabanını çıxarıb verər başqa hal saxlasın.
Elə ki zahı mıncıxları qırdı, halın dabanını götürdü, o biri hal öldü. Sonra bu mıncıxları payladı camahata. Kimin ki xırda uşağı var, bı mıncıxlardan birini bağlıyır uşağın üsdünə. Onnan sora bizdən yeylərin heş biri uşağa yaxın düşəmmir” (1, 116).
Bu mətnlərin birincisində Albastıya qarşı istifadə edilən ən mühüm apotropeik vasitənin adı çəkilir. Yuxarıdakı mifin qəhrəmanı Hal anasından şiş vasitəsilə qorunur. Albastı barədə təsəvvürlərin mövcud olduğu bütün xalqlarda bu demonik obraza qarşı metal əşyalardan – şişdən, sancaqdan, qayçıdan və s. istifadə olunur. Azərbaycan miflərinin bəzilərində Hal anasına qarşı istifadə olunan bütün vasitələr bir yerdə təsvir olunur: “Günlərin bir günündə qonşuluxda bir qadın doğurmuş. Hal anası da elə onun pusqusundaymış. Hal anası gəlməsin deyə gəlinin sahibi əlinə bir dəmir şiş alıb başlıyır divarı cızmağa. Divar da başdan ayağa gərəy elə cızıla ki, hal anası ordan keçə bilməsin. Deyirlər dəmirlə cızılan yerdən hal anası keçə bilməzmiş, zahı da s qalarmış.
Ancax elə ki görürlər zahının halı hal deyil, dil ağzından çıxır, nəfəs kəsilir, bilirlər ki, hal anası nə təhər olubsa cızıxdan keçə bilib, zahıya yaxınlaşıb. Elə ciyərini də çıxarthaçıxartdı.
Adamların bir neçəsi tez kəndin aralığından axan çaya qaçırlar. Əllərindəki xəncərlə başlayırlar çayın suyunu doğramağa. deyirlər, hal anası ciyəri çıxardan kimi çaya apararmış, elə oradaca balaları ilə yeyərmiş. Adamlar da suyu xəncərlə doğramaqla hal anasını qorxuzub ciyəri yerinə qaytarmaq istəyirlər. Amma nə qədər əlləşirlərsə, ciyəri hal anasından ala bilmirlər. Zahı da canını tapşırır” (1, 115); “Zahı tək qalmamalıdı. Onun yanına şiş, qayçı, bıçaq qoyurlar ki, hal anası onu aparmasın. Zahı yatan otağın divarlarına cızıq çəkirlər. Cızığı arvad çəəkər, biri də ondan soruşar ki, xala, neynirsən? O da deyər ki, zahıya çəpər çəkirəm” (1, 115).
Albastının bədəninə iynə sancmaqla onu özünə tabe etmək mümkündür. İynəli, sancaqlı Hal anası ev işlərində insanlara kömək edir, su daşıyır, ot biçir və s. işləri görür. Türk xalqlarında belə bir inam var ki, iynəli Hal anası insanlara dövlət də bəxş edə bilər. Amma insanların bundan xəbəri olmadığından əsasən Albastının bu keyfiyyətindən istifadə edə bilmirlər. Bəzi insanlar bundan xəbərdardır. Məsələn., “Hal sorüşür ki nəyivizə bərəkət deyim. kişi deyir ki, ocağımıza. Hal anası bı kişinin ocağına bərəkət deyib uçur, gedir.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   160   161   162   163   164   165   166   167   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish