11sentyabrdan sonra abş-ın antiterror siyasətinin istiqamətləri



Download 62,92 Kb.
bet1/2
Sana17.01.2023
Hajmi62,92 Kb.
#900108
  1   2




Tələbə: Nuranə Nurizadə
İxtisas: Regionşünaslıq( ABŞ və Kanada)
Mövzu:11sentyabrdan sonra ABŞ-ın antiterror siyasətinin istiqamətləri


11sentyabrdan sonra ABŞ-ın antiterror siyasətinin istiqamətləri
Növbəti onilliklərdə nə baş verəcəyindən asılı olmayaraq, 2001-ci il, 11 sentyabr terror hücumu XXI əsr tarixinin ən həlledici nöqtələrindən biri kimi yerini saxlayır. Son 19 ildə dünyada, ələlxüsus da Yaxın Şərqdə baş vermiş bir sıra mühüm tarixi olaylar günəşli sentyabr günündə ABŞ-ın şərq sahilində cərəyan edən hücumlardan qaynaqlanır. 11 sentyabr hücumları haqda dünyanın bir sıra ölkələrində bəzən hökumətlərin həvəsləndirməsi ilə müxtəlif konspirasiya nəzəriyyələri, saxta fərziyyələr dolaşır. Fakt isə budur ki, həmin terror aktı ABŞ tarixində törədilmiş ən qanlı və ən ölümcül hücumdur. Bu hücumun anatomiyası, onun itki miqyası haqda daha dəqiq məlumata malik olmaq sonradan baş verən hadisələrin anlaşılmasına yardımçı ola bilər.
11 sentyabr hücumları nəticəsində 19 terrorçunu çıxmaqla birbaşa olaraq 2,977 adam həlak olmuş, 6,000-dən adam yaralanmışdır. Bu sıraya qaçırılmış dörd təyyarənin içərisində olan 265, Dünya Ticarət Mərkəzində 2,606 və ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında 125 adam daxildir. Ölənlərdən 2,605-i ABŞ vətəndaşı, yerdə qalan 372-i isə 60-dan çox ölkənin vətəndaşları olub. Mütləq əksəriyyət mülki vətəndaşlardan ibarət olsa da, qurbanlar arasında 70-dən çox polis zabiti, 343 yanğınsöndürən və 55 hərbçi olub. Hücumlardan sonrakı bir il ərzində dövlət orqanları 11 sentyabr terror hücumları ilə əlaqədar 2,753 ölüm şəhadətnaməsi veriblər. Bunlardan yalnız 1,588 (58%) adamın kimliyi müəyyən edilə bilib. Associated Press dağıntılar olan ərazidən “təqribən 10,000 ədəd sümük və bədən qalıqları” aşkar edildiyini xəbər verir ki, bunların kimə məxsus olduğunu aydınlaşdırmaq mümkün olmayıb.
Çərşənbə axşamı səhər saat 8:46-da Əkiz Binaların şimal qülləsini vuran ilk təyyarə “American Airlines 11” reysli təyyarə idi. Təqribən 20 dəqiqə sonra Cənub Qülləsini vuran ikinci təyyarə “United Airlines 175” reysli təyyarə oldu. Hər iki təyyarəni pilotları qətlə yetirilmiş beş Əl-Qaida terrorçusu idarə edirdi ki, onlar həmin vaxt təyyarəyə gətirilməsi icazə verilən qutukəsənlərlə silahlanmışdılar. Qüllələr vurulan an hər iki binada ümumilikdə 14,000 adamın işlədiyi təxmin edilir. Binaların vurulduğu 90-cı mərtəbədən aşağıdakı mərtəbələrdə olan adamların çoxu salamat şəkildə evakuasiya olunmağa macal tapıb. Cənub qülləsinin mərkəzi dirəyi yanğın nəticəsində əridikdən sonra bina 9:59-da, Şimal Qülləsi isə 10:28-də çöküb. Yanan binanı söndürməyə və insanları evakuasiya etməyə gəlmiş xilasetmə komandalarının əksər qismi məhz bu çöküş zamanı həlak olub. Təyyarənin birbaşa vurduğu mərtəbələrdə və ondan yuxarıdakı mərtəbələrdə ilişib qalan adamların cüzi hissəsi sağ qala bilib.
11 sentyabr terroru haqda ən az danışılan faktorlardan biri göydələnlərin yuxarı mərtəbələrində ilişib qalmış adamların yerə atılmasıdır. Buna əsas səbəb bir çox xəbər agentliklərinin tükürpədici kadrları göstərməkdən imtina etməsi olub. Ehtimal edilir ki, 50-200 arasında insanın göydələndən yerə atılmaq nəticəsində həyatını itirib. Qısa elmi faktlar göydələndən yerə atılmağın vahiməsi haqda dolğun təsəvvür yaradır: 400 metr hündürlükdən – dörd futbol stadionu uzunluğunda məsafədən – yerə çırpılan adam saatda 240 kilometr sürətlə hərəkət edir. Havadan yerə uçuş təqribən 10 saniyə çəkir. Bu müddət ərzində insan şüurlu olur. Ölüm yerə dəyən an baş verir. Ağrı hiss etməyə vaxt olmur. Nəzərə alanda ki, insan bədəninin 75 faizini maye təşkil edir, yerdəki mənzərəni təsvir etməyə ehtiyac yoxdur. 11 sentyabr hücumları terminologiyasına bu adamlar “jumpers” – yəni “tullananlar” kimi düşüb. Amma bu təsvir reallığı əks etdirməyə bilər. “Tullanmaq özündə bir seçim ehtiva edir, amma bu adamların seçimi olmayıb. Ona görə də bu adamların ölümü qətl kimi dəyərləndirilir – başqa adamların əməlləri nəticəsində törədilən akt. Onları pəncərədən atılmağa vadar edən arxalarındakı alovun gücü, partlayışın itələmə qüvvəsi idi,” Nyu Yorkun baş tibbi eksperti bildirir.
“American Airlines 77” reysli təyyarə Pentaqona çırpılanda saat 9:37-ni göstərirdi. Los Ancelesə istiqamət almış təyyarəni geriyə – Vaşinqtona yönəldən terroristlər başqa təyyarələrdə olduğundan fərqli olaraq pilotları öldürməmiş, onları təyyarənin arxasına itələmişdilər. Təyyarə Pentaqonun üzü Arlinqton Milili Qəbiristanlığına baxan cinahını vuranda saatda 840 kilometr sürətlə hərəkət edirdi. Həmin vaxt binada 18,000 adam işləyirdi.
Ən az təlafata səbəb olan “United 93” reysli təyyarə oldu ki, buna səbəb təyyarənin başqalarına nisbətən gec qaçırılması və buradakı sərnişinlərin müqavimət göstərməsi idi. 9:40 radələrində ərinə təyyarədən zəng etmiş sərnişin Barbara Olson öyrəndi ki, Əkiz Binalar oxşar qaçırmalardan sonra təyyarələrlə vurulub. Xəbər sərnişinlər arasında yayıldıqdan sonra onlar öz aralarında səsvermə keçirərək təyyarəyə nəzarəti zor gücünə geri götürməyə qərar verdilər. Pennsilvaniya ştatının Şanksvill qəsəbəsi yaxınlığında yerə dəyən təyyarədən operatorun telefon vasitəsilə eşitdiyi son sözlər sərnişin Todd Beamerə məxsus idi: “Uşaqlar, hazırsız? OK, getdik.” Ehtimal edilir ki, həmin təyyarənin hədəfi ya Ağ Ev, ya da Kapitoli binası olmalı idi.
11 sentyabr hücumunun qurbanları həmin gün həlak olan adamların sayı ilə məhdudlaşmır. Son 15 ildə “Ground Zero” adlanan hücum baş verdiyi ərazidə olmuş, orada təmizləmə işləri aparmış minlərlə adamda xərçəng xəstəlikləri aşkar olunub. 2014-cü ildə 2,500 polis, yanğınsöndürən, təcili yardım və sanitasiya işçisində müxtəlif növ terminal xəstəliklər qeydə alınıb. Nyu York Yanğınsöndürmə Departamenti 863 yanğınsöndürən və təcili yardım içisinin məhz 11 sentyabr işləri ilə əlaqədar xərçəngə tutulduğunu müəyyən edib. Həkimlər ərazidə işləmiş adamlarda ciyərlərə “toksik toz” udulması nəticəsində prostat, qalxanvari vəzi, ağ qan və sümüklərdə xərçəng riskinin yüksək olduğunu bildirir. Terrorun episentrində işlədiklərinə görə xəstələnmiş adamlara ümumilikdə $50 milyon dollar həcmində təzminat ödənilib.
Amerika tarixində çox az hadisə var ki, 11 sentyabr hücumları kimi yaddaşlara həkk olunsun. 2001-ci ildə yaşamış az qala hər bir amerikalı həmin anlarda harada olduğunu xatrılayır. Merilend Universitetində sinif otağına daxil olarkən dəhlizdə işığı dəyişdirən ustanın kəmərinə bərkitdiyi ratsiyada eşidilən “The second plane has hit” – “İkinci təyyarə vurdu” sözləri indiyədək də yadımdadır. Eləcə də tələbələrimdən birinin Pentaqonda işləyən anasından xəbər gəlmədiyini və evə getmək üçün icazə alması. Həmin səhər tələbələri sakitləşdirmək, yaranmış ajiotajın effektini azaltmaq üçün günün hadisələrini bir kənara qoyaraq tədris planına uyğun olaraq Qədim Romada respublikadan imperiyaya keçid, Oktavianın yüksəlişini müzakirə etdik. Yalnız uzun günün sonunda axşamüstü evə qayıtdıqdan sonra hadisələrin cahanşümul miqyası bir qədər aydınlaşmağa başladı.
Həmin gün Amerika dəyişdi. 12 sentyabr Amerikası hüznlü, amma eyni dərəcədə hiddətli və qətiyyətli bir Amerika idi. Hücumdan üç gün sonra Nyu Yorka gəlmiş Prezident Corc Buş ərazini təmizləyən könüllülərlə görüşdü. Prezidentin ətrafında toplaşmış kütlə içərisindəkilərdən biri “Biz yaxşı eşidə bilmirik” deyə qışqıranda, əlini yanğınsöndürənin çiyninə qoymuş prezident dilləndi: “Mən sizi eşidirəm, bütün dünya sizi eşidir. Və o adamlar ki, bu binaları çökdürüblər, tezliklə onlar bizim hamımızdan eşidəcəklər.” Bu gün Prezident Buşun üzərində nitq söylədiyi dağıntıdan əsər-əlamət qalmayıb. Düzdür, Nyu Yorkun, azad dünyanın simvolu sayılan əkiz binalar artıq orada yoxdur. Əvəzində bu yerdə həmin binalardan da hündür Azadlıq Qülləsi ucalır. Nyu York şəhərinin səmasını oxşayan bu tikili bəşəriyyətə xatırladır ki, azadlığın qüdrəti nifrəti və şəri üstələyir. Burada yaşamaq, qurub-yaratmaq sevgisi terror, ölüm və dağıntı üzərində qələbə çalır.
11 sentyabr hadisələri ABŞ-ın xarici siyasətində köklü dəyişikliyə səbəb olub. Məhz bu hadisələrdən sonra rəsmi Vaşinqton beynəlxalq terrorizmə qarşı mübarizəni öz xarici siyasət kursunun əsas prioritet istiqaməti elan edib. Xatırladaq ki, Vaşinqtonun təhriki ilə NATO-nun Əfqanıstanda antiterror əməliyyatına başlamasında 11 sentyabr hadisələri stimul rolunu oynayıb.
Həqiqətən də 2001-ci ilin 11 sentyabrından sonra dünya düzəni dəyişməyə başladı. Bu terror hadisəsi dünyanın ondan sonrakı inkişafı istiqamətini müəyyən edən ən başlıca hadisələrdən biri oldu. Yəni dünyanın 11 sentyabr sonrası inkişafına yön verən başlıca hadisələrdən biri məhz həmin hadisədir. Çünki bu hadisə dünyanın inkişaf istiqamətini müəyyən edən ən başlıca gücə-Amerikaya qarşı olmuşdu. ABŞ soyuq müharibədən qalib çıxmış yeganə supergüc idi və dünyanın inkişafına əsas yön verən ölkə idi. Belə bir ölkəyə bu dərəcədə böyük terror aktı nəticəsində həmin ölkənin dünyanın inkişaf istiqaməti ilə bağlı strategiyası dəyişdi.
ABŞ-ın yeni dünya nizamı quruculuğunda öncəlikləri dəyişdi. Yəni təhlükəsizlik demokratiyadan ön plana keçdi. Eyni zamanda bu hadisə dünyanın yenidən dizayn edilməsinə ciddi şəkildə təsir etdi. Çünki onun nəticəsində ABŞ-da çox geniş müzakirələr başladı və nəticədə Böyük Orta Şərq planı meydana çıxdı. Bu planda da sonradan keçmiş dövlət katibi Kondoliza Raysın etiraf etdiyi kimi, 20-dən artıq ölkənin siyasi xəritəsinin dəyişməsi nəzərdə tutulurdu və bu gün də İslam dünyasında baş verən hadisələr də həmin planın tərkib hissələridir. Baxmayaraq ki, 2001-ci ildən bəri ABŞ-da bir neçə hakimiyyət dəyişib, amma həmin plan, həmin strategiyanın ana xətti öz yerini qoruyur.
Bu proses indi də davam edir. 2001-ci ildə ABŞ Əfqanıstana müdaxilə elədi, 2003-cü ildə İraqa müdaxilə başladı, 2011-ci ildə “Ərəb bahar” başladı, bu gün Suriyada gedən proseslərə qədər bu plan davam etdirilir. Amerika 11 sentyabr hadisəsindən sonra öz strategiyasını daha sərt şəkildə və daha qısa müddətdə həyata keçirmək istədi, amma gözləmədiyi müqavimətlə rastlaşdı. Ona görə də proses bu qədər uzandı.
11 sentyabr hücumları ABŞ-ın ərazisində gerçəkləşdirilmiş, istisnalar xaric olmaqla, müasir dövrdə ilk genişmiqyaslı terror aktı olaraq dəyərləndirilə bilər. Yeni dünyanın lideri, Soyuq Müharibənin qalibi, qloballaşmanın qabaqcılı ABŞ, bu hücumlar sonrası gərginlik və psixoloji travma yaşamış, hal hazırda da yaşamaqdadır. Bu çərçivədə amerikan qəbulu və qərar alması müddətində ən böyük dəyişiklik psixoloji dəyişiklikdir. Pörl harbor hadisələrindən etibarən bu günə qədər heç bir düşmən amerikalıları öz ərazilərində, amerika torpaqlarında bu qədər böyük miqdarda, şiddətli və sarsıdıcı şəkildə öldürməmişdi.
Bu terror aktının Əl-Qaidə tərəfindən həyata keçirildiyi ilə bağlı fikir birliyi əldə olunsa da, zaman zaman 11sentyabr hücumlarının Yaxın Şərq siyasətinə zəmin hazırlamaq istəyən ABŞ-ın özü tərəfindən gerçəkləşdirildiyi ya da ən azından hücumlara bilərək göz yumulduğu kimi sui-qəsd nəzəriyyələri də formalaşmışdır. CİA və Amerika silahlı qüvvələrinin hücuma bilərəkdən laqeyd yanaşdığı, hava piratlarınn Amerikan səmalarında yetişdirildiyi və əkiz qüllələrin təyyarələr çarpmazdan daha öncə, qüllədə yerləşdirilən bombalarla məqsədyönlü şəkildə partladılmasından sonra qüllələrin partladığı ehtimalları kifayət qədərdir.
11 sentyabr 2001 çərşənbə axşamı səhəri ikisi Amerikan Airlines, digər ikisi də United Airlinesa aid ümumilikdə 4 sərnişin təyyarəsi Amerika aviasiya mərkəzlərində təhsil alan Əl-Qaidə üzvü 19 hava pilotu tərəfindən qaçırılmışdı. Amerikan Airlinesa aid 11 səfər sayılı Boeing 767 təyyarəsi Los-Angelesə getmək üçün Boston Loqan hava limanından uçuş etmişdir.
Uçuşa başladıqdan qısa müddət sonra Muhammed Atta tərəfindən ələ keçirilən təyyarə saat 08.46da Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə çarpılmışdır. Iki saatdan daha az bir müddət sonra Şimal Qülləsi çökmüşdür. Boston Loqan havalimanından Los Angelosa getmək üçün qalxan United Airlinesa aid 175 səfər saylı Boeing 767 tipli başqa bir sərnişin təyyarəsi də saat 09.05də Dünya Ticarət Mərkəzinin Cənub Qülləsinə çarpılmışdır. Bu çarpma digərindən fırqli olaraq kameraların qüllələrə doğru istiqamətləndiyi bir vaxtda gerçəkləşmiş və bütün dünya bu çarpışma anını canlı yayımla izləmişdir. Cənub Qülləsi çarpışma anından 50 dəqiqə sonra çökmüşdür.
Amerika Airlinesa aid 77səfər saylı Boeing 757 tipli sərnişin təyyarəsi isə Vaşinqton D.C.-a doğru yönəlmiş və ABŞ Müdafiə Nazirliyi binası olan Pentaqonun cənub qərbinə çarpmışdır. Təyyarənin 20 mindən çox işçisi olan Pentaqonun hardasa tamamən boşaldılmış və təmirdə olan hissəsinə çarpılması nəticəsində 1235 nəfər işçi öz həyatını itirmişdir.
Son olaraq United Airlinesa aid 93 səfər saylı Boeing 757 tipli şərnişin təyyarəsi isə Pensilvaniya Ştatındakı Stoni krik Taunşip adlı ərazisinə çaxılmışdır. Bu təyyarə ilə bağlı dəqiq dəlillər tapılmasa da, əsl hədəfinin Ağ Ev olduğu , lakin uğursuz olduğu ilə bağlı bəzi fikirlər mövcuddur.
Hücumların verdiyi qanuni özünü müdafiə hüququ çərçivəsində ABŞ , BMT Təhlükəsizlik Şurasından 1373 saylı qərarı çıxarmış və yenə Şuranın qərarı ilə Terrorizmlə Mübarizə Komitəsi yaradılmışdır. Bu qərar nə terrorizmi müəyyənləşdirmiş, nə də terroristləri aydınlaşdırmışdır, bu qərar daha çox, dövlətləri terrorizmlə mübarizəyə sövq etməyi məqsəd olaraq qoymuşdu.
11 sentyabr müəyyən mənada qlobal terror əsrini başlatmışdır. Buş, 11 sentyabr 2001-ci ildə etdiyi radio açıqlamasında 11sentyabr hadisələrinin əslindəABŞ-a qarşı başlanmış bir müharibə olduğunu qeyd etmişdi.6 noyabr 2001 tarixində “Terrorizmlə Mübarizə Konfransı”nda heç bir dövlətin bu müharibədə tərəfsiz qalmayacağı irəli sürülmüşdür. Bu mənada Damla Arasın məsələyə baxışı diqqət çəkir. Belə ki, Aras, 11 sentyabr sonrası ABŞ-ın terror anlayışını fərqli qəbul etdiyini, bu anlayışı yenidən formalaşdırdığını və öz istədiyi formada mənalandırdığını qeyd edir.
ABŞ , beynəlxalq mühitdə, heç bir mübahisəyə icazə verməyəcək qədər açıq olan bu hadisə sonrasında, hücuma məruz qalan ölkə kimi özünü müdafiə hüququ qazanmışdı. 2002 sentyabr “Dövlət təhlükəsizlik strategiyası”nda ABŞ siyasətini açıqlayan Buş, XX əsrdəki totalitarizm ilə müstəqillik arasında yaşanan müharibəni müstəqilliyin qazandığına diqqət çəkmiş və XXI əsrdəki mübarizənin də rəsmini çəkmişdir. Buşun açıqlamasına görə , beynəlxalq sistemin nizamı ilə bəşəriyyətin gələcəyi üçün əəsas insan hüquqları ilə iqtisadi və siyasi müstəqilliklərə bağlı dövlətlərin, müstəqillik, demokratiya və sərbəst mülkiyyəti müdafiə etməkləri zəruridir. Sənədin giriş bölməsində ABŞın ilkin məqsədinin qlobal istiqrarın qorunması, dünya iqtisadi və siyasi gücə dayanan yayılmış bir təsir yaratmaq və bunu hərbi qüvvələrlə dəstəkləmək olduğu bildirilmişdir. Və bu məqsədin gerçəkləşdirilə bilməsi üçün də ilk olaraq terror qaynağının məhv edilməsi zəruridir. ABŞ buna Əfqanıstan üzərindən başlamışdır.İkinci olaraq isə, Kütləvi qırğın silahlarına sahib olduğu iddiası ilə İraq işğal edilmiş, Böyük Yaxın Şərq layihəsi həyata keçirilməyə başlamşdı.

Download 62,92 Kb.

Do'stlaringiz bilan baham:
  1   2




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish