1. ÜMumi DİLÇİLİk I indd


Dilin yaranması haqqında ictimai razılaşma



Download 10,63 Mb.
Pdf ko'rish
bet205/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   201   202   203   204   205   206   207   208   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

3. Dilin yaranması haqqında ictimai razılaşma 
nəzəriyyəsi
Dilin əmələ gəlməsinə dair antik nəzəriyyələrdən biri 
olan ictimai razılaşma nəzəriyyəsi bizim eradan əvvəl V-IV 
əsrlərdə Yunanıstanda meydana çıxmışdır. Bu nəzəriyyə-
nin mahiyyətini “ictimai razılaşma” anlayışı təşkil edir. Bu 
nəzəriyyəyə eyni zamanda tesey nəzəriyyəsi də deyilir.
İctimai razılaşma nəzəriyyəsinə görə, dil insanların öz 
ara larında müəyyən ad haqqında razılığa gəlmələri əsasın-
da yaranmışdır. Belə ki, guya, ilk insanlar hələ dil olma-
dığı bir dövrdə bu və ya başqa hadisəni, yaxud da əşyanı 
adlandı randa bir-birləri ilə razılaşmışlar. Məsələn, deyək 
ki, qanadlı canlıların bir növünə quş, quşların müəyyən 
qrupuna durna, digərlərinə leylək, qaz, toyuq, heyvanların 
müxtəlif növlərinə fil, dəvə, şir, pələng, dovşan, tülkü, inək, 
qoyun və i. ad verəndə adamlar toplaşıb bu canlıları həmin 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
362
sözlərlə adlandırmaq razılığına gəlmişlər. Bundan əlavə, 
ictimai razılaşma nəzəriyyəsinin tərəfdarları öz nəzəriy-
yələri üçün müxtəlif elm sahələrinə dair terminlərin razı-
laşma əsasında qurulduğunu da əsas götürmüşlər. Onlar 
sübut etməyə çalışmışlar ki, madam ki, terminlər yaradı-
landa razılaşma əsas tutulur, deməli, ilk sözlərin yaradıl-
masında da bu yoldan istifadə edilmişdir.
İctimai razılaşma nəzəriyyəsinin uzun illər qızğın 
müdafiəçiləri olmuşdur. XVIII əsrdə fransız mütəfəkkirləri 
dilin ictimai razılaşma əsasında yarandığını möhkəm mü-
dafiə edib, eyni zamanda, dilin şüurlu şəkildə əmələ gəldi-
yini söyləmişlər. Onların tezisləri belə idi: “dil şüurlu kəşf” 
və “ictimai razılaşma” əsasında əmələ gəlmişdir.
Bütün deyilənlərə diqqətlə yanaşıldıqda aydın olur ki, 
dilin mənşəyinə dair tesey nəzəriyyəsində doğru fikir söy-
lənilməmişdir. Bu nəzəriyyənin düzgün olmadığını aşağı-
dakı cəhətlər göstərir:
1. Əgər ilk insanlar bu və ya başqa bir şeyə ad verərkən 
bir-biri ilə razılaşsalar, mütləq ünsiyyət vasitəsinə 
müraciət etməli idilər. Məlumdur ki, əsas ünsiyyət va-
sitəsi dildir. Bəs hələ dil olmadığı halda insanlar razı-
laşa bilərdilərmi? Əlbəttə yox. Deməli, bu fikir əsassız 
və yanlışdır.
2. İctimai razılaşma nəzəriyyəsinin tərəfdarları ilk adi 
sözlərin yaranması prosesi ilə terminlərin əmələ gəl-
məsini səhv olaraq eyni məsələ hesab etmişlər. Hal-
buki bunlar bir-birindən fərqlənən dil hadisələridir. 
İlk sözlərin yaranması dillə, terminlərin meydana 
çıxması isə, əsasən, elmlə bağlıdır. Eyni zamanda, dil 
olmadan elm yarana bilməzdi. Odur ki, dilin əsasında 
elm, elmə uyğun isə termin meydana çıxır. Buna görə 
də ilk sözlərin tarixi qədim, terminlərinki isə nisbətən 
çox gəncdir. Başqa sözlə desək, termin yaradılması di-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
363
lin inkişafının yaxın dövrünə aiddir. Deməli, ünsiyyət 
vasitəsi olan dil ictimai razılaşma əsasında meydana 
çıxmamışdır. Çünki maddi varlıqların mahiyyətini ki-
fayət qədər dərk edə bilməyən ilk adamlar heç vaxt 
razılaşma yolu ilə yeni-yeni sözlər yaradıb dil əmələ 
gətirə bilməzdilər
1
.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   201   202   203   204   205   206   207   208   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish