5. LİNQVOTƏRCÜMƏŞÜNASLIQ ŞÖBƏSİ
Dilçiliyin tərcüməşünaslıq şöbəsi nitq fəaliyyətinin
bir növü olan tərcümə haqqında dilçilik təlimidir. Elmi-fi-
loloji ədəbiyyatda bu şöbənin müxtəlif şəkildə adlandırıl-
masına təsadüf edilir. Belə ki, haqqında danışılan şöbəni
bəzi alimlər tərcümə nəzəriyyəsi, bəziləri isə translatologi
ya adlandırırlar. Mövzusu ilə əlaqədar dilçiliyin tərcümə
problemlərindən bəhs edən şöbənin linqvotərcüməşünaslıq
adlandırılması daha məqsədəmüvafiqdir. Dilçilik elmin-
də tərcüməşünaslıq problemlərinə xüsusi əhəmiyyət ve-
rilir. Buna görədir ki, 1962-ci ildə ABŞ-da keçirilən Dil-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
289
çilərin IX Beynəlxalq Konqresinin plenar iclasında qoyul-
muş mühüm problemlərdən biri “Tərcümənin linqvistik
aspektləri” idi.
Linqvistik tərcüməşünaslığın mövzusunu tərcümə
fəaliyyəti məsələləri, tərcümə prosesinin ümumi qanu-
nauyğunluqlarını işıqlandırmaq problemləri təşkil edir.
Lakin qeyd etməliyik ki, ümumiyyətlə, tərcümə anla-
yışı olduqca geniş və çoxcəhətlidir. Müxtəlif forma və
məzmunda olan materialların tərcüməsi ilə əlaqədar
tərcümənin iki böyük növü meydana çıxmışdır. Bun-
lardan biri bədii tərcümədir. Bədii tərcümənin (yəni bə-
dii ədəbiyyatın tərcüməsinin) öz məzmunu və tədqiqat
metodları vardır. Elə buna görə də bədii tərcümə prob-
lemi ədəbiyyatşünaslıq elminə aiddir. Tərcüməşünaslı-
ğın digər böyük növü informativ tərcümədir. İnformativ
tərcümə dedikdə, buraya elmi, rəsmi, ictimai-publisis-
tik, kargüzarlıq və sair materialların tərcüməsi daxil
edilir. Tərcümənin bu növü ilə dilşünaslıq elmi məşğul
olur. Dilçilikdə tərcüməşünaslığın ayrıca bir şöbə hesab
olunması heç də təsadüfi deyil; bunun bir sıra səbəblə-
ri vardır. Həmin səbəblərdən biri odur ki, tərcümə nitq
fəaliyyətinin xüsusi növüdür. Buna görə də bilavasitə
nitq problemləri ilə məşğul olan dilçilik elmi bu sahəyə
biganə qala bilməz. Bundan başqa, məlumdur ki, bir dil-
dən başqa dilə tərcümə zamanı başqa dildə yeni mətn
yaranır. Bu yeni mətnin orijinala tam uyğun gəlməsi
üçün tərcümənin dəqiqliyi tələb olunur. Bu dəqiqlik dil
ünsürlərinin bütün incəliyi, variantları və çalarlığı ilə
tərcümə edilməsini, dil normalarının təhrif olunmasına
yol verilməməsini tələb edir. Deməli, tərcümənin dəqiq-
liyi ancaq dilçiliyə məxsus müəyyən tədbirlərlə əldə
edilə bilir və edilir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
290
Dilçiliyin tərcüməşünaslıq şöbəsi gəncdir. Tərcümə-
şünaslıq dilçiliyin müstəqil şöbəsi kimi XX əsrin II yarısı-
nın əvvəlindən formalaşmağa başlamışdır.
Tərcümə insan fəaliyyətinin ən qədim növlərindən-
dir. Bu fəaliyyət olmasaydı, şübhəsiz ki, elmlərin yayılma-
sı, mədəniyyətlərin inkişafı, xalqlar arasında əlaqələr qey-
ri-mümkün olardı. Buna görədir ki, tərcümə fəaliyyəti ilə
insanlar, əslində, tarixin uzaq keçmişində məşğul olmuş-
lar. Müxtəlif məqsədli səyahətlər və ticarət əlaqələri zama-
nı tərcümənin bünövrəsi qoyulmuş, sonralar bunun sahəsi
və miqyası genişlənmişdir. Tərcümədən istifadə tarixinin
qədim olmasına baxmayaraq, onun elmi əsasları (o cüm-
lədən linqvistik əsası) ancaq yaxın zamanlarda işlənilmiş-
dir. Tərcümə prosesi xüsusi elmi-tədqiqat obyekti olduğu
vaxtdan dilçilik elmində bir sıra əsaslı əsərlər yaradılmış,
tərcümə prosesinin prinsip və üsulları geniş aydınlaşdırıl-
mışdır. Lakin tərcüməşünaslığın hələ tam həll olunmamış
və mübahisəli məsələləri çoxdur
1
.
Müasir aləmdə beynəlxalq əlaqələrin sürətlə artdı-
ğı, dövlətlər arasında möhkəm ittifaqlar yarandığı, hər
il dünyada çoxlu millətlərarası konqreslər, konfranslar
keçirildiyi bir dövrdə tərcümə və tərcümə məsələlərinə
tələb daha da artmışdır. İndi linqvistik tərcüməşünaslıq
qarşısında bir sıra vəzifələr durur. Onun əsas vəzifəsi dil-
çiliyin bu sahədəki nailiyyətlərini ümumiləşdirməkdən
ibarətdir.
Dilçiliyin istər nəzəri, istərsə də tətbiqi sahəsinə dair
şöbələrdən hər birinin inkişafı dil haqqında elmin ümumi
tərəqqisinin əsasını təşkil edir.
1
Bax: Проблемы лингвистического анализа. M., 1966, c. 200.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
291
Do'stlaringiz bilan baham: |