1. ÜMumi DİLÇİLİk I indd


Ktematonimiya yarımşöbəsi



Download 10,63 Mb.
Pdf ko'rish
bet121/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   117   118   119   120   121   122   123   124   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

7. Ktematonimiya yarımşöbəsi. Dildə mövcud olan 
maddi-mədəniyyət abidələrinin, elm və texnika, bədii ədə-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
210
biyyatla bağlı əsərlərin, xüsusi əşyaların, fəxri adların, inzi-
bati idarə, təşkilat və s. adını bildirən sözlər ktematonimlər 
adı altında onomastikanın ktematonimiya yarımşöbəsində 
araşdırılır. Onomalogiyanın bu sahəsi hələ tam formalaş-
mamışdır. Dilçilikdə ktematonimlərin xrematonim, xro-
nonim, ideonim, erqonim kimi növləri öyrənilir. Ktemato-
nimlər, başqa onomastik vahidlərdən fərqli olaraq, ən çox 
müasir ədəbi dilin zənginləşməsi prosesində yaranır.
Buna görə də onomalogiyanın bu yarımşöbəsi ktema-
tonimləri, əsasən, müasir ədəbi dil formasında tədqiq edir.
Gələcək onomastik tədqiqatların proqnozu göstərir ki, 
dilin xüsusi adlardan ibarət olan təbəqəsinin dərindən və 
hərtərəfli tədqiqi dil və cəmiyyət probleminin müəyyən mə-
sə lələrinin işıqlandırılmasında mühüm rol oynayacaqdır.
6.04. SEMASİOLOGİYA ŞÖBƏSİ
Semasiologiya dilin semantik sistemi haqqında linq-
vistik təlimdir. Semasiologiya termini yunan mənşəlidir. 
Yunan dilində semasio (semasia) “məna, fikir” anlayışını 
bildirir
1
. Bu leksem “loqos” sözü ilə birləşərək dilçilik şö-
bəsinin adı olmuşdur.
Dildə söz və ifadənin mənası, mənanın dəyişməsi – 
mənanın genişlənməsi, daralması, sözün məcazi məna bil-
dirməsi, çoxmənalılıq, omonimlik, antonimlik və sair kimi 
semasioloji məsələlərin tədqiqi semasiologiya şöbəsinin 
mövzusunu təşkil edir. Semasiologiya mənanın tarixi ilə 
də məşğul olur.
Semasiologiyanın kökü söz və ifadənin mənşəcə öyrə-
nilməsi ilə bağlıdır. Məlumdur ki, sözün mənşəyi haqqın-
1
Краткий словарь иностранных слов. M., 1974, c. 225.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
211
da düşüncələr hələ eramızdan çox-çox əvvəl qədim və 
antik elmdə təşəkkül tapmışdır. Bu məsələlərlə bağlı se-
mantik hadisələrin şərhinə də yer verilmişdir. Məsələn, 
müasir semasiologiyanın ən vacib problemlərindən olan 
çoxmənalılıq problemi öz başlanğıcını yunan mütəfəkkiri 
Aristoteldən götürmüşdür
1
.
Dilin semantik hadisələri lüğət işləri ilə əlaqədar da 
şərh edilmişdir. Bizim eranın II əsrində Çin alimi Lyu Si 
yaratdığı “Şi min” adlı lüğətində semasiologiya məsələlə-
rinə xüsusi yer vermişdir.
Semasiologiya söz və ifadənin mənası haqqında dilçi-
lik şöbəsi kimi tam müstəqilləşənə qədər onun adı, möv-
zusu, mövqeyi, anlayışları, terminləri haqqında bir sıra 
fikirlər yaranmışdır.
XIX əsrin I rübündə semasiologiya məsələləri müxtə-
lif ictimai elmlər sahəsinin mütəxəssislərinin diqqətini cəlb 
etmişdir. Dilçilərlə yanaşı, bu məsələlərlə həm məntiqşü-
naslar, həm də filosoflar məşğul olmuşlar.
Semantika məsələlərinə dair dərin tədqiqatlar apar-
mış olan alman alimi Karl Rayziq 1820-ci ildə semasiologi-
yanı dilçiliyin müstəqil şöbəsi kimi ayırmış və bu şöbənin 
məqsəd və vəzifələrini müəyyənləşdirməyə səy etmişdir. 
Semasiologiyanın bir şöbə kimi müstəqilləşməsində fran-
sız dilçisi Mişel Brealın xüsusi xidmətləri olmuşdur. Onun 
bəzi alimlər tərəfindən linqvistik semantikanın atası he-
sab edilməsi heç də təsadüfi deyil
2
. M.Breal 1883-cü ildə 
semantikaya dair öz mülahizələrini dərc etdirmişdir. Ona 
qədər semasiologiyanın obyekti lazımi şəkildə müəyyən-
ləşdirilməmişdi. Onun “Essai de Semantigue” adlı əsəri se-
masiologiyanın tarixində əvəzsiz əhəmiyyət kəsb edir. Bu 
1
Адам Шафф. Введение в семантику. M., 1963, с. 41.
2
Yenə orada.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
212
əsərdə semantik hadisələrdən bəhs edən dilçilik şöbəsinin 
semantika adlandırılması məsləhət görülür; şöbənin möv-
zu və vəzifəsi göstərilir.
XX əsrin 30-cu illərində semasiologiya problemləri ön 
plana çəkilmişdir. Bu haqda bir çox ölkələrin filoloqları tərə-
findən xüsusi tədqiqatlar aparılmışdır. Xarici ölkə alimlərin-
dən Lui Yelmslev semasiologiyanın mövzusunu daha geniş 
mənada götürməyi vacib hesab etmişdir. Onun fikrincə, 
semasiologiya dilin “məzmununun planını” öyrənməlidir. 
Deməli, semasiologiya yalnız söz və ifadənin mənası ilə yox, 
bütövlükdə dilin məzmunu ilə məşğul olmalıdır.
Yeri gəlmişkən deməliyik ki, XX əsrin I yarısında sema-
siologiyanın rolu çox şişirdilmiş, dilçiliyin şöbələri cərgəsində 
birinci yerə qoyulmuşdur. Bəzən dilin bir çox hadisələri qey-
ri-qanuni olaraq semasioloji planda tədqiqata cəlb edilmişdir 
ki, bu da başqa şöbələrin əhəmiyyətini müəyyən dərəcədə 
azaltmışdır. Lakin XX əsrin II yarısında bu məsələlər qay-
daya salınmış, semasiologiya öz mövzusu dairəsində tədqiq 
edilməyə yönəldilmişdir. İndi semasiologiyaya dair tədqiqat 
sahəsində müxtəlif nəzəri istiqamətlərin yaranmasına bax-
mayaraq, obyekt ümumi, elmi məqsəd isə vahiddir.
Dilin semantikası olduqca çoxcəhətli və mürəkkəbdir. 
Bununla təkcə dilçilik deyil, məntiq və fəlsəfə də məşğul 
olur. Filosoflar tədqiq etdikləri bu sahəni fəlsəfi semantika
məntiqşünaslar isə məntiqi semantika adlandırırlar.
Semasiologiya şöbəsinin mövzusunu təşkil edən bir 
çox məsələlər hələ indiyə qədər bütün dünya dilçiliyində 
istənilən şəkildə öz elmi şərhini tapmamışdır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   117   118   119   120   121   122   123   124   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish