1-ci tapşırığın nəticələri barədə hesabat Məlumatların əlçatımlılığı və təhlili



Download 55.74 Kb.
Sana13.04.2017
Hajmi55.74 Kb.


1-ci tapşırığın nəticələri barədə hesabat

Məlumatların əlçatımlılığı və təhlili


Şimal-qərbi Azərbaycanın Böyük Qafqaz regionunun

üç pilot yeraltı su hövzəsinin hidro-geoloji tədqiqi


Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

BMTİP Azərbaycan nümayəndəliyinə təqdim edilir

10 dekabr 2013-cü il

Hans M. Ewoldsen, Ph.D., P.E.



Layihənin hidrogeologiya üzrə beynəlxalq məsləhətçisi
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi
1-ci hidrogeoloji tapşırığın nəticəsi/məhsulu: “Məlumatların əlçatımlığı və təhlili barədə hesabat


  1. Tapşırığın məqsədləri barədə məlumat

Bu Tapşırığın məqsədi – Hidrogeologiya üzrə texniki tapşırıqda göstərildiyi kimi, “Məlumatların əlçatımlılığı və təhlili barədə hesabat” hazırlamaqdır. Qeyd edilən məqsədə Azərbaycandakı, spesifik olaraq layihənin əhatə etdiyi üç pilot hövzədəki yeraltı su hövzələri ilə əlaqəli məlumat mənbələrinin əlçatımlılığı və ilkin təhlili daxildir. Layihənin pilot hövzələri, sugötürmə ssenariləri əsasında pilot hövzələrin reaksiyasının qiymətləndirilməsi, kəşfiyyat məqsədləri ilə quyuların yerlərinin müəyyənləşdirilməsi və istismar ehtiyatı ilə bağlı müvafiq hidrogeoloji tədqiqatlarla əlaqəli məlumat mənbələri müəyyən edilməli və qiymətləndirilməli idi.


  1. Hidrogeoloji tapşırıqların tamamlanması üçün tələb olunan məlumatların kateqoriyaları

Pilot hövzələr üzrə hidrogeoloji tədqiqatlar üçün müəyyən edilmiş nəticə/məhsulların real şəkildə əldə olunması üçün bir sıra məlumat kateqoriyaları tələb olunur. Bu kateqoriyalara aşağıdakılar daxildir:

  1. Pilot hövzələr üçün yeraltı su məlumatları

  2. Pilot hövzələr üçün geoloji məlumatlar

  3. Pilot hövzələri qidalandıran çaylarla bağlı hidroloji məlumatlar

  4. Çayların suayrıcları və alluvial gətirmə konuslarının suayrıcları üçün iqlim dəyişikliyi məlumatları

  5. Pilot hövzələrdən yeraltı suların hazırda götürülməsi və istifadəsi

  6. Pilot hövzələrdən yeraltı suların planlaşdırılan gələcək götürülməsi və istifadəsi

  7. Evapotranspirasiya və buxarlanma dərəcələri

  8. Pilot hövzələrdə yeraltı sulara olan potensial tələbatın dövriliyi

  9. Gətirmə konuslarının müxtəlif zonalarında yataqların hidrogeoloji xarakteristikası

  10. Əvvəlki quyuların, suçəkmə sınaqlarının və istismar ehtiyatı ilə bağlı təxminlərin nəticələri



  1. Gözdən keçirilən məlumatların mənbəyi

Azərbaycanın yeraltı suları, yeraltı su hövzələri və oxşar qlobal strukturlara dair məlumatların axtarışı üçün müəyyən edilmiş və gözdən keçirilmiş məlumat mənbələrinə müxtəlif mənbələr (xüsusilə internetdə) daxil olmuşdur. Axtarışlar Bakıya və Azərbaycanın şimal-qərb rayonlarına çöl səfərləri etməzdən əvvəl, çöl səfərləri müddətində və onlardan sonra həyata keçirilmişdir.
Aşağıdakı potensial məlumat mənbələrində axtarış aparılmışdır:

  • Internet – Azərbaycan mənbələri

  • Internet – Azərbaycanda əvəzedici mənbələr

    • Gürcüstan

    • Ermənistan

    • Türkiyə

  • Internet – Beynəlxalq qurumların Qafqazda yeraltı sularla bağlı tədqiqatları

  • Internet – Oxşar relyeflər

    • Qlobal yeraltı su relyefləri

    • Coğrafi, topoqrafik

    • Tektonik / Geoloji

  • Azərbaycandakı yeraltı sulara dair keçmiş tədqiqatlar

  • Gürcüstandakı yeraltı sulara dair keçmiş tədqiqatlar

  • “Azərsu” ASC və Azərbaycandakı elmi müəssisələr tərəfindən pilot hövzələrin cari tədqiqi

  • Azərbaycan Milli Elmlər Akademiyası

  • Azərbaycan Geologiya İnstitutu

  • Azərbaycandakı özəl kənd təsərrüfatı təsisatları

  • Yeraltı sularla bağlı qazma və quyuların quraşdırılması üzrə şirkətlər

  • Azərbaycanda cari və keçmiş iş təcrübəsinə malik neft və qaz şirkətləri

  • USAID / Dünya bankı/ Aİ tədqiqatları

  • SSRİ Elmlər Akademiyası

  • BMT Ətraf Mühit Proqramı

  • ABŞ Geologiya Xidməti

  • Neft-Qaz geofiziki şirkətləri

  • Azərbaycanın geoloji xəritələşməsi

  • Azərbaycanın seysmik xəritəsi - çatlar

  • Azərbaycanın meteoroloji məlumatları

  • Yeraltı sularla bağlı geozfiziki tədqiqatlar aparan şirkətlərin hesabatları

  • Azərbaycanın aero və kosmos şəkilləri

  • Azərbaycanın hidrogeologiya üzrə nəşrləri



  1. İlkin axtarışın nəticələrinin xülasəsi

Layihə Sənədinin ilkin qeydlərinə əsasən Azərbaycanda yeraltı su hövzələrinə dair nəşr edilmiş məlumatların az olacağını güman etmək olardı. Lakin mövcud məlumat mənbələri tədqiq edildikcə, Azərbaycanın yeraltı sularına, o cümlədən üç pilot hövzənin qonşuluğundakı regional yeraltı suların tədqiqinə dair yetərli məlumat kütləsi müəyyən edilmişdir. Layihənin hidrogeologiya ilə bağlı hissəsinin 5 tapşırığı üçün hesabatların hazırlanmasının əsasını təşkil etmək üçün müəyyən edilmiş bu məlumatlar çöl səfərləri zamanı əldə edilmiş müşahidələrlə birlikdə, müvafiq nəticələrin/məhsulların müxtəlif aspektləri üçün istifadə olunmuşdur.

Dərc olunmuş və olunmamış məlumatlar üçün əlavə axtarışın aparılması layihə üçün daha çox faydalı məlumatlar müəyyən etmək üçün şübhəsiz ki, faydalı olardı. Layihənin qalan illərində gələcək fəaliyyətlərin icrası üçün zəruri olarsa, axtarış davam etdirilə bilər.



  1. Məlumatların keyfiyyəti və kəmiyyəti

Ümumilikdə, Azərbaycanın şimal-qərbində Böyük Qafqaz dağlarının cənub cəbhəsi boyunca yeraltı suların vəziyyəti ilə bağlı əlçatımlı məlumatların kəmiyyəti spesifik hövzə və ya suvarma kompleksinin tədqiqinin müfəssəl nəticələri ilə deyil, hövzə və regional miqyaslı ümumi tədqiqatlarla məhdudlaşır. Elmi və hökumət qurumları tərəfindən həyata keçirilmiş bu iş yetərli dərəcədə yüksək keyfiyyətlidir. Beynəlxalq qurumlar (Dünya Bankı, USAİD, BMTİP) tərəfindən görülən bəzi işlər əhatəlidir və yüksək keyfiyyətə malikdir. Əksər tədqiqatlar iqlim dəyişiklikləri və gələcəkdə sudan istifadənin artması fonunda yerüstü su axınlarının azalması nöqteyi-nəzərindən yeraltı suların mövcudluğu və onların gələcək vəziyyətinə köklənmişdir.

  1. Azərbaycanın yeraltı suları ilə bağlı birbaşa məlumatlar üçün əvəzedici məlumatlar

Pilot hövzələrin birbaşa məlumatları mövcud olmadıqda və ya hidrogeoloji tədqiqatlar üçün əlçatımlı olmadıqda, əvəzedici, təcrübəyə əsaslanan və ya təxmini məlumatlar istifadə edilməli ola bilər. Aşağıdakılar əlçatımlı məlumat mənbələri ola bilər:
Yeraltı su hövzələri ilə bağlı əvəzedici məlumatlar: Bir çox sahələr var ki, onların geoloji, iqlim, coğrafi xüsusiyyətləri Azərbaycanın şimal-qərbinə oxşardır. Buraya daxildir:

  • Şimali Gürcüstanın dağönü əraziləri

  • Türkiyənin müəyyən dağönü əraziləri

  • Peru və Çilidə And dağlarının qərb yamacları

  • Yeni Zelandiyanın cənub adasının müəyyən dağönü əraziləri

  • Şimali Pakistanın dağönü cənubi əraziləri

  • İspaniyanın Pireney dağlarının dağönü şimali əraziləri

  • Tibetin Kunlun dağlarının şimali dağönü əraziləri

  • Qazaxıstanın Altay dağlarının qərbi dağönü əraziləri

Məlumatların əldə edilməsi üzrə tapşırığın icrası zamanı bu regionlar da pilot hövzələrdə hidrogeoloji tədqiqat aparmaq üçün istifadə edilə biləcək məlumatların internetdə axtarışına daxil edilmişdir. Potensial əvəzedici mənbələr arasında, yeganə faydalı müfəssəl məlumatlar Yeni Zelandiya üzrə əldə olundu. Bütün digər potensial mənbələrdən müfəssəl məlumat əldə etmək mümkün olmadı.

Əlavə məlumat mənbələrinə beynəlxalq məsləhətçinin dağönü geologiya və yeraltı sular və yeraltı su hövzələrinin litologiyası, keçiriciliyi və məsaməliliyi üzrə sınaqların dərc olunmuş nəticələri daxildir. Digər məlumat mənbələrinə müxtəlif sugötürmə ssenariləri əsasında yeraltı su hövzələrinin davranışı (xüsusən yeni Zelandiya və ABŞ-ın cənub-qərbi və qərbi) nəzərə alınmışdır.


  1. Əlavə məlumatların əldə olunması üçün tövsiyələr

Hidrogeoloji tapşırığın işi davam etdiriləcəkdir – pilot hövzələrin və Azərbaycandakı digər yeraltı su hövzələrinin yeraltı su ehtiyatları əhali, sənaye və kənd təsərrüfatında istifadə üçün hazırlanır. Hazırda əldə olunmuş məlumatlar yüksək dəyərə malik olsa da, bütün aspektlərdən tam deyil. Məlumatlarını açıqlamamış kənd təsərrüfatı suvarma təsisatlarından, şəhərlərdə quyu şəbəkələri və tədqiqat qurumlarından açıq olmayan məlumatları tədqiq etməklə əlavə məlumatlar əldə etmək olar

Yerli Su Məcəlləsinin növbəti versiyasında icra məqsədlərindən biri kimi Yeraltı sular üzrə məlumat bazasının yaradılmasının nəzərdə tutulması Azərbaycanda ümumi yeraltı su sektoru üçün faydalı olardı. Bu məlumatlar bazası Azərbaycanın regionlarında toplanmış bütün yeraltı sularla bağlı məlumatları özündə toplamalı və arxivləşdirməli və internet vasitəsilə maraqlı tərəflər üçün ictimai şəkildə açıq etməlidir



  1. Axtarılmış/tədqiq edilmiş məlumat mənbələrinin, müəyyən edilmiş nəşrlərin siyahısı

Bu hesabatın A əlavəsi tədqiqat zamanı tədqiq edilmiş ən müvafiq mənbələrin siyahısını əks etdirir. Internet axtarışı zamanı çoxlu sayda digər mənbələr də müəyyən edilsə də, məhdud miqyaslı təhlildən sonra onların Pilot hövzə üçün münasib olmadığı müəyyən edilmiş, buna görə də A əlavəsinə daxil edilməmişdir. Bütün nəticələr üçün istinadlar A Əlavəsində əks olunur.

Əlavə A: Azərbaycanda yeraltı sularla bağlı məlumatların əldə edilməsi üzrə tapşırıq üçün biblioqrafiya
Peter Davidson, 2012, Marlboro Rayon Şurası, “Sulu horizontun istismar ehtiyatına baxış”; MRŞ Texniki hesabat № 12-009; Yeni Zelandiya
Human Dynamics KG Konsoriumu, 2012, Beynəlxalq çay hövzələrinin ekoloji mühafizəsi; Baş müəllif – Tatjana Kolcova (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Belarus və Ukraynanı əhatə edir)
Qolburn-Murrey Su Agentliyi, Fevral 2010, Yeraltı Sularla bağlı termin və anlayışlar, Sənəd № 2977263; Yeni Cənubi Uels / Viktoriya ştatları, Avstraliya
Professor Guram Bauçidze, Hidrogeologiya İnstitutu,Gürcüstan Aead, Tbilisi , 2008; Gürcüstanın Transsərhəd Artezian hövzəsi (Gürcüstanın Böyük Qafqaz regionunun ən şərq hissəsini və Azərbaycanın Böyük Qafqaz regionun ən şimal-qərb hissəsini əhatə edir)
Professor Adışirin B. Əlləkbərov, 2004, Azgeoeco; Azərbaycanın yeraltı su ehtiyatları (Azərbaycanın bütün əsas yeraltı su hövzələrini icmal şəklində əhatə edir)
Gürcüstanın Ətraf Mühitin Qorunması və Təbii Sərvətlər Nazirliyi, 2009, Kür-Araz çayı hövzəsində iqlim dəyişikliklərinə uyğunlaşma
Bernadas Paukstys, Avropa İttifaqı müqaviləsi № 2011/279-666, 2011; Qafqaz ölkələrində (Ermənistan, Gürcüstan və Azərbaycan) yeraltı su obyektlərinin müəyyən edilməsi, səciyyələndirilməsi və sərhədləri
Tomas Harter, Kaliforniya Universitetinin hidrogeologiya üzrə mütəxəssisi, Davis Campus, 2003; Su quyusunun layihəsi və tikintisi
M.A. Lewis və B.E. ODochartaigh, Britaniyanın Geoloji Cəmiyyəti, 2006; Keçiricilik indeksləri üzrə bələdçi, Açıq Hesabat CR/06/160N
Müxtəlif müəlliflər, Azərbaycanda Su Ehtiyatlarının İnteqrasiyalı İdarəetməsi üzrə Aİ Su Təşəbbüsü üzrə Milli Siyasət Dialoqunun işçi qrupu, Bakı, iyun, 2011 (əhatə edilmiş mövzuların icmalı)
Dr. İbrahim Məmmədzadə, Qlobal Su Partnyorluğu Ölkə nümayəndəsi, 2000, Azərbaycan Respublikasında Su Ehtiyatlarının İdarə edilməsi; Təhlil və Gələcəyə baxış.
Dr. İbrahim Məmmədzadə və A.Şamilova, 1999, Azərbaycanda suvarma sektorunda islahatlar: beynəlxlaq və maliyyə məsələləri; 17-ci proses, Suvarma və Drenaj üzrə Beynəlxalq Komissiya, Qranada, İspaniya
ABŞ-ın Geoloji Xidməti, Dövri 1186; Yeraltı su yataqlarının işlənməsi, dayanıqlılığı və su büdcələri (yeraltı su hövzələrinin suçəkməyə reaksiyası)
Human Dynamics KG Konsosiumu, 2013, Yeraltı Su yataqlarının tədqiqi üzrə vəsait; Aİ müqaviləsi №. ENPI / 2011/279/666 (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Belarusu əhatə edir)

Bernardus Paukstys; Qafqaz ölkələrində yeraltı su obyektlərinin müəyyən edilməsi, səciyyələndirilməsi və sərhədləri


Azərbaycan Xarici İşlər Nazirliyi; www.info.gov.za/?options
British Petroleum; B-T-C boru xətti ESIA, Bölmə 10 – Hidrologiya (Azərbaycan), 2002
Faisal Hossain; Tennessi Texnoloji Universitetinin İnşaat mühəndisliyi şöbəsi; 21-ci əsrdə anbarların layihəsi, iş rejimi və su idarəetməsi üçün iqlim amillərinə əsaslanan təminatlar, Avqust 2012, Hidravlik mühəndislik jurnalı, Amerika İnşaat Mühəndisləri Cəmiyyəti
Marlboro Rayon Şurası, Yeni Zelandiya, “Sulu horizontun istismar ehtiyatına baxış”; Texniki hesabat № 12-009; May, 2012

İqlim dəyişikliyi istinadları - Azərbaycan
N. Elguindi və F. Giorgi (2007): Regional iqlim modeli nəticələrindən istifadə etməklə Xəzər dənizinin gələcək səviyyəsinin simulyasiya edilməsi. İqlim Dinamikası, 28-ci cild, № 4, səh. 365-379
Amy Ewing (2003): “Ermənistan, Aəzrbaycan və Gürcüstanın Kür-Araz çayı hövzəsində yerüstü suların keyfiyyəti və ictimai səhiyyə monitorinqi” . Su ehtiyatları proqramı.

Nyu Meksiko Universiteti. http://www.unm.edu/~wrp/wrp-8.pdf


Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (2010): Kaukasus Initiative.

http://www.bmz.de/de/laender/regionen/europa_udssr/kaukasus/index.html
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) (2010): Aquastat. Ölkələr üzrə fakt vərəqələri.

http://www.fao.org/nr/water/aquastat/countries/index.stm

Kür-Araz çayı hövzəsində iqlim dəyişikliklərinə uyğunlaşma
Gesellschaft für Technische Zusammenarbeit (GTZ) (2010): GTZ. Qorunan ərazilərdə və meşələrdə biomüxtəlifliyin dayanıqlı idarə edilməsi, Cənubi Qafqaz (supraregional).

http://www.gtz.de/en/weltweit/europa-kaukasus-zentralasien/26130.htm
İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panel (IPCC) (2007a): IPCC Dördüncü Qiymətləndirmə Hesabatı (AR4). İqlim Dəyişikliyi 2007: Sintez hesabatı.

http://www.ipcc.ch/publications_and_data/publications_ipcc_fourth_assessment_report_synt

hesis_report.htm
İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panel (IPCC) (2007b): IPCC Dördüncü Qiymətləndirmə Hesabatı (AR4). İqlim Dəyişikliyi 2007: Fiziki Elm əsası. Qoşmalar.

http://www.ipcc.ch/pdf/assessment-report/ar4/wg1/ar4-wg1-annexes.pdf
İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panel (IPCC) (2008): İqlim dəyişiklikləri və su məsələləri üzrə texniki iş VI http://www.ipcc.ch/pdf/technical-papers/climate-change-water-en.pdf
Gürcüstanın Ətraf Mühitin Qorunması və Təbii Sərvətlər Nazirliyi (2009): “Gürcüstan. Gürcüstanın BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasına İkinci Milli Məlumatı”

http://unfccc.int/resource/docs/natc/geonc2.pdf

Kür-Araz hövzəsində iqlim dəyişikliyinə uyğunlaşma

37

John Pollner; Kryspin-Watson, Jolanta and Nieuwejaar, Sonja (2008): “Avropada və Mərkəzi Asiyada İqlim Dəyişikliyinə Uyğunlaşma: Təbii Fəlakət Riskinin İdarə Edilməsi (Layihə).” Dünya Bankı



http://siteresources.worldbank.org/ECAEXT/Resources/258598-

1243892418318/DRM_and_Climate_Change.pdf


Azərbaycan Respublikası (2000): “BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasına Azərbaycan Respublikasının İlkin Milli Məlumatı.”

http://unfccc.int/resource/docs/natc/azenc1.pdf
C. Revenga, S. Murray; J. Abramovitz; A. Hammond (1998): Dünyanın suayrıcları: Ekoloji dəyər və zəiflik. Vaşinqton. Dünya Ehtiyatları İnstitutu.

Dr. Magnus Sylvén; Rasmus Reinvang və Andersone-Lilley, Dr. Zanete: “Cənubi Qafqazda İqlim Dəyişikliyi: Təbiət, insanlar və cəmiyyət.” Norveç Ümumdünya Təbiət Fondu. Norveçin Xarici İşlər Nazirliyi tərəfindən maliyyə dəstəyi ilə təmin edilmişdir.

http://assets.wwf.no/downloads/climate_changes_caucasus___wwf_2008___final_april_200

9.pdf
BMT-nin İnkişaf Proqramı (BMTİP) (2005): İqlim Dəyişiklikləri üzrə Uyğunlaşma Siyasət Çərçivələri: Strategiya, siyasət və tədbirlərin işlənib hazırlanması. Qoşma A. Terminlərin izahlı lüğəti. http://www.UNDP.org/GEF/documents/publications/apf-annexes-a-b.pdf


BMT-nin İnkişaf Proqramı (BMTİP) və Styrelsen för internationellt

utvecklingssamarbete (SIDA) (2005): “Kür-Araz çayı hövzəsinin (Ermənistan, Azərbaycan, Gürcüstan) ilkin texniki analizi (Ermənistan, Azərbaycan, Gürcüstan).”

Kür-Araz çayı hövzəsində iqlim dəyişikliyinə uyğunlaşma
BMT-nin İnkişaf Proqramı (BMTİP) və Qlobal Ətraf Mühit Mexanizmi (2006): “TDA Tematik hesabat. Kür-Araz hövzəsində iqlim dəyişikliiyi və ətraf mühitin həssaslığının qiymətləndirilməsi.”
BMT-nin İnkişaf Proqramı (BMTİP) (2008): “Sub-Regional səviyyədə İnsan İnkişafı hesabatı: Beş sahil ölkəsində su və iqlim dəyişiklikləri. Rezident Nümayəndələrin geniş toplantısı. Bakı, Azərbaycan.”
BMT-nin Ətraf Mühit Proqramı (BMTƏMP) GRID-Arendal (2008): Qafqaz eko-regionunun iqlim zonaları BMTƏMP/GRID-Arendal xəritələri və qrafiki kitabxanası.

http://maps.grida.no/go/graphic/climate-zones-of-the-caucasus-ecoregion
ABŞ-ın Beynəlxalq İnkişaf Agenliyi (USAID) (2006): “Cənubi Qafqaz Su Proqramı.” www.scaucasuswater.org
ABŞ-ın Beynəlxalq İnkişaf Agenliyi (USAID) və DAI (2004): “Cənubi Qafqazda su idarəetməsi – Mingəçevirdə Ümumi Tədqiqatlar haqqında hesabat”
Berrin Basak Vener (2006): “Kür-Araz hövzəsi: Ermənistan, Azərbaycan və Gürcüstan arasında İnteqrasiyalı Su Ehtiyatları İdarəetməsi modelinin yaradılmasının ümumi məqsədləri və maneələr. Su Ehtiyatları üzrə Magistr Dərəcəsi üçün tələb olunan Şərtlərin Qismən İcrası üzrə təqdim edilmiş peşəkar layihə hesabatı.” Su Ehtiyatları Proqramı. Albuquerque, Nyu Meksiko Universiteti. https://repository.unm.edu/dspace/bitstream/1928/2591/1/master-

PPOriginal.pdf





H. Ewoldsen Nəticə 1 – Hidrogeoloji tapşırıq 10 dekabr 2013


Do'stlaringiz bilan baham:


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2017
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa