Hazırladı: Yunus Kazımov (AƏSMA)
1. Bank Sistemi.
Bank nədir? Bu sual hələ çox qədim zamanlardan insanları düşündürmüş, tarixin müxtəlif inkişaf mərhələlərində bankın mahiyyətinə müxtəlif yanaşmalar mövcud olmuşdur. Müxtəlif dövrlərdə yaşamış alimlərin tədqiqatlarına, rəsmi dövlət sənədiərinə nəzər saidıqda bank haqqındakı müxtəlif fikiriərin mövcud olmasının səbəbini məhz bankın təsərrüfatdakı təyinatı və çoxşaxəli fəahyyəti ilə bağh olduğunun şahidi oluruq.
Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan bir anbar kimi təsəwür ediiirdi. Lakin bu cür dərk oiunma nə bankların mənasını tam izah etmir, nə onun təsərrüfatdakı təyinatını tam açmır, nə də ki, bütövlükdə onun mahiyyətini aydınlaşdırmır. Banklann fəaliyyəti o qədər çoxşaxəlidir ki, onun mahiyyətinin açılması və iqtisadi baxımdan tam izah edilməsi heç də asan bir məsələ deyildir. Hal-hazırda banklar həddən artıq əməliyyatlar yerinə yetirirlər. Banklar təkcə pul dövriyyəsini təşkil etmək və kreditləşməni həyata keçirmək deyil, eyni zamanda iqtisadiyyatm müxtəlif sahələrinin və ayrı - ayrı layihələrin maliyyənləşməsi, sığorta işlərinin aparılması, qiymətli kağızların alqı-satqısı, vasitəçilik əməliyyatlarının həyata keçirilməsi, əmlakın idarə ediiməsi, məsləhət xarakterli işlərin apanlması, irimiqyaslı layihələrin müzakirasi, bazarlann öyrənilməsi və sair feaüyyət növləri ilə də məşğul olnrlar.
Müasir bank haqqmda daha çox yayılmış təsəwür onun müəssisə və təşkilat kimi qəbul edilməsidir. Bank müəssisə və təşkilatlan termini çox geniş yayılıb və elmi ədəbiyyatda, dərsiiklərdə, həmçinin bank qanunvericilivində. bank sənədlərində, kütləvi informasiya vasitələri istifadə edilir.
14 iyun 1996-cı il tarixdən qəbul edilmiş «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu»nun 2-ci maddəsinin 1-ci bəndində yazılmışdır ki, Azərbaycan Respublikasmın bank sistemi Milii Bankdan və kredit təşkilatlanndan ibarətdir. Bəs «sistem» nədir?
Müasir dövrdə “sistem” anlayışı geniş istifadə ediiir. O, cəmiyyət inkişafının və çoxsaylı təbiət hadisələrinin tədqiqatına aid edilir. “Sistem” anlayışından alimlər, fılosoflar, mədəniyyət və incəsənət xadimləri, eləcə də digər sahə mütəxəssisləri və bank işçiləri də istifadə edirlər.
“Sistem” yunan sözü olan “susteme”- sözündəndir, bütöv birləşmiş, hissələrdən təşkil olunmuş mənasım daşıyır. Hər bir sistemin özünün yaranma, quruluş, fəaliyyət, idarəedilmə və digər xüsusiyyətləri vardır. Məhz sistemlər belə xüsusiyyətlərə və özünəməxsus əlamətlərə görə bir-birindən fərqiənirlər. Müxtəlif digər sistemlər kimi, bank sistemi özündə elementlər məcmusunu, müəyyən bütövlük təşkil edən elementlər toplusunu elementlərin qarşılıqlı vəhdəti əsasında birləşdirir. Məhz kredit təşkilatları bank sisteminin elementlərini təşkil edir.
Bank sistemi özünəməxsus xüsusiyyətlərə maiikdir və bu xüsusiyyətlərinə görə digər sistemlərdən fərqlənir. Bu xüsusiyyətlər hansılardır?
1. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, bank sistemi onun elementlərinin təsadüfi məcmusundan ibarət deyil və təsadüfi olmayaraq çoxşaxəli xüsusiyyətlərə malikdir. Bu sistemə nəinki bütövlükdə ölkənin iqtisadi məkanmda, hətta maliyyə bazannda fəaliyyət göstərən digər məqsədlərə xidmət edən subyektləri mexaniki olaraq daxil etmək olmaz.
Ölkə iqtisadiyyatında fəaliyyət göstərən və müxtəlif məqsədlərə xidmət edən rabitə, nəqliyyat, ticarət, sənaye, kənd təsərrüfatı sistemləri, icraedici və qanunverici, həmçinin hüquq- mühafizə orqanlan mövcuddur. Onlar bir - biri ilə əlaqədə olsalar da müxtəlif vəzifələri icra edirlər. Məhz fəaliyyət dairəsinin xüsusi təyinatına malik olduqlanna görə bu sahələrin heç birinin subyektlərini bank sisteminə daxil etmək olmaz.
Bank sisteminin özünəməxsusluğu onun tərkibinə daxil olan elementlərin və onlann qarşılıqlı münasibəti ilə müəyyən- ləşdirilir. Qeyd olünmalıdır ki, bank sisteminin mahiyyəti onun elementlərinin məcmusu mahiyyətindən irəli gəlir. Həmçinin bank sisteminin mahiyyəti təkcə onun tərkib elementlərinin deyil, onların qarşılıqlı əlaqə və vəhdətinin 'mahiyyəti ilə də xarakterizə olunmalıdır. Buradan belə nəticəyə gəlmək olar ki, bank sisteminin mahiyyəti həm ayn- aynlıqda elementlənn mahiyyətinə, həm də onların məcmusu, tərkibi mahiyyətinə də təsir edir.
Təcrübədən bizə malik olduqları xüsusiyyətlərinə görə bank sisteminin aşağıdakı tipləri məlumdur:
-inzibati mərkəzləşdirilmiş bank sistemi;
-bazar iqtisadiyyatı bank sistemi;
-keçid mərhələsi bank sistemi.
İnzibati mərkəzləşdirilmiş bank sistemindən fərqli olaraq bazar iqtisadiyyatı bank sistemində dövlət inhisarçılığı yoxdur. Bazar şəraitində hər bir təsərrüfat subyekti, yəni hüquqi şəxslər və hətta ayrı-ayrı fıziki şəxslər dövlət mülkiyyətli bank istisna olmaqla müxtəlif mülkiyyət formalı banklar yarada bilərlər. Bunun nəticəsində bazar şəraitində çoxsaylı banklar fəaliyyət göstərirlər. İnzibäti mərkəzləşdirilmiş bank sistemi ilə bazar yönümlü bank sistemi arasında aşağıdakı fərqlər mövcuddur:
İnzibati mərkəzləşdiriimiş bank sistemi şəraitində birpilləli sistem fəaliyyət göstərir və dövlət banklann yeganə mülkiy- yətçisi olur. Banklan dövlət özü yaradır, onun təşkilati və idarəetmə strukturlannı müəyyən edir, zərurət olduqda isə onu ləğv edir. Dövlət tərəfindən vahid bank siyasəti həyata keçirilir və mərkəzləşdirilmiş şaquli idarəetmə üsulu tətbiq edilir. Buna görə də dövlət banklann öhdəliyinə görə cavabdehlik daşıyır. Bu sistem şəraitində banklar dövlətə tabe olduqlanndan onım rəhbər işçiləri yerli mərkəzi hakimiyyət orqanlannın razılığı ilə yuxan idarəetmə orqanı tərəfindən təyin edilir. Banklann apardığı əməliyyatlann tərkibi, siyahısı dövlət tərəfindən müəyyən ediiir. Kreditləşmə və emissiya əməliyyatları bank tərəfindən icra olunur.
Bazar yönümlü bank sistemi şəraitində ikipilləli sistem fəaliyyət göstərir və banklar üzərində müxtəlif mülkiyyət formalan (dövlət, səhmdar, kooperativ, şəxsi, qanşıq və s.) mövcud olur. Banklarm yaranmasında dövlət inhisan yoxdur, istənilən hüquqi və fıziki şəxslər qanun çərçivəsində bank yarada bilərlər. Banklann təşkilati və idarəetmə strukturlan bank şuraları tərəfindən müəyyənləşdirilir, eyni zamanda bank şuranın qəran ilə də ləğv edilə bilər. Bu sistem şəraitində çoxsaylı banklar siyasəti həyata keçirilir və qeyri- mərkəzləşdirilmiş yerli idarəetmə sxemi mövcud olur. Məhz elə bu səbəblərdən də dövlət banklann öhdəliklərinə görə cavabdeh deyil, eyni zamanda banklar da dövlətin öhdəlikləri.
Şərh olunanlar əsasında belə bir nəticəyə gəlmək olar ki, bank sisteminin aşağıdakı özünəməxsus əlamətləri vardır:
-bank sistemi eyni məqsədə xidmət edən elementlər məcmusudur;
-bank sistemi özünəməxsus xüsusiyyətlərə maiikdir;
-bank sistemi elementlərin qarşılıqlı dəyişdirilməsi iqtidanndadır;
-bank sistemi dinamik sistemdir;
-bank sistemi qapalı tipli sistemdir;
-bank sistemi özünütənzimləyən sistemdir;
-bank sistemi idarə edilən sistemdir.
Artıq qeyd olunduğu kimi bank sisteminin elementləri vahid bir bütövlük təşkil edərək, sistemin özünəməxsus xüsusiy- yətlərinin daşıyıcısı rolunu oynayırlar. Bəs bank sisteminin elementləri nədən ibarətdir? 14.06.1996-cı il tarixdə qəbul edil- miş «Azərbaycan Respublikasmm banklar və bank fəaliyyəti haqqında Azərbaycan Respublikasınm Qanunu»nun 1-ci maddə- sində bank sisteminin elementlərinin izahı öz əksini tapmışdır.
Kredit təşkilatı- öz fəaliyyətinin əsas məqsədi kimi mənfəət götürmək üçün Milli Bankın lisenziyası (xüsusi icazəsi) əsasında Qanunda nəzərdə tutulmuş bank əməliyyatlanm aparmaq hüququna malik olan hüquqi şəxsdir.
Bank- fiziki və hüquqi şəxslərin pul vəsaitinin depozitə cəlb edilməsi həmin vəsaitin müddətlik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirilməsi, fıziki və hüquqi şəxslərin hesablannın açılması və apanlması əməliyyatlannın məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır.
Bank olmayan kredit təşkilatı - ayn-ayn bank əməliy- yatlannı həyata keçirmək üçün Milli Bankdan lisenziya almış hüquqi şəxsdir.
Həmçinin qeyd olunmalıdır ki, banklar öz tabeliklərində qanunvericilik əsasında öz filiallarını və nümayəndəliklərini yarada bilərlər ki, onlar da bank sisteminin strukturlan sayılırlar.
Filial- hüquqi şəxs olmayıb Milli Bankın icazəsi ilə kredit təşkilatının olduğu yerdən kənarda açılan, kredit təşkilatının lisenziyasında nəzərdə tutulan bank fəaliyyətinin hamısmı və ya
bir hissəsini onun adından həyata keçirən kredit təşkilatının ayrıca bölməsidir.
Nümayəndəlik - hüquqi şəxs olmayıb Miili Banka xəbər verməklə kredit təşkilatınm olduğu yerdən kənarda açılan, bank fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan, kredit təşkilatının mənafeyini təmsil və müdafiə edən, onun adından əqdlər bağlayan, digər hüquqi hərəkətlər edən kredit təşkilatının ayrıca bölməsıdır.
Xarici bank - qeydə ahndığı ölkənin qanuvericiliyinə əsasən bank fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir.
Xarici bankın filialı - xarici bankın qeydə almdığı ölkədə ona icazə verilmiş bank əməliyyatlannı Milli Bankın lisenziyası ilə müəyyən həcmdə, xarici bankın adından Azərbaycan Respublikasında həyata keçirmək hüququ olan xarici bankın ayrıca bölməsidir.
Praktikada müxtəlif formalı banklar mövcuddur. Bu və ya digər əlamətlərinə görə banklan aşağıdakı kimi təsnifatlaşdırmaq olar.
Mülkiyyət formasma görə dövlət, səhmdar, kooperativ. şəxsi və qanşıq banklan fərqləndirirlər. Banklann dövlət forması daha çox Mərkəzi banklara aiddir. Azərbaycan Milli Bankın və həmçinin Rusiya, Belçika, Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrin Mərkəzi banklannm vəsaiti bütövlükdə dövlətə məxsusdur. Mərkəzi banklann vəsaitlərinin Yaponiyada 50%-i dövlətə, qalan 50%-i ayn-ayn banklara. İsveçrədə 47%-i dövlətə, qalan 53%-i kantonlara, Avstriyada 50%-i dövlətə, qalan 50%-i fiziki şəxslərə məxsusdur.
Bazar iqtisadiyyatı şəraitində kommersiya banklan daha çox şəxsi olurlar (beynəlxaiq terminologiyaya görə hər hansı bir şəxslərə malik bank daha çox səhmdar və kooperativ banklara aid edilir). Azərbaycanm və bir çox xarici ölkəiərin qanun- vericiliyinə əsasən ölkə daxilində xarici banklann fəaliyyətinə icazə verilir (xarici bankm və xarici bankın filialınm izahı bir qəder əvvəldə verilmişdir).
Do'stlaringiz bilan baham: |