Xəbər bülleteni №19



Download 1,66 Mb.
bet3/3
Sana08.06.2017
Hajmi1,66 Mb.
#10696
1   2   3

Azərbaycan manatının dollara rəsmi məzənnəsini Mərkəzi Bank 1,5642 manat müəyyənləşdirib.

Əmək pensiyalarının orta məbləği: 176 manat 3 qəpik

08.01.2016

dsmf binaDövlət Sosial Müdafiə Fondu 1 yanvar 2016-cı ilə əmək pensiyası alan şəxslərin sayını açıqlayıb. Rəsmi məlumata görə, ölkədə 1 milyon 295 min 900 nəfər əmək pensiyası alır. Əmək pensiyaçılarının sayı ötən il 1 milyon 290 min 900 nəfər olub və yanvar-dekabr aylarında 5 min nəfər (0,4 faiz) artıb.

2016-cı ilin yanvarın 1-nə əmək pensiyalarının orta aylıq məbləği 176,03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,08 manat təşkil edib.

Müxalif partiya 15 nazirlikdən ibarət hökumət təklif edir

08.01.2016



umud parti 1Sabiq deputat İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası böhrana qarşı proqram açıqlayıb. Transparency.az-ın məlumatına görə, müxalif partiya hakimiyyəti siyasi və iqtisadi böhranın birləşməsinə imkan verməmək üçün Qərb dairələri ilə danışıqlar apara bilən etimad qrupu yaratmağa, siyasi məhbusları azad etməyə, sifarişli məhkəmə qərarlarına yenidən baxmağa, müxalifətlə ardıcıl, stabil və predmetli dialoqa başlamağa, ictimai institutlarda müxalifətin təmsilçiliyinə şərait yaratmağa, QHT-lərin fəaliyyətinə əngəllərə son qoymağa çağırır.

Partiya effektli hökumət modelinə keçməyi, 15 nazirlikdən ibarət kabinet yaratmağı təklif edir:

Təhsil, Mədəniyyət, Gənclər və İdman Nazirliyi

Səhiyyə Nazirliyi

İqtisadiyyat və Sənaye Nazirliyi

Fövqəladə Hallar Nazirliyi

Kənd Təsərrüfatı Nazirliyi

Daxili İşlər Nazirliyi

Energetika və Təbii Sərvətlər Nazirliyi

Mili Təhlükəsizlik Nazirliyi

Müdafiə Nazirliyi

Xarici İşlər Nazirliyi

Maliyyə Nazirliyi

Nəqliyyat Nazirliyi

Xidmət Nazirliyi

Vergilər Nazirliyi

Ədliyyə Nazirliyi.

Partiya Nazirlər Kabinetindəki digər qurumları, eləcə də səhmdar cəmiyyətləri nazirliklərə birləşdirməyi zəruri sayır.

Təkliflər paketində siyasi hakimiyyət və məmurluğun oliqarxiya sistemindən azad olunması, korrupsiya və rüşvətxorluqla mübarizədə yeni sistemin müəyyən edilməsi kimi məsələlər də yer alır.

Müsavat böhrandan çıxış paketi verdi

08.01.2016

musavat
Yanvarın 8-də Müsavat Partiyası böhrandan çıxış yolları barədə təkliflər paketini açıqlayıb. Paketdə iqtisadi və siyasi islahatlar aparılması təklifləri əksini tapıb.

İqtisadi sahədə təkliflərə bunlar daxildir:

- qeyri-neft sektoruna böyük investisiyaların cəlb edilməsi üçün investisiya mühitinin yaxşılaşdırılması və turizm imkanlarının inkişaf etdirilməsi;

- antiinhisar qanununun real tətbiqi;

- dövlət satınalmalarınıın şəffaf tenderlərlə icrası;

- maşınqayırma, yüngül sənaye, kommunikasiya texnologiyaları üzrə yeni sənaye müəssisələrinin, dünya bazarında yer tutacaq rəqabətli istehsal markalarının yaradılması və dünyanın brend markalı məhsulların ölkəmizdə istehsalına nail olunması;

- yerli istehsal sahələrinin, o cümlədən neft emalı, spirtli içki, siqaret, su istehsalı və s. sahələrin inkişaf etdirilməsi;

- aqrar sektorun inkişafı və rentabelliliyin təmin edilməsi məqsədilə uzunmüddətli vergi güzəştlərinin tətbiqi, aqrar sahibkarlığın formalaşdırılması və möhkəmləndirilməsi üçün faizsiz kreditlərin verilməsi, məhsulun bazar qiymətinə satışına dövlət təminatının verilməsi və digər islahatları nəzərdə tutan kompleks aqrar proqramın qəbul edilməsi;

- ixrac-idxal azadlığını təmin edən dövlət proqramı, vergi-gömrük sistemində yeni iqtisadi proqramlara uyğun islahatların tətbiqi;

- Dövlət Gömrük Komitəsinin, Vergilər və Maliyyə nazirliklərinin bir strukturda birləşdirilməsi;

- Dünya Ticarət Təşkilatına üzvlüyün həll edilməsi;

- neftin qiyməti 30 dollardan aşağı enərsə, xam neftin ölkə xaricinə satışının dayandırılması, hasilatın ölkə tələbatı miqyasına qədər azaldılması və ya daxili tələbatdan artıq hasilatın rezervlərə toplanması;

- əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə əmək haqlarının və pensiyaların indeksasiya edilərək bahalaşma faizlərinə uyğun artırılması;

- xarici valyuta ilə sənədləşdirilmiş bank kreditlərinin məzənnə fərqi ucbatından borcluların ödəmə qabiliyyətinin sərhədlərini aşan hissəsinin Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi;

- islahatların səmərəliliyinin təmin edilməsi, ölkənin beynəlxalq imicinin yaxşılaşdırılmasına nail olmaq üçün siyasi islahatların həyata keçirilməsi.

Siyasi sahəyə gəlincə, Müsavat Partiyası bunları təklif edib:

- siyasi məhbusları dərhal azad edilməsi;

- siyasi azadlıqların təmin edilməsi, real siyasi rəqabət şəraitinin yaradılması;

- azad və ədalətli seçkilər vasitəsilə yerli və beynəlxalq ictimaiyyətin legitim qəbul edəcəyi ali qanunverici orqanın formalaşdırılması;

- nəzərdə tutulan islahat proqramlarının dövlət təminatlı qanunverici bazasının yaradılması;

- real hakimiyyət bölgüsünün aparılması, Avropa Yerli Özünüidarəetmə Xartiyasına uyğun yerli özünüidarə sisteminin tətbiqi.

2015-ci il də vergi hüquqpozmalarına qarşı görülmüş mübarizə tədbirləri

08.01.2016

2015-ci ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 1853 cinayət işi başlanıb. Rəsmi məlumata görə, bu işlər üzrə aparılan araşdırmalar zamanı 69,5 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

815 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 57 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 71 iş üzrə 83 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

576 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib, bu da 2014-cü illə müqayisədə 379 iş çoxdur.



Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 44 nəfər şəxs tutularaq departamentin istintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 511 şəxsin məcburi qaydada gətirilməsi, 533 şəxsin tapılaraq istintaqa gəlmələri, 542 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 461 nəfər vergi ödəyicisi tapılıb, onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.
Download 1,66 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish