Vladimir Lenin Karl Marks


Sonra bütünlüklə götürülmüş ictimai kapitalın təkrar istehsalına



Download 208,5 Kb.
bet3/3
Sana22.04.2017
Hajmi208,5 Kb.
#7380
1   2   3

     Sonra bütünlüklə götürülmüş ictimai kapitalın təkrar istehsalına “Kapital” -ın II cildində Marksın verdiyi təhlil son dərəcə mühüm və yeni bir şeydir. Marks burada da fərdi bir hadisəni deyil, kütləvi hadisəni, cəmiyyət iqtisadiyyatının bir hissəciyini deyil, bu iqtisadiyyatı bütünlükdə götürür. Marks klassiklərin yuxarıda göstərilən səhvini düzəldərək bütün ictimai istehsalı iki böyük şöbəyə: 1) istehsal vasitələri istehsalına və 2) istehlak şeyləri istehsalına bölür və rəqəmlər şəklində götürdüyü misallara əsasən, həm əvvəlki ölçüdə olan təkrar istehsal şəraitində, həm də yığım şəraitində bütün ictimai kapitalın tədavülünü ətraflı tədqiq edir. “Kapital -ın III cildində dəyər qanununa əsasən, orta mənfəət normasının əmələ gəlməsi məsələsi həll edilmişdir.İqtisad elmində Marksın irəliyə doğru atdığı böyük addım ondan ibarətdir i, o təhlil edirkən bayağı siyasi iqtisadın  və ya “faydalı olmağın son həddi nəzəriyyəsi  kimi müasir nəzəriyyənin tez-tez kifayətləndiyi nöqteyi-nəzəri deyil, rəqabətin ayrı-ayrı qəribə halları və ya zahiri cəhəti nöqteyi-nəzərini deyil, kütləvi iqtisadi hadisələr, bütün ictimai təsərüffat nöqteyi-nəzərini əsas götürür. Marks əvvəlcə izafi dəyərin əmələ gəlməsini təhlil edir, sonra isə onun mənfəətə, faizə və torpaq rentasına bölünməsinə keçir. Mənfəət ,izafi dəyərin müəssisəyə qoyulmuş bütün kapitala olan nisbətidir. “Üzvi quruluşu yüksək” olan kapital (yəni sabit kapitalı dəyişən kapitala nisbətən ictimai orta dərəcədən yüksək olan kapital) orta dərəcədən aşağı mənfəət norması verir. “Üzvi quruluşu aşağı  olan kapital isə orta dərəcədən yuxarı mənfəət norması verir. Kapitallar arasındakı rəqabət, bunların sərbəstdə bir sahədən başqa sahəyə keçməsi hər iki halda mənfəət normasını gətirib orta dərəcəyə çıxaracaqdır. Mövcud cəmiyyədəki bütün əmtəə dəyərlərinin məcmusu əmtəə qiymətlərinin məcmusuna uyğun gəlir, lakin ayrı-ayrı müəssisələrdə və ayrı-ayrı istehsal sahələrində rəqabətin təsiri altında əmtəələr öz dəyərinə deyil, istehsal qiymətlərinə (və ya istehsalat qiymətlərin) satılır ki, bu qiymətlər də sərf edilmiş kapitalla orta mənfəətin məcmusuna bərabərdir.

Beləliklə, hamıya məlum və şübhəsiz olan faktı, yəni dəyərlərdən və mənfəətin bərabərliyindən kənara çıxması faktını Marks dəyər qanunu əsasında tamamilə izah etmişdir, çünki bütün əmtəə dəyərlərinin məcmusu qiymətlərin məcmusuna uyğun gəlir.Lakin dəyər (ictimai dəyər) qiymətlərə (fərdi qiymətlərə) sadə və bilavasitə yolla deyil, çox mürəkkəb yolla çevrilmiş olur:tamamilə təbiidir ki,bir-birilə ancaq bazar vasitəsiylə əlaqədə olan dağınıq əmtəə istehsalçıları cəmiyyətində qanunauyğunluq ,yalnız bu və ya başqa bir tərəfə edilən fərdi meyllərin bir-birini tarazlaşdırması yolu ilə, orta, ictimai, kütləvi bir qanunauyğunluq şəklində meydana çıxa bilər.

     Əmək məhsuldarlığının yüksəlməsi sabit kapitalın dəyişən kapitala nisbətən daha sürətlə artması deməkdir. İzafi dəyər isə yalnız dəyişən kapitalın funksiyası olduğuna görə aydındır ki, mənfəət norması (izafi dəyərin təkcə dəyişən kapitala deyil, bütün kapitala olan nisbəti) azalmağa meyl göstərir. Marks bu meyli və bunu pərdələyən və ya buna əks-təsir göstərən bir sıra cəhətləri ətraflı təhlil edir. III cildin sələmçi, ticarət və pul kapitalına həsr edilən son dərəcə maraqlı bölmələrini şərh etmək üzərində dayanmayıb, ən başlıca məsələyə: torpaq rentası nəzəriyyəsinə keçək. Kapitalist ölkələrində ayrı-ayrı sahibkarların tutduğu torpaq sahəsi məhdud olduğuna görə, əkinçilik məhsullarının istehsal qiyməti məhsul orta torpaqda deyil,pis torpaqda əldə edilərkən, bazara orta şəraitdə deyil, pis şəraitdə gətirilərkən çəkilən istehsal xərcləri ilə müəyyən olunur.Bu qiymətlə daha yaxşı torpaqlardakı (və ya ən yaxşı şəraitdəki) istehsal qiyməti arasında olan fərq təfavüt rentasını və ya differensial rentanı əmələ gətirir.Marks bu rentanı ətraflı təhlil edərək onun ayrı-ayrı torpaq sahələrinin məhsuldarlığındakı fərq şəraitində ,torpağa qoyulan kapitalın miqdarındaı fərq şəraitində əmələ gəldiyini göstərərək, Rikardonun belə bir səhvini tamamilə aşkara çıxarmışdır( habelə bax: “İzafi dəyər nəzəriyyələri” ,burada Rodbertus haqqındakı tənqid xüsusilə diqqətəlayiqdir)ki,guya diferensial  renta yalnız yaxşı torpaqlardan yavaş-yavaş pis torpaqlara keçdikdə əmələ gəlir.Əksinə, bunun tərsi də olur, bu cür torpaqlar (kənd təsərüffatında texnikanın tərəqqisi, şəhərlərin böyüməsi və sairə nəticəsində) başqa cür torpağa çerirlir,buna görə də bədnam “torpağın münbitliyinin azalması qanunu  böyük bir səhvdir, kapitalizmin nöqsanlarını, məhdudiyyət və ziddiyyətlərini təbiətin üzərinə yıxmaq deməkdir.Sonra, bütün sənaye və ümumiyyətlə xalq təsərüffatı sahələrindən bərabər mənfəət götürmək üçün gərək rəqabət tamamilə azad olsun,kapital bir sahədən başqa sahəyə sərbəst axıb gedə bilsin. Halbuki torpaq üzərində xüsusi mülkiyyət inhisar yaradır,kapitalın bu cür sərbəst axıb getməsinə mane olur. Kapitalı aşağı quruluşlu olan və deməli,fərdi cəhətdən daha yüksək mənfəət norması verən kənd təsərüffatının məhsulları həmin inhisar üzündən, mənfəət normasınıtamailə azad şəkildə bərabərləşdirən prosesə girmir; bir inhisarçı olan torpaq sahibi qiyməti ortadan yuxarı səviyyədə saxlaya bilir,bu inhisar qiyməti isə mütləq renta yaradır.Kapitalizmin mövcud olduğu şəraitdə diferensial yox edilə bilməz, mütləq renta isə yox edilə bilər- məsələn, torpaq milliləşdirildikdə, dövlət mülkiyyətinə keçdikdə yox edilə bilər.Torpağın dövlət mülkiyyətinə keçməsi xüsusi mülkiyyətlərin inhisarını pozmaq demək olardı,əkinçilikdə rəqabət azadlığının daha ardıcıl, daha dolğun şəkildə həyata keçirilməsi demək olardı.Marks qeyd edir ki, buna görə də radikal burjualar tarixdə dəfələrlə bu mütərəqqi burjua tələbini, yəni torpağın milliləşdirilməsi tələbini irəli sürmüşlər, lakin bu tələb burjuaziyanın əksəriyyətini hürküdür, çünki zəmanəmizdə xüsusilə mühüm və “təsirli” olan başqa bir inhisara da: ümüumiyyətlə istehsal vasitələri inhisarına da çox bərk “toxunur”.(Marks özü 1862-ci il avqustun 2-de Engelsə göndərdiyi məktubda, kapitaldan əldə edilən orta mənfəət və mütləq torpaq rentası nəzəriyyəsini çox anlaşıqlı bir dillə, yığcam və aydın şərh etmişdir. Bax: “Yazışma”, III cild, səh 77-81.Habelə müqayisə et: 1862-ci il avqustun 9-da göndərdiyi məktub, yenə orada, səh, 86-87). –Torpaq rentasının tarixinə dair bu cəhəti də qeyd etmək mühümdür ki, Marks verdiyi təhlilində işləyib ödəmə rentasının (bu halda kəndli öz əməyi ilə mülkədar torpağına izafi məhsul yaradır) məhsulla və ya natura ilə alınan rentaya çevrildiyini ( bu halda kəndli öz əməyi ilə mülkədar torpağında izafi məhsul yaradıb bunu “qeyri-iqtisadi məcburiyyət” üzündən mülkədara verir), sonra pul rentasına (əmtəə istehsalı inkişaf etdiyinə görə , pula çevrilmiş olan həmin natural rentadır, köhnə Rusiyadakı “töycüdür”) və nəhayət, kapitalist rentasına çevrildiyini göstərir ki,bu halda torpağı muzdlu əməklə becərən sahibkar əkinçilikdə kəndlinin yerinə keçir. “Kapitalist torpaq rentası mənşəyinin” bu təhlili ilə əlaqədar olaraq əkinçilikdə kapitalizmin təkamülünə dair Marksın bir sıra çox dərin ( və Rusiya kimi geri qalmış ölkələr üçün son dərəcə mühüm olan) fikirlərini qeyd etmək lazımdır.”Natural rentanın pul rentasına çevrilməsi ilə yanaşı olaraq, pulla işə götürülən günəmuzdçu yoxsullar sinfi hökmən , nəinki əmələ gəlir, hətta ondan əvvəl ortaya çıxır. Bu sinif meydana gəldiyi dövrdə, hələ yalnız dağınıq şəkildə ortaya çıxdıqda, töycü verməli olan nisbətən varlı kəndlilər arasında təbii olaraq, öz hesabların muzdlu kənd fəhlələrini istismar etmək adəti əmələ gəlir ki, bu da tamamilə feodalizm zamanı varlı təhkimli kəndlilərin özlərinin də təhkimli kəndli saxladıqlarına bənzəyir.Beləliklə, həmin kəndlilər müəyyən əmlak toplamaq və özləri də gələcəkdə dönüb kapitalist olmaq imkanı əldə edirlər. Deməli, müstəqil təsərüffatı olan köhnə torpaq sahibləri arasında kapitalsit icarədarları icarədarları yaradan bir şərait meydana gəlir ki, bu icarədarların da inkişafı kənd təsərüffatından kənarda kapitalist istehsalının ümumi inkişafından asılıdır”.( “Kapital”, III, 332) ...”Kənd əhalisinin bir hissəsini mülkiyyətdən məhrum edilib kənddən qovulması, sənaye kapitalı üçün lazım olan fəhlələri, onların yaşayış vasitələrinin və əmək alətlərinin nəinki təkcə “azad edir”, hətta daxili bazar da yaradır”(“Kapital”, I, 778).Kənd əhalisinin yoxsullaşıb var-yoxdan çıxması eyni zamanda kapital üçün ehtiyat fəhlə ordusu yaradılmasında rol oynayır.Hər bir kapitalist ölkəsində “bu səbəbdən kənd əhalisinin bir hissəsi daim şəhər və ya manufaktura əhalisinə ( yəni əkinçi olmayan əhaliyə) çevrilmək halında olur.Bu nisbi artıq əhali bulağı daim axmaqdadır... Kənd əhalisinə ən az əmək haqqı verilir və bu fəhlənin bir ayağı həmişə dilənçilik bataqlığında olur”(“Kapital”, I, 668). Kəndlinin öz becərdiyi torpaq üzərindəki xüsusi mülkiyyəti xırda istehsalın əsasıdır,onun tərəqqi etməsi və klassik bir şəkil alması üçün bir şərtdir.Lakin bu xırda istehsal yalnız istehsalın və cəmiyyətin məhdud və ibtidai bir çərçivədə olduğu yerdə yaşaya bilər. Kapitalizm şəraitində “kəndlilərin istismar edilməsi sənaye proletariatının istismar edilməsindən yalnız forma cəhətdən fərqlənir.Burada da istismarçı həmin kapital özüdür. Ayrı-ayrı kapitalistlər ayrı-ayrı kəndliləri hipoteklər və sələmçilik vasitəsilə istismar edirlər;kapitalistlər sinfi kəndlilər sinfini dövlət vergiləri vasitəsiylə istismar edir”(“Fransada sinfi mübarizə”). ”Kəndlinin parsellasını (bir parça torpaq sahəsini) əlində bir bəhanə edən kapitalist torpaqdan mənfəət,faiz və renta götürür,bu torpaq sahibinin özünü isə öz mək haqqını könlü necə istəyirsə, elə əldə etməyə vadar edir”(“18 brumer”). Kəndli adətən öz əmək haqqının bir hissəsini hətta kapitalist cəmiyyətinə, yəni kapitalistlər sinfinə verib, “xüsusi mülkiyyətçi adı ilə, irlandiyalı icarədar dərəcəsinə”(“Fransada sinfi mübarizə”) enir. “Xırda kəndli torpaq sahibliyinin üstün olduğu ölkələrdə taxıl qiymətinin,kapitalist istehsal üsuluna malik ölkələrdəkindən aşağı olması səbəblərindən biri” (“Kapital”, III, 340) nədir? Budur ki, kəndli izafi məhsulun bir hissəsini cəmiyyətə( yəni kapitalistlər sinfinə) müftə verir.” Deməli,belə bir aşağı qiymət (taxılın və başqa kənd təsərüffatı məhsullarının aşağı qiyməti0 heç də istehsalçıların əmək məhsuldarlığının nəticəsi deyil, onların yoxsulluğunun nəticəsidir”(“Kapital”, III, 340).Xırda torpaq mülkiyyəti, xırda istehsalın normal forması kapitalizm şəraitində tənəzzül edir, puça çıxıb məhv olur. “Xırda torpaq mülkiyyəti öz mahiyyətinə görə: əməyin ictimai məhsuldar qüvvələrinin inkişafına,ictimai əmək formalarına, kapitalların ictimai təmərküzünə, böyük miqyasda maldarlığa, elmin getdikcə daha çox tətbiq edilməsinə yol vermir. Sələmçilik və vergi sistemi labüd olaraq, hər yerdə xırda torpaq mülkiyyətinin yoxsullaşmasına səbəb olur. Kapitalın torpaq almağa sərf edilməsi bu kapitalı torpağın becərilməsinə sərf etməyə qoymur. İstehsal vasitələri son dərəcə xırdalanır və istehsalçılar özləri bir-birlərindən ayrı düşürlər”(Kooperasiyalar, yəni xırda kəndli şirkətləri, son dərəcə böyük bir mütərəqqi burjua rolu oynayaraq, bu təmayülü aradan qadırmaq deyil, ancaq zəyiflədir; bunu da yaddan çıxarmaq olmaz ki, bu kooperasiyalar varlı kəndlilərə çox şey , yoxsul kütləsinə isə çox az şey verir, demək olar heç bir şey vermir, sonra isə şirkətlərin özləri muzdlu əməyi istismar edir). “İnsan qüvvəsi çox böyük bir dərəcədə israf edilir. İstehsal şəraitinin getdikcə ağırlaşması və istehsal vasitələrinin bahalanması parsella mülkiyyətinin ( xırda mülkiyyətin) qanunudur”. Kapitalizm, sənayedə olduğu kimi, əkinçilikdə də istehsal prosesini yalnız “istehsalçıların çəkdiyi əzablar” bahasına yenidən qurur. “Kənd fəhlələrinin geniş sahəyə səpələnməsi onların müqavimət gücünü sarsıtdığı halda , şəhər fəhlələrinin bir yerə toplanması onların müqavimət gücünü artırır. Müasir sənayedə olduğu kimi, müasir kapitalist əkinçiliyində də əməyin məhsuldar qüvvəsiin yüksəlməsi və daha artıq əmək intensivliyi, iş qüvvəsinin özünün dağılması və tükənməsi bahasına əldə edilir. Bundan başqa kapitalist əkinçiliyindəkihər bir tərəqqi nəinki təkcə fəhlələri talamaq məharətinin, hətta torpağı qarət etmək məharətinin də tərəqqisi deməkdir... Beləliklə, kapitalist isetehsalı ictimai istehsal prosesinin texnika və kombinasiyasını yalnız elə inkişaf etdirir ki, eyni zamanda hər bir sərvətin mənbəyinin: yəni torpağı və fəhləni də sarsıdır” (“Kapital”, I, 13-cü fəslin sonu).


SOSİALİZM
Yuxarıda deyilənlərdən görünür ki, Marks kapitalizm cəmiyyətinin sosializm cəmiyyətinə çevrilməsinin labüdlüyünü tamamilə və ancaq müasir cəmiyyətin inkişafı qanunundan doğan bir nəticə kimi göstərir.Sosializmin labüd olaraq gəlib çatacağının başlıca maddi əsası əməyin ictimailəşməsidir ki, bu ictimailəşmə də minlərlə şəkillərdə get-gedə daha böyük sürətlə irəliləyir və Marksın vəfatından bəri yarım əsr ərzində iri istehsalın, kapitalist kartelləri, sindikatları və trestlərinin artmasında, habelə maliyyə kapitalının həcm və qüdrətinin son dərəcə böyüməsində xüsusilə aydın nəzərə çarpır.Bu çevrilməyə hərəkət verən əqli və mənəvi qüvvə, onu icra edən fiziki qüvvə, kapitalizmin özünün yetişdirdiyi proletariatdır. Proletariatın burjuaziyaya qarşı mübarizəsi, məzmunca get-gedə daha zəngin olan formalarda meydana çıxaraq, labüd surətdə siyasi hakimiyyəti proletariatın ələ alması (“proletariat diktaturası”) uğrunda gedən siyasi mübarizəyə çevrilir. İstehsalın ictimailəşməsi istehsal vasitələrinin dönüb cəmiyyətin mülkiyyəti olması ilə, “mülkiyyətdən məhrum edənlərin özlərini mülkiyyətdən məhrum etməklə” nəticələnməyə bilməz. Bu kimi keçidin bilavasitə doğurduğu nəticələr əmək məhsuldarlığının son dərəcə yüksəlməsindən, iş gününün qısaldılmasından, xırda, ibtidai, dağınıq istehsal qalıqları və xarabalıqlarını təkmilləşmiş kollektiv əməyin əvəz etməsindən ibarətdir. Kapitalizm əkinçiliyin sənaye ilə olan əlaqəsini büsbütün qırır, lakin eyni zamanda kapitalizm yüksək dərəcədə inkişaf etməklə bu əlaqənin yeni ünsürlərini hazırlayır, elmdən şüurlu surətdə istifadə etmək və kollektiv əmək əsasında sənayenin əkinçiliklə birləşməsi, bəşəriyyətin yeni bir şəkildə yerləşməsi (istər kəndlərin başlı-başına qalmasını, qalan aləmdən ayrı düşməsini və avamlığını, istərsə də qeyri-təbii bir hal olaraq böyük şəhərlərdə olduqca çox insan kütlələrinin bir yerdə toplanmasını aradan qaldıran) ünsürlərini hazırlayır. Yeni ailə formasını, qadının vəziyyətində və böyüməkdə olan nəsillərin tərbiyəsindəki yeni şəraiti müasir kapitalizmin yüksək formaları hazırlayır: qadın və uşaq əməyi, kapitalizmin patrialxal ailəni dağıtması müasir cəmiyyətdə labüd olaraq ən dəhşətli, fəlakətli və iyrənc şəkillər. Bununla bərabər “iri sənaye qadınları və hər iki cinsdən olan yeniyetmələrə və uşaqlara ailə ocağından kənarda, ictimai cəhətdən mütəşəkkil istehsal prosesində həlledici rol verməklə ailənin və hər iki cins arasındakı münasibətlərin daha yüksək forması üçün iqtisadi təməl yaradır. Aydındır ki, xristian-alman ailə formasını, eləcə də qədim Roma və ya qədim yunan və ya Şərq formasını, bir-biri ilə bağlı olub tarixi inkişaf cəhətdən vahid bir silsilə təşkil edən bu formalardan birini ailə üçün mütləq bir forma hesab etmək eyni dərəcədə mənasızdır. Bu da aydındır ki, birgə işləyən fəhlələrin hər iki cinsdən olan müxtəlif yaşlı şəxslərdən ibarət olması, onun kortəbii, kobud, kapitalist formasında, yəni istehsal prosesi fəhlə üçün deyil, fəhlə istehsal prosesi üçün mövcud olduğu formada fəlakət və köləliyin iyrənc mənbəyi olduğu halda, münasib şərait gəlib çatdıqda, əksinə, hökmən dönüb insani inkişafın mənbəyi olmalıdır” (“ Kapital”, I, 13-cü fəslin sonu). Fabrik sistemi bizə “gələcək dövrün tərbiyəsi rüşeymlərini göstərir ki, o zaman müəyyən yaşdan yuxarı bütün uşaqların məhsuldar əməyi dərs və gimnastika ilə birləşdiriləcək və yalnız ictimai istehsalı artırmaq vasitələrindən biri kimi deyil, həm də hərtərəfli inkişaf etmiş adamlar hazırlamağın yeganə vasitəsi kimi birləşdiriləcəkdir” (yenə orada). Marksın sosializmi cəmiyyət və dövlət məsələlərinin də, eyni tarixi əsasda, yalnız keçmişi izah etmək mənasında deyil, habelə gələcəyi əvvəlcədən sürətlə görmək və onun həyata keçirilməsi üçün sürətlə əməli fəaliyyət göstərmək mənasında irəli sürür. Millətlər ictimai inkişafın burjua dövrünün labüd məhsulu və labüd formasıdır.Buna görə də fəhlə sinfi “milli çərçivə daxilində öz işlərini qurmadan”, “ milli” olmadan ( “ heç də burjuaziyanın anladığı mənada milli deyil”) bərkişib möhkəmləşə bilməz, yetkinləşə bilməz, təşəkkül tapa bilməzdi. Lakin inkişafı getdikcə milli səddləri dağıdıb atır, milli ayrılığı aradan qaldırır və milli antoqonizmi sinfi antoqonizmlə əvəz edir.Buna görə də inkişaf etmiş kapitalist ölkələrində bu tamamilə bir həqiqətdir ki, “fəhlələrin vətəni yoxdur” və heç olmazsa mədəni ölkələrdəki fəhlələrin göstərdiyi “səyin birləşməsi” “proletariatın azad olmasının ilk şərtlərindən biridir” (“Kommunist Manifesti”). Mütəşəkkil zorakılıqdan ibarət olan dövlət, cəmiyyətin müəyyən bir inkişaf pilləsində, yəni cəmiyyət barışmaz siniflərə parçalandığı zaman, cəmiyyətin guya fövqündə duran və ondan müəyyən dərəcədə ayrılmış olan bir “hakimiyyət” olmadan cəmiyyətin yaşaya bilmədiyi bir zamanda labüd olaraq meydana gəlmişdir.Sinfi ziddiyyətlər içərisində meydana gələn dövlət dönüb “iqtisadi cəhətdən hökmranlıq edən ən güclü sinfin dövləti olur, bu sinif dövlətin yardımı ilə siyasi cəhətdən də hökmranlıq edən bir sinif olur, beləliklə də məzlum sinfi itaət altına almaq və istismar etmək üçün yeni vasitələr əldə edir. Məsələn, antik dövlət, hər şeydən əvvəl, qulları tabe etmək üçün qul sahiblərinin dövləti idi, feodal dövləti- təhkimli kəndliləri tabe etmək üçün zadəganların orqanı idi, müasir nümayəndəli dövlət isə kapitalistlərin muzdlu fəhlələri istismar etmək üçün bir alətdir” (Engels, “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”; Engels bu əsərdə özünün və Marksın baxışlarını şərh edir). Burjua dövlətinin hətta ən azad və mütərəqqi forması olan emokratik respublika da, bu faktı əsla aradan qaldırmayıb onun yalnız şəklini dəyişdirir ( hökümətin birja ilə əlaqəsi, istər bilavasitə , istərsə dolayı yolla məmurların və mətbuatın satqınlığı və i.a.). Sosializm sinifləri yox etməyə doğru getməklə, eyni zamanda dövləti də yox etməyə doğru gedir. Engels “Anti-Dürinq” əsərində yazır: “Bütün cəmiyyətin həqiqi nümayəndəsi olaraq dövlətin görəcəyi birinci iş – istehsal vasitələrini bütün cəmiyyyətin xeyrinə müsadirə etməsi, - eyni zamanda onun bir dövlət olaraq görəcəyi son müstəqil iş də olacaqdır. Dövlət hakimiyyətinin ictimai münasibətlərə qarışdığı sahələr bir-bir azalaraq bu müdaxilə gərəksiz olacaq və öz-özünə aradan qalxacaqdır. İnsanları idarə etmək işinin yerini şeyləri idarə etmək və istehsal prosesini nizama salmaq işi tutacaqdır. Dövlət “ləğv” edilməyəcək, ölüb gedəcəkdir”. “İstehsalı istehsalçıların azad və bərabər assosiasiyaları arasında təşkil edəcək cəmiyyət dövlət maşınını o zaman layiq olduğu yerə: qədim şeylər muzeyinə, iy və tunc baltanın yanına qoyacaqdır” (Engels, “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”).

Nəhayət, mülkiyyətdən məhrum edənlərin özlərini mülkiyyətdən məhrum ediləcəyi dövrdə də qalacaq xırda kəndlilərə Marksın sosializminin necə yanaşdığı məsələsinə gəldikdə, Marksın fikrini ifadə edən Engelsin aşağıdakı sözlərini göstərmək lazımdır: “Biz dövlət hakimiyyətini ələ aldığımız zaman iri torpaq sahiblərini zorla mülkiyyətdən məhrum etməyə məcbur olduğumuz halda, xırda kəndliləri (fərqi yoxdur, əvəzini verməklə, ya verməməklə) mülkiyyətdən məhrum etməyi heç fikrimizə də gətirməyəcəyik. Xırda kəndlilər haqqında bizim vəzifəmiz ən əvvəl, onların xüsusi istehsalını və xüsusi mülkiyyətini müştərək mülkiyyətə çevirməkdən ibarət olacaqdır, lakin zorla deyil, nümunə göstərmək və bu məqsəd üçün ictimai yardım etmək yolu ilə. Belə bir istehsala keçməyin bütün üstünlüklərini kəndliyə sübut etmək üçün o zaman əlimizdə, əlbəttə, kifayət qədər vasitə olacaqdır; bu üstünlükləri elə indidən kəndliyə izah etmək lazımdır” ( Engels: “Qərbdə aqrar məsələsiə dair”, Alekseyevanın nəşriyyatı, səh. 17, rusca tərcüməsində səhvlər vardır. Əsli bax: “Neue Zeit”).



PROLETARİATIN SİNFİ MÜBARİZƏ TAKTİKASI
Marks köhnə materializmin əsas nöqsanlarından birini, yəni onun şəraiti anlaya bilməmək və inqilabi əməli fəaliyyətin əhəmiyyətini qiymətləndirə bilməməkdən ibarət olan nöqsanını hələ 1844-1845-ci illərdə aydınlaşdırıb, bütün ömrü boyu nəzəri məşğələləri ilə yanaşı olaraq, proletariatın sinfi mübarizə taktikası məsələlərinə daim diqqət vermişdir. Marksın bütün əsərləri, xüsusilə onun Engelslə 1913-cü ildə çap edilən dörd cildlik yazışması bu barədə böyük material verir. Bu material hələ tamamilə yığılmamış, bir yerə toplanmamış, öyrənilməmiş və üzərində işlənilməmişdir. Buna görə də biz burada yalnız ən ümumi və müxtəsər qeydlərlə kifayətlənməli və göstərməliyik ki, bu cəhətə malik olmayan materializmi Marks tamamilə haqlı olaraq yarımçıq, birtərəfli və ölgün materializm hesab edirdi. Marks proletariat taktikasının əsas vəzifəsini öz materialist-dialektik dünyagörüşünün bütün əsaslarına tam uyğun bir şəkildə müəyyən edirdi. Yalnız müəyyən cəmiyyətin istisnasız olaraq bütün siniflərinin qarşılıqlı əlaqələri məcmusunu obyektiv surətdə nəzərə almaq və deməli, bu cəmiyyətin inkişafının obyektiv dərəcəsini də nəzərə almaq və bu cəmiyyətlə başqa cəmiyyətlər arasındakı qarşılıqlı əlaqələri nəzərə almaq- qabaqcıl sinfin düzgün taktikası üçün dayaq ola bilər. Həm də burada bütün siniflər və bütün ölkələr statik şəkildə deyil, dinamik şəkildə götürülür, yəni hərəkətsiz halda deyil, hərəkət halında götürülür (bu hərəkətin qanunları isə hər bir sinfin iqtisadi həyat şəraitindən irəli gəlir). Hərəkət də təkcə keçmiş nöqteyi-nəzərindən deyil, habelə gələcək nöqteyi-nəzərindən götürülür. Həm də yalnız tədrici dəyişmələri görən “təkamülçülərin” anladığı bayağı mənada deyil, dialektik mənada götürülür. Marks Engelsə yazırdı:”Böyük tarixi inkişaflarda 20 il bir günə bərabərdir, hərçənd gələcəkdə elə günlər ola bilər ki, bunların hər biri 20 ilə bərabər olsun” (“Yazışma”, III cild, səh 127). İnkişafın hər bir pilləsində, hər bir anda proletariatın taktikası bəşər tarixini obyektiv cəhətdən labüd olan bu dialektikasını nəzərə almalı və bu zaman bir tərəfdən , siyasi durğunluq dövründəki və ya “dinc” inkişaf deyilən tısbağa yerişli inkiaşaf dövründəki qabaqcıl sinfin şüurunu, qüvvəsini və döyüş qabiliyyətini inkişaf etdirmək üçün bundan istifadə etməlidir, digər tərəfdən də, bundan istifadə etmək işini elə istiqamətdə görməlidir ki, həmin sinfin hərəkatının “son məqsədinə” uyğun olsun bu sinifdə “hər biri 20 ilə bərabər” olan böyük günlərdə böyük vəzifələri əməli surətdə yerinə yetirə bilmək bacarığı yaratsın. Bu məsələdə Marksın iki mülahizəsinin xüsusilə böyük əhəmiyyəti vardır, bunlardan biri “Fəlsəfə yoxsulluğu” əsərində proletariatın iqtisadi mübarizəsi və iqtisadi təşkilatları haqqında, o biri isə “Kommunist Manifesti”ndə proletariatın siyasi vəzifələri haqqındadır. Birinci mülahizədə deyilir: “İri sənaye bir-birini tanımayan xeyli adamı bir yerə toplayır. Rəqabət onların mənafeyi arasında ayrılıq yaradır. Lakin əmək haqqını qorumaq, onların öz sahibkarına qarşı bu ümumi mənafe, onları ümumi bir müqavimət, koalisiya ideyası ilə birləşdirir. Əvvəlcə bir-birində ayrı olan koalisiyalar qruplar şəklini alır və daim birləşmiş kapitala qarşı fəhlələrin öz ittifaqını qoruması onlar üçün əmək haqqını qorumaqdan daha vacib olur... Əsl vətəndaş müharibəsi olan bu mübarizədə, gələcək vuruşma üçün lazım gələn bütün ünsürlər birləşib inkişaf edir. Bu nöqtəyə çatdıqda koalisiya siyasi xarakter almış olur”. Burada biz proletariatın qüvvələrini “gələcək vuruşmaya” hazırlayacaq bütün uzun bir dövr üçün, on illər üçün verilən iqtisadi mübarizə və həmkarlar hərəkatı proqramı və taktikasını görürük. Marks və Engelsin ingilis fəhlə hərakatını misal gətirərək verdiyi bir çox göstərişləri bununla tutuşdurmaq lazımdır; bu göstərişlərində onlar aşağıdakıları qeyd edirlər: necə olur ki, sənaye “tərəqqisi” “fəhlələri pulla ələ almaq” (“Engelslə yazışma”, I, 136), onları mübarizədən uzaqlaşdırmaq cəhdləri doğurur, necə olur ki, bu tərəqqi ümumiyyətlə “fəhlələri mənəvi cəhətdən korlayır” (II, 218), necə olur ki, ingilis proletariatı “burjualaşır”- “bütün millətlər içərisində ən çox burjua olan bir millət” (ingilis milləti) “görünür, ən nəhayət, işi o yerə çatdırmaq istəyir ki, burjuaziya ilə yanaşı olaraq burjua aristokratiyası və burjua proletariat da olsun”(II, 290), necə olur ki, ingilis proletariatının “inqilabi səyi” yox olur (III, 124); nə səbəbə az-çox uzun müddət lazım gələcəkdir ki, “ingilis fəhlələri zahiri burjua pozğunluğundan xilas olsunlar” (II, 127); necə olur ki, ingilis fəhlə hərəkatında “çartist coşğunluğu çatımır (1866; III, 305); necə olur ki, ingilis fəhlə rəhbərləri “radikal burjua ilə fəhlə arasında” orta mövqe tutuan bir adam kimi yaranır (Holiok haqqında,IV, 209); nə səbəbə, İngiltərə inhisarçı olduğuna görə və bu inhisar partlayıb dağılana qədər “Britaniya fəhlələri ilə heç bir şey etmək olmaz” (IV, 433). Burada fəhlə hərəkatının ümüumi gedişi (və nəticəsi) ilə əlaqədar olaraq, iqtisadi mübarizə taktikası olduqca geniş, mükəmməl, dialektik və həqiqətən inqilabi nöqteyi-nəzərindən tədqiq edilir.

“Kommunist Manifesti”ndə siyasi mübarizə taktikası haqqında marksizmin aşağıdakı əsas müddəası irəli sürülmüşdür: “kommunistlər fəhlə sinfinin ən yaxın məqsəd və mənafeyi uğrunda mübarizə edirlər, lakin eyni zamanda onlar hərəkatın gələcəyini də müdafiə edirlər”. Məhz bunun üçün Marks 1848-ci ildə Polşada “aqrar inqilabı” partiyasına, “1846-cı ildə Krakov üsyanına səbəb olan həmin partiyaya” tərəfdar çıxmışdı. Marks 1848-1849-cu illərdə Almaniyada ifrat inqilabçı demokratiyaya tərəfdar çıxmışdı və o zaman taktika haqqında söylədiyi sözləri sonralar heç vaxt geri götürməmişdir. Marks alman burjuaziyasına “lap əvvəldən xalqa xəyanət etməyə” burjuaziya yalnız kəndlilərlə müttəfiq olduqda öz vəzifələrini tamamilə yerinə yetirə bilərdi) “ və köhnə cəmiyyətin tacdar nümayəndələri ilə sazişə girməyə meyl edən” bir ünsür kimi baxırdı. Burjua-demokratik inqilabı dövründə alman burjuaziyasının sinfi vəziyyəti haqqında Marksın verdiyi təhlilin yekunu budur ki, bu təhlil, bir də, cəmiyyəti hərəkət halında götürən, həm də bu hərəkətin yalnız keçmişə aid olan tərəfini nəzərdə tutmayan materializm nümunəsidir: “...özünə inanmaz, xalqa etibar etməz; yuxarılar qarşısında donquldanar, aşağılar qarşısında titrəyər; ... dünya fırtınasından hürkər; heç yerdə səy göstərməz, hər yerdə kələyə əl atar;... heç bir təşəbbüs göstərməz;... cavan və sağlam bir xalqın ilk gənclik coşğunluğuna özünün qartımış mənafeyi xatirinə rəhbərlik etməyə məhkum olan məlun bir qoca” (“Yeni Reyn Qəzeti” 1848-ci il, bax: “Ədəbi Miraz”, III cild, səh.212). Marks təxminən 20 il sonra Engelsə yazdığı məktubda (III, 224) göstərirdi ki, 1848-ci il inqilabının müvəffəqiyyət qazanmasının səbəbi burjuaziyanın köləliklə sülh bağlamağı gələcəkdə azadlıq uğrunda mübarizə aparmaqdan üstün tutması idi. 1848-1849- cu illərdəki inqilab dövrü qurtardıqda Marks hər cür inqilab oyunu oynamağa qarşı çıxdı( Şanner- Villix və onlarla mübarizə) və guya “dinc bir yolla “ yeni inqilablar hazırlayan yeni dövrdə işləyə bilməyi tələb etdi. Marksın bu işi nə cür görməyi tələb etdiyini Almaniyanın 1856-cı ildə ən ağır bir irtica dövründəki vəziyyətinə verdiyi bu qiymətdən görmək olar: “Almaniya hər şey proletar inqilabına kəndli müharibəsinin bir növ ikinci nəşri ilə kömək etməyin mümkün olub-olmayacağından asılı olacaqdır” (“Engelslə yazışma”, II, 108). Nə qədər ki, Almaniyada demokratik (burjua) inqilabı hələ başa çatmamışdı, Marks sosialist proletariatın taktikasında bütün diqqətini kəndlilərin demokratik səylərini inkişaf etdirməyə verirdi. Marks Lassalı “Prussiyanın xeyrinə olaraq, fəhlə hərəkatına obyektiv surətdə xəyanət” edən bir şəxs hesab edirdi (III, 210), həm də məhz ona görə ki, Lassal mülkədarlara və Prussiya millətçiliyinə güzəştə gedirdi. 1865-ci ildə engels, yaxın bir zamanda Marksla birlikdə mətbuatda çıxış edəcəkləri haqqında onunla fikir mübadiləsi edərkən belə yazmışdı: “Əkinçilik ölkəsində sənaye fəhlələri adından ancaq burjualar üzərinə hücum edərək, feodal zadəganların kənd fəhlələrini patriarxal bir üsulla “çubuq zoruna istismar etdiklərini” unutmaq alçaqlıqdır” (III, 217). 1864-1870- ci illərdə, Almaniyada burjua-demokratik inqilabını başa çatdırmaq dövrü, Prussiya və Avstriyanın istismarçı siniflərinin həmin inqilabı bu və ya başqa bir üsulla yuxarıdan başa çatdırmaq uğrunda mübarizə etdikləri dövr axıra çatdığı zamanlarda Marks,nəinki təkcə Bismarka yaltaqlıq edən Lassalı pisləyir, hətta “avstriyapərəstliyə” və partikulyarizmi müdafiə etməyə meyl göstərən Libknextin səhvlərini düzəldirdi; Marks həm Bismarkla, həm də avstriyapərəstlərlə eyni dərəcədə amansız mübarizə aparan bir inqilabi taktika tələb edirdi, elə bir taktika tələb edirdi ki, “qalib gələn” Prussiya yunkerlərinə uyğunlaşmaq deyil, Prussiyanın hərbi qələbələri nəticəsində yaranmış zəmin üzərində də onlara qarşı dərhal yenidən inqilabi mübarizəyə başlasın(“Engelslə yazışma”, III, 134, 136, 147, 179, 204, 210, 215, 418, 437, 440-441). Marks İnternasionalın 1870-ci il 9 sentyabr tarixli məhşur müraciətində, fransız proletariatını vaxtsız usyandan çəkindirirdi, lakin bu üsyan yenə də baş verdikdə (1871-ci ildə) Marks “ göylərə hücum edən” kütlələrin inqilabi təşəbbüsünü fərəhlə alqışlamışdı (Marksın Kugelmana məktubu). Marksın dialektik materializm nöteyi-nəzərincə, belə bir vəziyyətdə, habelə bir çox başqa vəziyyətlərdə inqilabi çıxışın məğlub olması, tutulan mövqedən əl çəkməyə, bu mövqeyi döyüşsüz təslim etməyə nisbətən, proletar mübarizəsinin ümumi gedişi və nəticəsi üçün az zərərli idi, çünki döyüşsüz təslim olmaq proletariatı mənəvi cəhətdən korlaya bilər , onun mübarizə bacarığına zərbə vurardı. Marks siyasi durğunluq və burjua leqalçılığının hökm sürdüyü dövrdə leqal mübarizə vasitələrindən istifadə etməyi tamamilə qiymətləndirərək, 1877-1878-ci illərdə, yəni sosialistlərə qarşı müstəsna qanun verildikdən sonra, Mostun “inqilabi ibarələrini” kəskin tənqid edirdi, dərhal mətanət, möhkəmlik, inqilabçılıq göstərməyən, müstəsna qanuna cavab olaraq, gizli mübarizəyə keçməyə hazır olmayan rəsmi sosial-demokrat partiyasinda o zaman bir müddət hökm sürmüş opportunizmə də eyni dərəcədə, bəlkə daha kəskin hücum edirdi(“Marksın Engelslə yazışması”, IV, 397, 404, 418, 422, 424. Habelə müqayisə et: Zorgeyə məktublar).
Download 208,5 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish