Lakin bununla da iş bitmədi. Kazanı, Həştərxanı, Kırımı işğal
etməklə yetərlənməyən Rusiya çarları bu yerlərin əhalisini də
kölə vəziyyətinə - Rusiyanın təhkimli kəndlisinin gününə sal-
maq istəyirdi. Avropalıların quldarlıq quruluşu adlandırdıqları
idarə sistemini yaşamamış, islamı qəbul etmiş türk xalqları isə
heç bir vəchlə Rusiyanın təhkimçilik qanunlarını qəbul etmirdi.
Buna görə də, üsyanlar ara vermirdi. Bu üsyanlar isə minlərlə
dinc insanın ölümünə səbəb olurdu. Yalnız onu qeyd etmək ye-
tər ki, Osmanlı dövləti noqayları ölümdən xilas etmək üçün XIX
yüzilin ikinci yarısından başlayaraq 700 min noqayın ölkəsinə
gəlməsinə icazə vermişdi
(CHKajmeB A., 1994:4).
Araşdırıcı M.K.Safarkalıyev ingilis Cenkinsona istinadən
1557-ci ilin sərt qışında Həştərxan bölgəsində 100 min noqayın
aclıqdan və soyuqdan öldüyünü yazır... “On minlərcə noqay
çocuğu ruslara kölə olaraq satılmış, ya da atılmışdır”
(C h -
KajıneB A., 1993:164-165).
Bu qıtlığın bir səbəbi sərt qış idisə,
başqa səbəbi də Kazan xanlığını işğal edib, Volqa boyu ilə
Həştərxanadək irəliləyən Rusiya orduları idi. Ruslar yeni ərazi-
ləri işğal etməklə noqayların yaylaq və qışlaqlarını məhdudlaş-
dırırdılar. Bütün bunlar, sözsüz ki, xalqın yazılı və şifahi ədə-
biyyatında əksini tapırdı.
Qonşu dövlətləri zəiflədərək təsir dairəsinə salmaq və yeni
torpaqlar işğal etmək üçün Rusiya öncə həmin bölgələri yax-
şıca öyrənirdi. Bu baxımdan Rusiyanın XVI yüzildə hazırlat-
dığı bir xəritə olduqca önəmlidir. “BonbmoH HepTe>K rocyqap-
CTBa PoccHÖCKoro, KOHeu, XVI BeKa” adlanan bu xəritə günü-
müzədək gəlib çatmamışsa da xəritənin hazırlanmasında
isti-
fadə edilən bölgələrin, çayların, dağların, şəhər və kəndlərin
sözlə təsviri olan yazı arxivlərdə qorunub saxlanmışdır. Burada
noqayların yaşadıqları bölgənin təsvirindən söhbət gedərkən
məscidlər “tatar məscidləri” adlandırılır. Bu da onu göstərir ki,
Noqay xanın zamanında da, Noqay Ordası dövləti zamanında
da xalq noqaylı adı ilə çağırılmaqla yanaşı, tatar, qıpçaq, hun
və s. adlarla da adlandırılırmış.
Çoxadlılıq bu günün özündə də davam etməkdədir.
Rusiya
Federasiyasının rəsmi statistikasında noqayların sayının 90 min
olduğu göstərilir. İnternet saytlarında isə dünyada 4 milyon
noqayın yaşadığı göstərilir. Rəqəmlər arasındakı fərq, əsasən,
xalqın adlandırılmasından doğur. İnternet saytlarında bu gün
“Kırım tatarı”, “türk” adlandırılanlar da soykökünə görə noqay
adlandırılır. Başqa xalqlar arasında assimilə olunmuşlar da no-
qaylar kimi siyahıya daxil edilir. Belə ki, Dobrucada, Kırımda
yaşayanlar rəsmi statistikada tatar kimi qeyd edilsələr də, in-
ternet saytlarını hazırlayanlar onları və kazak kimi tanıdığımız
rusdilli xalqın bir qismini mənşələrinə görə
noqay kimi qeyd
edirlər. Bunun səbəbi isə bu günün özündə də Kırım tatar-
larının və Dobrucalıların özlərini həm tatar, həm noqay, Buxara
və Xivə ətrafında yaşayanların isə özlərini mankit
Do'stlaringiz bilan baham: