(Tigin, 1992:95, sayı 346).
Milli azadlıq mübarizəsi nəticəsində 1944-cü ildə uyğur
öndərlərindən İsa Yusuf Alptekin, Muhammedemin Buğra,
Məsud Səbri Beyköz çinlilərlə birgə qurulmuş hökumətdə yer
aldı. Senzura daha onların yazılarına əngəl ola bilmirdi. Ölkədə
bir milli oyanış vardı. 1947-ci ildə yeni hökumətin baş katibi
İsa Yusuf Alptekin 80 nəfərlik “Sen min cu yi” (üç ölkə) gənc-
lər teatrını qurur. Urumçi səhnəsində Məsud Səbri Beyközün
yazdığı “Niyaz qız” pyesi ilə Muhammedemin Buğranın yaz-
dığı “Kutluk Türkan” operasının səhnəyə çıxması uyğur dram-
çılığının inkişafına güclü təkan verir
(Turan, 1992:778).
Ümumiyyətlə, milli şüurun oyandığı, Çin imperiyasının
zəiflədiyi 20-ci yüzilliyin 30-40-cı illərini uyğur dramçılığının
“altun dövrü” adlandırırlar. Çünki bu dövrdə Zunun Qədiri,
Lutpulla Mütəllıp, Hamit Hakim, Ziya Səmidi, Qasimcan
Qəmbəri kimi sənətkarlar “Cəhalətin cəfası”, “Qönçəm”, “Gül-
nisa”, “Samsak akang kaynadı”, “Kürəş qızı”, “Çin moden”,
“Borandın keyinki aptap”, “Kanlıq tağ”, “Zülümğa zaval”,
“Pirixun”, “Əmət ilə Sərrap” və s. dram əsərlərini yazırlar
(Uy-
ğur bugünkü zaman ədəbiyyat tarixi, 2001: 294).
Çox təəssüf ki, bu yüksəliş uzun sürmür. Sovet-Çin rəhbər-
lərinin birgə planı əsasında uyğur öndərləri 1949-cu ildə Mos-
kvadan - sovet hökumət rəhbərləri ilə danışıqlardan geri qayı-
darkən SSRİ ərazisində təyyarə qəzasına salınaraq öldürülür-
lər. Doğu Türküstan tamamilə Çin kommunist rejiminə tabe
edilir. Bu ağır itki uyğur ədəbiyyatının da, ictimai fikrinin də
böyük itkisinə çevrilir.
Təyyarə qəzasında həlak olanlar arasında dövlət adamı,
siyasi xadim və dramçı Muhammedemin Buğra da vardı. Onun
ölümü ilə dramçılıq sahəsində bir durğunluq yaranır. Buna
baxmayaraq, səhnə boş qalmır. Dünya və Çin dramçılarmın
əsərlərindən tərcümələr edilərək səhnələşdirilməyə başlanır.
Uyğur dramçıları sosialist realizmi adlandırılan metoda uyğun-
laşaraq sinfı mübarizəni önə çəkən əsərlər yaradırlar. Bütün
sahələrdə olduğu kimi, dramçılıqda da kommunist ideologiyası
hakim olur. Əsərlərin əsas mövzusunu sinfı mübarizə, keç-
mişdə kasıbların varlılar tərəfindən istismar və təhqir edilməsi,
kommunistlərin hakimiyyət uğrunda mübarizədə qazandıqları
qələbələr, proletar diktaturasının dünyanı xilas edəcəyi ideya-
sının təbliği və s. təşkil edir.
Bu dövrdə “Toy”, “Yeni yer”, “Aşlık” (gida, ərzaq), “Ağust
boranliri” (Avqust boranları), “Toy marşı”, “Tamğini tarti-
veliş” (Möhürü əldə etmə) kimi səhnə əsərləri meydana gəlir.
Diqqəti çəkən odur ki, yollar kəsilsə, əlaqələr qırılsa da, ayrı-
ayrı imperiyaların tərkibində yaşasaq da, yaradıcı insanlarımız
eyni mövzu üzərində işləmişlər. Azərbaycanda Səməd Vurğun
“Fərhad və Şirin” (1941) əsərini qələmə alıb, Çinin Sintzsyan-
Uyğur Avtonom (Muxtar) Rayonunda da Armiya Ali Sayram
Nimşehit “Pərhat ilə Şirin” adlı əsər yazmışdır. Azərbaycanda
Sabit Rəhman “Toy” komediyasını (1937), uyğurlarda isə
Zunun Qədiri “Toy içində toy” (1954) pyesini (Bu pyes “Toy”
adı altında səhnələşdirilib -
Do'stlaringiz bilan baham: |