-A y Asımelek, - Ay, Hacıleylək,
-Kökte ne var? - Göydə nə var?
-K ök şeşekey var. - Göydə çiçək var!
-Yerde ne var? - Yerdə nə var?
-Y er şeşekey var. - Yer çiçək var!
Noqaylar da nağıl və dastanları xüsusi seçilmiş mətnlərlə -
yəni müqəddimə, təkərləmə ilə başlayırlar. İlk baxışda mətnə
heç bir dəxli yoxmuş kimi görünən bu başlanğıc əslində dinlə-
yicini hazırlamaq, toplumun diqqətini cəlb etmək mahiyyəti
daşıyır. Azərbaycan folklor mətnlərinin nəşrində bu hissə nəsr-
lə verilir. Noqaylar isə onu şeir kimi yazırlar. Buna nümunə
olaraq aşağıdakı parçanı göstərə bilərik:
Burin birev bar eken,- Keçmişdə bir kişi var ikən,
Burnında temirev bar eken,- Burnunda dəmrov var ikən,
Kara suvuda kaynatıp,- Qara suyu qaynadıb,
Kaymak alkan bar eken,- Qaymaq alarkən,vqr ikən,
Kumırskasın göy etup,- Qarışqasını qoyun edib
Töske toydan bar eken,- Döşünə döyər (özünü öyər) ikən,
Bir bar eken, bir yok eken,- Biri var ikən, biri yox ikən...
Yuxarıdakı nümunələrdən də aydın görünür ki, Azərbaycan-
dan toplanan folklor nümunələri ilə noqaylardan toplanan folk-
lor mətnləri arasında elə bir ciddi fərq görünmür.
2. Yazılı ədəbiyyat - Qıpcaqların ortaq ədəbiyyatı
Sovet ədəbiyyatşünasları noqay yazılı ədəbiyyatının XIV
yüzildən başladığı fikrindədirlər.
Sıbra Jırayı
noqay şairlə-
rinin babası hesab edirlər. Onun adına nadir hallarda “Şopbaş-
lı” epiteti əlavə edilməz. Bu da “zərif başlı” deməkdir. XIV əs-
rin sonlarında yaşadığı güman edilən, dastanlarda 180 yaşlı qo-
ca kimi tanıdılan və şeirləri dillər əzbəri olan şairin
xalq ara-
sında nüfuzu olduqca böyükdür. Bu cür öygülər onu “Kitabi-
Dədə Qorqud”dakı ozan Qorquda bənzədir. XIV yüzildə bədii
sözün görkəmli ustası olan Sıbra noqay tayfalarının müstəqil
dövlət yaratmaq uğrunda Altınorda (Qızıl Orda) xanları ilə mü-
barizəsinin tərəfdarı kimi tanınır. Sıbra çoxlu xalq mahnılarının
yaradıcısı sayılır. Lakin bizim günlərə onlardan yalnız bir neçə
poetik tolkau (monoloq) gəlib çatmışdır. Xalq yaddaşında onun
adı ilə bağlı olan bu tolkaularda Toxtamış xan və onun sələf-
lərinin siyasətini tənqid edir. O, noqay tayfa başçılarının ağıllı
tədbirlərini rəğbətlə qarşılayır və onların tərəfində olduğunu
açıq söyləyir. Çünki onlar xalqı incidən Qızıl Orda xanlarının
özbaşınalıqlarına qarşı çıxış edirdilər. Sıbranın xalq arasında
geniş tanınması məhz bundan irəli gəlir.
Sıbradan sonrakı yüzillərdə yaşayan noqay şairləri
onu poetik
sözün banisi kimi təsvir edirlər. Sıbradan
sonra
Do'stlaringiz bilan baham: