Abusupiyan Akayev
(1872, Tersk vilayətinin Töben Qaza-
nış kəndi-1931, Rusiya Federasiyası, Arxangelsk vilayətinin
Kotlas şəhəri). Qazı Akayın bir oğlu dünyaya gəlir və onun
adını Abusupiyan qoyurlar. Bu elə bir zaman idi ki, Rusiyanın
Qafqazı işğalından 70 ildən çox keçməsinə baxmayaraq, oranı
hələ də istədiyi kimi, yəni ölkənin hər yerində işlək olan
qanunlarla idarə edə bilmirdi. Rusiyada mövcud olan qanun-
ların bəziləri Qafqaz xalqlarına, eləcə də əsarət altına aldığı
müsəlman xalqlarına aid edilmirdi.
Rusiyada ictimai yerlərdə mülki şəxslərin qılınc, xəncər və b.
kəsici silahlarla görünməsi qadağan olduğu halda, Qafqaz
xalqlarının nümayəndələrin xəncərlə gəzməsi milli atribut sayı-
lırdı. Müsəlman xalqları aralarında mübahisələr, ziddiyyətlər
düşdükdə, hətta problem ölüb-öldürməyə gəldikdə belə Rusiya-
nın məhkəmə orqanlarına deyil, müsəlman qazilərinə müraciət
edirdilər. Rusiyanın hakim dairələri də zor gücünə də olsa,
bunun qarşısını ala bilmədiklərindən qaziləri saxlamağa məcbur
oldular. Beləliklə ölkədə iki məhkəmə sistemi mövcud oldu.
Abusupiyanın atası Akay da dini təhsil gördüyündən, islami
ehkamları yaxşı bildiyindən onu qazi seçmişdilər. Çar məmur-
ları qazilərin işinə nəzarət etsələr də, onlar cəzaları Rusiyanın
qanunlarına görə deyil, şəriət qanunlarına görə müəyyənləş-
dirir, hökm verərkən Qurani-Kərimi əsas götürürdülər.
Abusupiyan da ilk təhsilini evdə atasından aldı. Quran
oxumağı, şəriəti, fars və ərəb klassiklərinin bədii-nəsihətamiz
əsərlərini oxumağı öyrəndi. Sonra onu Töben Qazanış kəndin-
dəki məktəbə göndərdilər. Bu məktəblərdə dərs tədris proqramı
ilə deyil, şagirdin proqramı mənimsəməsi ilə ölçülürdü. İti
zəkalı, dərslərini yaxşı mənimsəyən şagirdləri müəllim-molla
zəif oxuyanlara rəhbər təyin edirdi.
Fitri istedadı ilə seçilən Abusupiyanı da molla yaşıdlarına,
həm də yaşda özündən böyük olan, proqramı mənimsəməyən-
lərə rəhbər təyin etdi. Necə deyərlər, balaca Abusupiyan özü
molladan öyrənməklə yanaşı, həm də müəllimlik etdi, məktəbə
yeni gələnlərin və proqramı vaxtında mənimsəyə bilməyənlərin
dərs oxumalarına nəzarət etdi. Bununla da, özünün oxu-
duqlarını bir daha təkrarlamış oldu. Bu da tədris edilən pro-
qramın yaddaşına hopmasına kömək etdi.
Abusupiyan doğulduğu kənddəki ibtidai məktəbi bitirdikdən
sonra, atası onu Güngüteydəki mədrəsədə oxumağa göndərir.
Oradakı tədris proqramını birincilər sırasında başa vurur. Atası
Akay dövrünün elm adamlarını və pedaqoqlarını yaxşı tanıdı-
ğından oğlunu Teymurxanşuradakı, Soğratdakı, Tarqutdakı
mədrəsələrə göndərir və bununla da Abusupiyanın Dağıstanın
tanınmış alimlərindən dərs almasına, dini elmlərlə yanaşı, dün-
yəvi elmləri də dərindən mənimsəməsinə şərait yaradır.
O, türk, fars, ərəb dillərini, ədəbiyyat, tarix, astronomiya, as-
trologiya, fəlsəfə, fızika, riyaziyyat, həndəsə, coğrafıya və b. fən-
ləri bilən bir gənc kimi doğma kəndlərinə qayıdır. Kənddə yeni
məktəb açaraq bildiklərini həmyerlilərinin övladlarına öyrətməyə
çalışır. Onun sorağı tezliklə ətraf kəndlərə də yayılır. Bölgənin
sayılıb-seçilən adamları uşaqlarını Abusupiyanın yanına gətirir-
lər. Beləcə az zamanda onun şagirdlərinin sayı xeyli artır.
Abusupiyan müəllim işlədikcə təhsil və tədrisdəki nöqsan-
ları görmək imkanı əldə edir. Keçmiş mədrəsə proqramlarınm
zamanın nəbzini tutmadığının şahidi olur. Odur ki, həm təh-
silini artırmaq, həm də təcrübə qazanmaq üçün Kazan və Oren-
burq şəhərlərində oxumağa gedir.
1902-ci ildə təhsilini tamamlayaraq təcrübə qazanan Abu-
supiyan Akayev Dağıstana, yəni doğma kəndi Töben Qazanışa
dönərək yeni məktəb açmağı planlayır. Lakin bu dəfə mədrəsə
açmaq istəmir. Çünki mədrəsələrin tədris proqramı onu qane
etmirdi. Yeni qaydalı - “Üsuli-cədid” məktəbini açmaq istəyir.
Bu məktəb üçün dərslik və metodik vəsait çatmadığından ya-
xın dostu Mahammat Mirza Mavrayev ilə birlikdə Kırıma, İs-
mayıl bəy Qaspıralının yanında gedir.
1902-1903-cü illərdə orada mətbəə, nəşriyyat işlərini öyrə-
nir. “Tərcüman” və başqa qəzet-jurnallara məqalələr yazmaqla
yanaşı, Baxçasaray və Akmescitdə (Simferepol) özünün yaz-
dığı kitabları da çap etdirir. 1903-cü ildə Baxçasarayda nəşr et-
dirdiyi
“Macmu al-aşgar al-acamiyat”
adlı topluya yırları, sa-
rınları, atışmaları, atalar sözləri, qumuq şairlərindən Yırçı Ka-
zakın, M.A.Osmanovun, M.Alibekovun və özünün bəzi ədəbi
əsərlərini daxil edir.
Qumuq Abusupiyan Akayev İsmayil bəy Qaspıralınm “Dil-
də, fıkirdə, işdə birlik” tezisinə ürəkdən bağlı olsa da, onu Da-
ğıstanda həyata keçirə bilməyəcəyini görür.
Abusupiyan Akayev yaxşı başa düşürdü ki, bölgə xalqlarını
türk dili vastəsilə bir araya gətirmək olmaz. Çünki kəndlərin
sakinlərinin çoxu ömürləri boyu bəlkə də bir dəfə də olsun
doğulduğu yerdən uzağa getməyib, orada doğulub, yaşayıb və
ölürdülər. Buna görə də çoxdilli bir bölgədə ümumi işlək və
ünsiyyət dili kimi türk dilinin yayılmasına calışsa da, bu xalq-
ları birləşdirəcək yeganə vasitənin islam dini olduğunu görür.
Abusupiyan da dinin yayılmasına və dini təbliğata xüsusu
önəm verir. Yaxşı bilirdi ki, Şeyx Şamil də islam dininin birləş-
dirici gücündən bacarıqla yararlanaraq Rusiya kimi hərbi qüdrəti
dünyanı lərzəyə salan dövlətə 30 il müqavimət göstərə bilmişdi.
İstanbulda, Kırımda təcrübə keçib Dağıstana qayıdan Abu-
supiyan Akayev kənddə məktəb açmaq fikrindən daşınır. Böl-
gənin ən böyük yaşayış məskənlərindən olan Teymurxanşuraya
gələrək 1904-cü ildə orada Mahammat Mirza Mavrayev ilə
birlikdə ilk milli mətbəə qurur. O, ərəbcə yazılarında ad və so-
yadını Abusupiyan ibn Akay al-Dağıstani al-Qazanışı al-Kubra
şəklində yazır, bəzən də Arslanbekov soyadını işlədir.
Abusupiyan Akayevin Teymurxanşurada Mahammat Mirza
Mavrayev ilə birlikdə qurduğu ilk milli mətbəə böyük uğur
qazanır. Azərbaycanın ictimai-siyasi xadimləri və ədiblərindən
Şeyx Məhəmməd Xiyabani, “Əkinçi” qəzetinin müxbirlərindən
Məmnun Əlqadari, Mirzə Əbdürrəhim Talıbov və b. Abusupi-
yan Akayevlə sıx əməkdaşlıq edir, kitablarını onun mətbəə-
sində çap etdirir, onun ərəb dilində nəşr etdiyi “Bəyan ül-
həqiqət” jurnalına məqalə yazırlar.
Abusupiyan Akayev əsas ağırlığı islam dininə dair kitab-
ların nəşrinə verməklə yanaşı, özü də islam dininin təbliğinə
dair kitablar yazır. O, yalnız din alimi və dini ədəbiyyatı yayan
naşir olmaqla qalmır, qumuq folklorunu toplayıb nəşr edir,
müxtəlif dillərdən qumuq dilinə tərcümələr edir.
Müəllimlik etməklə yanaşı, Doğu ədəbiyyatına dair araş-
dırmalar aparan, folklor nümunələri toplayıb çap etdirən Abu-
supiyanın qələmindən 40-dan çox kitab çıxmışdır.
1917-20-ci illərdə bölgədə gedən savaşlar Abusupiyanın fəa-
liyyətinə də mənfı təsir göstərir. 1920-ci ildə bölgəni işğal edən
bolşeviklər Abusupiyan kimi nüfuzlu, əlində təbliğat vasitəsi və
mətbəəsi olan bir insanın gücündən məharətlə istifadə edirlər.
Abusupiyan da Sovet hökumətinin sülh, bərabərlik, azadlıq
və s. şüarlarına aldanaraq onlarla əməkdaşlığa razılaşır. İnter-
nasional marşını qumuq türkcəsinə tərcümə edən Abusupiyan,
qumuq türkcəsində ilk bolşevik qəzeti „İşçi xalq“ı da nəşr edir
və bir müddət onun redaktoru da olur.
İlk kitabını 1900-cü ildə nəşr etdirən A.Akayev dərs deyib
gənc nəslin tərbiyəsi ilə məşğul olmaqla yanaşı, “Sullam al-
lisan” lüğətini hazırlayır. Bu dörd dilli sözlükdə ərəb-qumuq-
avar-rus dillərindən alınmış sözlərin izahı verilir. Qumuq
türkcəsinin söz xəzinəsini zənginləşdirmək üçün 200 səhifəlik
bir terminlər sözlüyü də hazırlamışdır. Onun “Totuname”,
„Dahir ilə Zahra“, “Yusup ilə Zulayxa” kitabları tatarcanın qu-
muqcaya uyğunlaşdırılmasıdırsa, dərmanların hazırlanması
qaydalarından bəhs edən “Hazir darman“ kitabı, eləcə də „Əx-
laq kitabı“, „Yüz ilin asan təqvimi“, „Qumuq folkloru və ədə-
biyyat əsərləri antologiyası“, „Bozoğlan“ və b. kitabları bir
araşdırıcı zəhmətinin, axtarışlarının bəhrəsidir.
Sovet hökumətinin şüarlarına aldanaraq onun gəlişini alqış-
layan, möhkəmlənməsi üçün var qüwəsi ilə çalışan, bolşeviklə-
rin açdığı qəzetdə onların ideologiyasını yayan alim-yazıçı son-
radan yanlışlığa yol verdiyini anlayır və xəyal qırıqlığına uğra-
yır. Bolşeviklərin də ona göstərdiyi diqqət və qayğı uzun sür-
mür. Qadınlara çadralarını, kişilərə papaqlarını atdırma kampa-
niyası, dinə qarşı təzyiqlər, min ildən çox istifadə edilən ərəb
əlifbasının latın əlifbası ilə əvəz edilməsi Abusupiyanın ürə-
yindən olmur. Hökumətin siyasətinə açıq narazılığını bildirir.
Abusupiyan Akayev və bölgənin bir çox ziyalıları, hətta
Do'stlaringiz bilan baham: |