Uygur, qaqauz, quzey


Abdulrehman Omərov (Umarov) (1867-1933)



Download 6,58 Mb.
Pdf ko'rish
bet103/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   99   100   101   102   103   104   105   106   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

Abdulrehman Omərov (Umarov) (1867-1933). 
İlahiyyat- 
çı, ədib, naşir kimi şöhrətlənmiş Abdulrehman mədrəsələr üçün 
dərs kitablarını redaktə və nəşr edir, siyasi və ədəbi qəzet və 
jurnallara maarifçilik ruhunda məqalələr yazır, folklor nümu- 
nələri toplayaraq çap etdirirdi. Onun 1913-cü ildə nəşr etdir- 
diyi “Noqay jırları” kitabına (Kitabda toplayıcının adı və so- 
yadı Abdraxman Umerov kimi yazılır) yazdığı ön söz bu gün 
də elmi əhəmiyyətini itirməmişdir. Abdulrehman Ömərov, Nə- 
sib Mevluberdiyev, Abdulrehman Əliyev, Əli Xosayev, Qurba- 
nəli Erembetov kimi maarifçi aydınlar 1914-cü ilədək Həştər- 
xanda “Toy”, “İslah” və “M aarif’ adlı jurnallar nəşr etmişlər. 
Siyasi baxışlarına görə çar məmurları bu jurnalları qapatmış, 
onları nəşr edənləri sürgünə göndərmişdir.
Birinci Dünya Savaşı, 1917-ci ildə baş verən fevral və ok- 
tyabr devrimləri, vətəndaş savaşları noqay ədəbiyyatının da in- 
kişafına olduqca mənfı təsir göstərmişdir. Vətəndaş savaşı başa 
çatdıqdan sonra bolşeviklər öz ideyalarını xalq arasında geniş 
yaymaq üçün azsaylı xalqların dillərində məktəblər açılmasına, 
dərsliklər yaradılmasına, qəzet-jurnal buraxılmasına da diqqəti 
artırmışlar.


2.2. Sovet dönəmində yaradılan ədəbiyyat
1925-ci ilin aprelində dağlı xalqların (Qafqazın quzeyində 
yaşayan azsaylı xalqlara XX yüzilin əwəllərində verilən ümu- 
miləşdirici ad) konfransı keçirildi. Bu konfransın əsas mövzusu 
mədəni-maarif məsələsi oldu. İnzibati muxtariyyəti olmayan 
xalqlara mədəni muxtariyyət verildi. Quzey Qafqazda Mərkəzi 
Nəşriyyat quruldu. Azsaylı xalqların dillərində dərs kitabları- 
nın yazılmasına başlandı. 1927-ci ildən isə “Krasnaya Çerka- 
siya” qəzetinin yanında bir səhifəlik “Noqay bet” (Noqay sə- 
hifəsi) yayına başladı.
Sovetlər dönəmində noqayların ədəbi və elmi mərkəzləri 
Karaçay-Çərkəz Muxtar Vilayətində və Dağıstan Muxtar Res- 
publikasında fəaliyyətə başlamışdır. Karaçay-Çərkəzdə Fazil 
Abdulcəlilov (1913-74), Salexcan Zalyandin (1924-73), Söyün 
Kapayev (1927-2001), Maqomet Kirimov (1927), Canbolat 
Türkmenov (1935), Askerbiy Kireyev (1938), Gülcamal Mir- 
zayeva (1940), Keldixan Kumratova (1944-2003), Dağıstanda 
isə Musa Kurmanalıyev (1894-1972), Zeit Kaybalıyev (1898- 
1979), Kuruptursun Orazbayev (1924-90), Qamzat Acıgeldi- 
yev (1939-66), Anvarbek Kultayev (1941), Kadriya Temirbula- 
tova (1949-79) və b. yazıçı və şairlər yazıb-yaratmışlar.
Sovetlər Birliyində gedən ideoloji mübarizə noqay ədəbiy- 
yatından da yan keçmir. Nəinki Sovet ideoloji mərkəzlərində 
hazırlananlar, hətta xalq arasında məşhur olan dastanları aul- 
aul, qışlaq-qışlaq gəzərək dinləyicilərə çatdıran, özü də yeni 
dastanlar qoşan 

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   99   100   101   102   103   104   105   106   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish