Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə «Açıq Höklumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» təsdiq edilmişdir.
Bu Fəaliyyət Planı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə qəbul edilmiş və hazırda icrası başa çatmışdır.
Ölkəmizdə informasiya azadlığının təmin edilməsi sahəsində dövlət orqanları tərəfindən informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi, elektron xidmətlərin «bir pğncərə» prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan «ASAN xidmət» mərkəzləri yaradılmışdır.
«ASAN xidmət» mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Hal-hazırda «ASAN xidmət» mərkəzlərinin sayı 19-a çatmışdır.
Milli fəaliyyət planının qəbul edilməsinin əsas məqsədi korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində qurmaq və bu sahədə görülən tədbirləri daha səmərəli surətdə davam etdirməkdən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 27.04.2016-cı il tarixli Sərəncamı ilə «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı» təsdiq edilmişdir.
Qeyd olunan Milli Fəaliyyət Planı «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın davamı olaraq təsdiq edilmişdir. Milli Fəaliyyət Planında Vergilər Nazirliyinə (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) aşağıdakı məsələlərin icrası tapşırılmışdır: