Korrupsiyanın qarşısının alınması üçün vəzifəli şəxslərin təqdim etməli olduğu məlumatlar
- Mənbəyini, növünü və məbləğini göstərməklə illik gəlirlər;
- Vergitutma obyekti olan əmlak;
- Kredit təşkilatlarındakı əmanətlər, qiymətli kağızlar və digər maliyyə vəsaitləri;
- Şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirak, bu müəssisələrdə mülkiyyət payı;
- Şərti maliyyə vahidinin 5000 misli miqdarından yuxarı olan borcu;
- Şərti maliyyə vahidinin 1000 mislindən yuxarı maliyyə və əmlak xarakterli öhdəliklər;
Yuxarıda göstərilən məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.
Vəzifəli şəxslər tərəfindən nəzərdə tutulmuş məlumatların üzürsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər.
Do'stlaringiz bilan baham: |