Türkologiya elminə ağır itk 25. 01. 16 17: 44



Download 68 Kb.
Sana23.06.2017
Hajmi68 Kb.
#13699

Türkologiya elminə ağır itk
25.01.16   17:44 

Vilayət QULİYEV




Türk dünyası üçün dəyərli insan, beynəlxalq miqyasda tanınan türkoloq-alim, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü, Şərq və Asiya Tədqiqləri Beynəlxalq Cəmiyyətinin (“İnternational Union of Oriental and Asian Studies” prezidenti professor  Georq Hazai (Gyorgy Hazai) bu il yanvarın 7-də haqqın dərgahına qovuşdu. 

Onun ölümü ilə yalnız macar deyil, bütünlükdə dünya türkologiyasının zəngin və şərəfli bir səhifəsi qapandı. Avropada elm sahəsi kimi türkologiyanın ilk beşiyi sayılan Macarıstanın itkisi isə daha böyük oldu. Çünki Armin Vamberi, Dyula Nemet və Georq Hazai - 150 illik tarixə malik macar türkolojisi bu üç elm nəhənginin türk sevgisi, elmi şücaəti və zəhməti bahasına dünya şərqşünaslığı tarixində özünəməxsus yer qazanmışdı.



84 yaşlı elm patriarxının vəfatından ertəsi gün, yanvarın 8-də facebook-dan xəbər tutdum. Macar dostlarımdan biri alimin illər öncə çəkilmiş şəklini və “Türkə əsla türk deməz avropalı. Qazax deyər, özbək deyər, azəri deyər, qırğız deyər - öylə ki, türk olduğunu bilməməlidir, qəbul etməməlidir. Ancaq avropalı hər zaman avropalıdır” - sözlərini paylaşmışdı.

Avropanın tam mərkəzindən əsrlər boyu türk etnosuna münasibətdə həyata keçirilən imperiya mahiyyətli bölücülük, ayrıseçkilik siyasətinə öz etirazını bildirmək, müxtəlif adlarla tanıdılan eyni köklü, eyni qana və dilə malik xalqa həqiqi ünvanını, mənşəyini göstərmək hər şeydən öncə mərhum Hazainin böyük türk sevgisindən xəbər verirdi.

Onun adını hələ ötən əsrin 70-ci illərində, aspirantlıq dövründə eşitmişdim. O zaman Bakıda, Azərbaycan EA xətti ilə çap olunan yeganə beynəlxalq elmi məcmuədə - “Sovetskaya turkologiya” jurnalında məqalələrinə təsadüf etmişdim.

İlk tanışlığımız isə 2010-cu ilin iyununda Budapeştdə baş tutdu. Əvvəlcə zəng vurdu, bir az da Azərbaycan türkcəsi ünsürlərinin qarışdığı şirin türkcə ilə keçmiş səfir Həsən Həsənovla sıx əməkdaşlıq etdiklərini, etirazım olmasa, mənimlə də görüşüb fikir mübadiləsi aparmaq istədiyini bildirdi. Üstəlik, diplomatiyaya gələnə qədər elm sahəsində çalışmağımın biri-birimizi daha yaxşı anlamağımıza kömək edəcəyini vurğulamağı da unutmadı.

Nurani çöhrəsi, səliqə ilə arxaya daranmış bəyaz saçları, həmsöhbətinin daxilinə nüfuz edən işıqlı gözləri ilə, eyni işıqlı yumor hissi və səmimiliyi ilə dərhal şəxsinə etimad təlqin edirdi. Hələ necə mükəmməl türkcəsi vardı! Təkcə Anadolu və Azərbaycan türkcəsini deyil, rus, ingilis, fransız, alman dillərini də gözəl bilirdi. Bir sıra kitablarını almanca qələmə almışdı. Nədənsə heç vaxt Anadolu türkləri kimi “Sayın böyükelçi” - demirdi. “Səfir bəy”- deyə müraciət edirdi və bu müraciət onun dilində xüsusi ehtiramla səslənirdi.

Düşünürəm ki, elə ilk tanışlığımızda gələcək münasibət və işbirliyimizin təməli qoyuldu. Məni bütün diplomatik tədbirlərə özü ilə gətirdiyi, həmişə xüsusi diqqətlə nazını çəkdiyi fransız əsilli xanımı və qızları ilə tanış etdi. Dəfələrlə paytaxtın Peşt səmtində yerləşən mənzillərində qonaq oldum. Çox maraqlıdır ki, XIX əsrin 70-ci illərində Macarıstanda türkologiyanın binasını qoymuş Armin Vamberinin yaşadığı ev də eyni küçənin əvvəlindədir.

Akademikin Dunay sahilində, ampir üslubunda tikilmiş əzəmətli binanın ikinci qatında yerləşən geniş mənzili daim xəyalımda yaşatdığım, özüm üçün də   arzuladığım elm yuvası idi. Böyük kabinetdə, ona bitişik otaqda, Gellert dağına açılan bağlı balkonda, hətta dəhlizdə döşəmədən hündürlüyü dörd metrə çatan tavana qədər rəflər kitablarla dolu idi. Yazı masasının üstünə, enli pəncərələrin qarşısına da kitablar qalaqlanmışdı. Müxtəlif dillərdə, müxtəlif formatlarda kitablar... Qəribədir ki, onların yaratdığı qarmaqarışıqlıq, səliqəsizlik də adama sükun və hüzur hissi aşılayırdı. Ara-sıra bu mənzildə oturub böyük macar alimi ilə təmiz türk dilində söhbətləşəndə özümü Budapeştdə deyil, haradasa Şərqin, Türküstanın sirli elm məbədində, dərviş təkkəsində hiss edirdim...

Yəqin ki, Azərbaycanın sədaqətli dostu akademik Georq Hazaini qısa da olsa bizim oxuculara tanıtmağa ehtiyac var. O,  1932-ci ildə Budapeştdə doğulub. 1950-1954-cü illərdə paytaxtdakı  ELTE Universitetinin türkologiya bölümündə təhsil alıb. Elmi fəaliyyətinin başlanğıcında, 1956-1957-ci illərdə Sofiya Universitetinin Türk dili fakültəsində çalışıb. İyirmi ildən çox (1962-1983) Almaniyanın Humboldt Universitetinin professoru və buradakı Turfan araşdırmaları (Çinin Kaşqar vilayətindəki uyğur yazılı abidələrinin öyrənilməsi) qrupunun rəhbəri (1963-1974-cü illərdə) olub. 1992-1999-cu illərdə Şimali Kiprdə Ağdəniz Universitetinin türkoloji bölümünə başçılıq edib. 2000-ci ildə onun təşəbbüsü ilə Budapeştdə alman dilli Andraşi Universiteti yaradılıb və professor Hazai bu yeni ali təhsil ocağının ilk rektoru olub. Ömrünün son günlərinə qədər Macarıstan EA Türkoloji araşdırmalar sektoruna rəhbərlik edirdi. 1982-ci ildə Milli Elmlər Akademiyasının müxbir üzvü, 1995-ci ildə isə həqiqi üzvü seçilib. Türk Dil Qurumunun, Türk Tarix Qurumunun, Fin-Uqor Cəmiyyətinin (Helsinki), Ural-Altay Cəmiyyətinin (Gettinqen) Avropa Akademiyasının (London), ABŞ Şərqşünaslar Cəmiyyətinin həqiqi üzvü kimi geniş miqyaslı elmi iş aparırdı. 2012-ci ildə Türkiyə Cümhuriyyəti prezidenti Abdulla Gülün tərəfindən türk milləti və dili qarşısındakı böyük xidmətlərinə görə ölkənin ali mükafatı - “Ləyaqət” medalı ilə təltif olunmuşdu.

O, müxtəlif illərdə “Acea Orientalia Academiae Scientianum Hungariae”  (Budapeşt), “Archivium Ottomanium” (Visbaden), “Bibliotecha Orientalis Hungarica” (Budapeşt), “Cakhiers d`Etudes suria Viediterrande et la Monde Turco-İranian” (Paris), “Journal of Turkish Studies” (Kembric), “Orientalische Literaturzeitung” (Berlin), “Studien zur Sprache und Kultur der Turkvolker” (Freyburq), “Turkolischer Anzeiger/Turkology Annual” (Vyana), “Türk Dilleri Araştırmaları” (Ankara), “Zeitschrif fur Balkanologie” (Berlin-Visbaden) kimi mötəbər elmi nəşrlərin təsisçisi, naşiri, redaktoru, yaxud müəllifi olub. Orta əsrlər türk ədəbiyyatının bir sıra abidələrinin nəşri, Balkanlardakı türk dili və dialektlərinin öyrənilməsi, Avropada türk dilinin tədqiq tarixinin araşdırılması akademik Hazainin elmi fəaliyyətinin başlıca istiqamətlərini təşkil edirdi.

Azərbaycan Macarıstandakı ilk səfiri Həsən Həsənovun təşəbbüsü ilə 2007-ci ildə əsərlərinin biblioqrafiyası Bakıda çap olunmuşdu. Səfirlikdə hər il  keçirilən “Azərbaycan-Macarıstan: Mədəniyyətlərin dialoqu” beynəlxalq elmi konfransının fəal iştirakçıları sırasında xüsusi yeri vardı.

Budapeştdə səfir kimi fəaliyyətə başladığım 2010-cu ildə macar cəmiyyətində Azərbaycana marağı artırmaq və Azərbaycan türkcəsini öyrənmək fikrində olanların işini asanlaşdırmaq üçün Kamal Abdullanın artıq bir neçə dilə çevrilmiş “Gəlin Azərbaycan dilində danışaq” kitabının macar versiyasını hazırlamaq qərarına gəldim. Təbii ki, yardım üçün üz tutduğum ən etibarlı mütəxəssis akademik Georq Hazai idi. O, kitabın daha dolğun alınması üçün tanınmış macar azərbaycanşünası Mariya Keneşini layihəyə cəlb etməyi məsləhət gördü. Qısa müddətdə tərcüməçi və naşir tapdı. İşlərinin həqiqətən də başdan aşmasına baxmayaraq redaktorluq vəzifəsini  üzərinə götürdü.

Mən bu redaktorluq məsələsinə sadəcə nəşrin nüfuz və mötəbərliyini artıran vasitə, hətta reklam kimi baxırdım. Amma az sonra bəzən özü, bəzən də asissenti köhnə qayda ilə, yəni elektron mətndə, faylda deyil, kağız üzərində qara karandaşla edilmiş bol-bol düzəlişləri, təshihləri, yenidən yazılmış bütöv abzasları Səfirliyə gətirəndə akademikin  işinə nə qədər ciddiyyət və məsuliyyətlə yanaşdığına şahid oldum. Orta əsrlər fransız tənqidçisi, klassisizmin nəzəriyyəçisi Nikola Bualo yazırdı ki, “Üslub insanın özü deməkdir”. Fikrin doğruluğuna akademik Xazainin timsalında bir daha inandım. O, insan kimi nə qədər dəqiq, səliqəli, mötəbər və inandırıcı idisə, eyni xüsusiyyətlər yazısında, işinə münasibətdə, redaktə və diskussiya mədəniyyətində də özünü göstərirdi.


Sonralar Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və b. Azərbaycan klassiklərinin əsərlərini macar dilində nəşrə hazırlayanda da  akademik Hazai heç vaxt yardımını, məsləhətini əsirgəmədi. Həm də bütün bu işləri təmənnasız, yalnız elm naminə, qarşılıqlı ədəbi-mədəni əlaqələrimizin genişlənməsi xatirinə edirdi.


Evində və iş yerində toplanmış zəngin kitabxananın taleyi alimi çox düşündürürdü. Ailə üzvləri arasında işini davam etdirəcək kimsə yox idi. Odur ki, kitablarının özündən sonra da elmə fayda gətirməsi yollarını arayırdı. Bir dəfə söhbət zamanı arxiv və kitabxanasının bir qismini ölkəmizə hədiyyə etmək məsələsinə necə baxdığımı soruşdu. Vaxtı ilə Bertels, Zaxoder kimi tanınmış şərqşünasların şəxsi kitabxanalarının Azərbaycan EA tərəfindən satın alındığını, Krımskinin kitabxanasını almaq üçün danışıqlar aparıldığını, lakin araya İkinci Dünya müharibəsinin düşdüyündən niyyətin gerçəkləşmədiyini  danışıb nəcib hərəkətinin Azərbaycanda yalnız rəğbət doğuracağını söylədim.

Akademik Hazai asissentlərinə tarixə, şərqşünaslığa, dilçiliyə və humanitar elmlərin digər sahələrinə aid kitablarını diqqətlə araşdırmağı tapşırdı. Tezliklə 1000-dən çox kitab, məcmuə və bəzi əlyazmaları seçildi. Bu nəşrləri bizim üçün qiymətli edən cəhət onların böyük əksəriyyətinin ötən əsrin 50-80-ci illərində  ABŞ-da, Avropa ölkələrində, Türkiyə və İranda müxtəlif Avropa və Şərq dillərində çap edilməsi idi. Təbii ki, həmin dövrdə keçmiş SSRİ-də belə nəşrlər valyuta ilə alınırdı. Ona görə əsas diqqət Moskva və Leninqrad kitabxanalarına verilirdi. Bizim  alimlər isə müvafiq ədəbiyyatla tanış olmaq üçün xeyli vəsait, vaxt və enerji itirib bu şəhərlərə yollanmalı olurdular...

Kitabları Səfirliyə gətirib səliqə ilə qablaşdırdıq. Budapeşt hava limanında daşımaçılıq işlərini həyata keçirən Türkiyənin “Çələbi” firması onların simvolik qiymətə Bakıya aparılmasına razılıq verdi. Amma öz doğma gömrüyümüzdə ilişdik. Rüsum tələb edirdilər. Köhnə kitabları Bakıya satış üçün gətirmədiyimi, onların dünya şöhrətli macar alimimi Azərbaycan MEA-ya hədiyyə etdiyini nə qədər desəm də, əhəmiyyət verən olmadı. Əksinə, mallar gömrükdə qaldıqca cəriməmizin də artacağını söylədilər. Akademiyanın o zamankı rəhbərliyi də yaxasını kənara çəkmişdi. Nəhayət, rüsumu Səfirliyin vəsaiti hesabına ödəyib, xalq arasında deyildiyi kimi, mallarımızı gömrükdən çıxardıq. Bəlkə də kimsə inanmayacaq: MEA-dan alimin adına quru bir təşəkkür məktubu almaq da problemə çevrildi. Hazır mətn göndərib xeyli xahiş-minnət etdikdən sonra bu işi də yoluna qoya bildik. Amma ədalət naminə deməliyəm ki, MEA-nın Əsaslı kitabxanası akademik Hazainin hədiyyə  kitablarının biblioqrafiyasını hazırlayıb nəşr etməklə onun nəcib təşəbbüsünü, elmimizə  və alimlərimizə hörmətini bir növ sənədləşdirdi.

Növbəti  ildə akademik Hazai Naxçıvan Dövlət Universitetinin kitabxanasına da 300 kitab bağışlamaqla öz nəcib ənənəsini davam etdirdi. Burada elmi konfransda iştirak məqsədi ilə Budapeştə gələn NDU-nun keçmiş rektoru akademik İsa Həbibbəylinin də rolu az olmadı. 

Bütün diplomatik nümayəndəliklərin sevimli qonağı olan alim Türkiyə və Azərbaycan səfirliklərinə xüsusi münasibət bəslədiyini heç yerdə və heç vaxt gizlətmirdi. 2012-ci ilin sentyabr ayında, Budapeştdə ömürlük həbs cəzası çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərovun vətənə qaytarılmasından sonra Macarıstandakı erməni icmasının güclü təzyiqinə məruz qalmış Səfirliyimizə gəlib bizə mənəvi dəstək verən, həmrəylik bildirən azsaylı macar ziyalıları, ictimai xadimləri arasında  Georq Hazai də vardı...

Onun məni birbaşa vəzifə borcum olan diplomatik işlə bir sırada daim elmi fəaliyyətə təşviq etməsini minnətdarlıq hissi ilə xatırlayıram. Armin Vamberinin vəfatının 100 illiyi ilə əlaqədar ELTE universitetində keçirilən beynəlxalq elmi konfransdakı məruzəm ağsaqqal dostumun israrlı təkidləri sayəsində mümkün olmuşdu. “Bəkir Çobanzadə Budapeştdə” adlı araşdırmamın macar dilinə çevrilərək kitabça şəklində çap edilməsində də onun elmdən uzaqlaşmamaqla bağlı israrlı çağırışları öz rolunu oynamışdı. “Monumenta et Studia Turkologica” fundamental silsilə nəşrinin ideya müəllifi və bir çox cildlərin baş redaktoru kimi onun diqqətini Azərbaycan dilinin və tarixinin “Dərbəndnamə”, “Gülüstani-İrəm” tipli mühüm məxəzlərinə cəlb etmişdim. İdeya xoşuna gəlmişdi. Hətta bir dəfə Macarıstan EA-nın Türkologiya bölümündə bu əsərlərin nəşri ilə bağlı fikir mübadiləsi aparılmışdı.

Əvvəldə də xatırlatdığım kimi, akademik Hazai dünya şərqşünaslarını  birləşdirən qurumun - Şərq və Asiya Tədqiqatları Beynəlxalq Cəmiyyətinin prezidenti idi. Əsası 1873-cü ildə qoyulan cəmiyyət 2007-ci ilə qədər özünün 38 konqresini keçirmişdi. Sonuncu, 38-ci konqres Türkiyə prezidenti Abdulla Gülün himayəsi, Atatürk Mərkəzinin təşkilatçılığı ilə Ankarada baş tutmuşdu. Onun işinə aralarında bir xeyli Azərbaycan aliminin də olduğu 1200 nəfərdən çox şərqşünas qatılmışdı. Növbəti konqresin 2012-ci ildə Rabatda təşkilini Mərakeş öz üzərinə götürmüşdü. Odur ki, əvvəlcə bir neçə il sonra baş tutacaq 40-cı konqresin ölkəmizdə keçirilməsi haqda fikir mübadiləsi edirdik.

Amma vaxt yaxınlaşdıqca Mərakeş alimlərinin verdikləri sözün üstündə durmayacaqları aşkara çıxmışdı. Qurumun prezidenti konqreslərin davamlılığını təmin etmək üçün təcili yeni ölkə axtarırdı. Və belə bir zamanda onun yadına nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı düşmüşdü. Şərqşünasların 39-cu beynəlxalq konqresi nə üçün Azərbaycan paytaxtında keçirilməsin? Əvvəla, Bakı onilliklər boyu dünyanın mühüm Şərq araşdırmaları mərkəzlərindən biri olmuşdu. Digər tərəfdən, onlarla ölkədən gələn 1200-1500 elm adamı Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağdakı erməni işğalının acı nəticələrini  dünya miqyasında yaya bilərdilər. Nəhayət ölkə belə bir möhtəşəm elmi forumdan yalnız mənəvi-siyasi dividendlər deyil, neft milyonlarının sel kimi axdığı dövrdə cüzi görünsə də, müəyyən qazanc  götürə bilərdi. Çünki konqres iştirakçılarının bütün xərclərini onların özləri, yaxud da ezam edən universitetlər, elmi cəmiyyətlər çəkirdilər.

İlk fürsət yaranan kimi təkliflə bağlı dövlət başçısını və Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevanı məlumatlandırdım. Hər ikisi şərqşünasların növbəti forumunun Bakıda keçirilməsi ideyasını tam şəkildə dəstəklədilər. Bunu Azərbaycan elminin öz beynəlxalq əlaqələrini genişləndirməsi imkanı kimi dəyərləndirdilər.

Təəssüf ki, həmişə, hər yerdə olduğu kimi bürokratik aparatın çarxını hərəkətə gətirmək o qədər də asan deyildi. Azərbaycan MEA ilə təxminən iki il yarım davam edən yazışmalardan sonra nəhayət 2014-cü ilin yanvarında konqresin keçirilməsi ilə bağlı ilkin məsləhətləşmələr aparmaq məqsədi ilə akademik Hazainin  Bakıya səfərini təşkil edə bildik. Uşaq kimi sevinirdi. Bu ərəfədə artıq səhhətində ciddi problemlər yarandığından yola qızı, həm də şəxsi katibəsi və yaxın köməkçisi olan Sesiliya ilə çıxmışdı. Atasının ölümündən sonra, bu il yanvarın 15-də xanım Sesiliya Hazai mənə ünvanladığı məktubda həmin səfəri xatırlayaraq yazırdı: “Son illər xəstəliyi ilə əlaqədar biz atamın işlərində daha yaxından iştirak edirdik. Ona görə də 2014-cü ilin yanvarında Bakı yolçuluğu zamanı mən də onunla birlikdə idim. Bizə göstərilən qonaqpərvərlik, ölkənizin təkrarsız gözəlliyi, insanlarınızın diqqətli münasibəti atamın və mənim yaddaşımda silinməz izlər buraxmışdı”.

Bakıda olduğu günlərdə ünlü macar alimi  Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyində iştirak etmiş, MEA rəhbərliyi ilə beynəlxalq konqresin təşkili istiqamətində danışıqlar aparmışdı. Səfərdən çox ümidli dönmüşdü. 1957-ci ildən iştirakçısı olduğu, keçmiş SSRİ paytaxtlarından yalnız Moskvada keçirilən şərqşünasların beynəlxalq forumunun Bakıda baş tutacağı fikri onu həqiqətən də sevindirirdi. Belə bir mötəbər foruma ev sahibliyi etməyi bizim halal haqqımız sayırdı.

Ancaq tezliklə ümidlər suya düşdü. 2014 və 2015-ci illərdə ölkəmizdə şərqşünasların beynəlxalq konqresinin keçirilməsinin mümkünsüzlüyü haqqında xəbər aldıq. Təklif olunan varianta -  məhdud sayda şərqşünasın Bakı Humanitar Forumu çərçivəsində seksiya şəklində toplanmalarına isə Şərq və Asiya Tədqiqatları Beynəlxalq Cəmiyyətinin prezidenti kimi akademik Xazai razı olmadı. Bakıdan əlini üzdükdən sonra onun Astana ilə intensiv danışıqlar apardığını bilirdim. Bir tərəfdən alimin vəfatı, digər tərəfdən isə dünyanın yaşadığı qlobal böhran 150 illik tarixi olan elmi cəmiyyətin növbəti forumunun keçirilməsini böyük sual altında qoyur...

Budapeşti mənə daha da doğmalaşdıran insanla - sözün həqiqi mənasında sonuncu elm mogikanlarından olan akademik Hazai ilə axırıncı görüşümüz ötən il oktyabrın 29-da, Türkiyə milli günündə oldu. Çətinliklə hərəkət edirdi. Amma həmişəki kimi sifətində təbəssüm, gözlərində işıq vardı. Səhhətində problemlər olsa da, Atatürkün qurduğu Cümhuriyyətin 92-ci ildönümünə gəlməyi özünə  vicdan borcu saymışdı. Zatən, Türkiyəni və türklüyü sevən insan başqa cür də hərəkət edə bilməzdi.

Bir tərəfə çəkilib söhbət etdik. “Müsaid vaxtınız olanda gəlin, birlikdə kitablara baxaq. Artıq bəzi şeylər seçmişəm. Düşünürəm ki, yenə bir qisim kitab hədiyyə edə bilərəm” - dedi.

Amma az sonra xəstəxanaya düşdü. Oradan isə əbədiyyət yolçuluğuna çıxdı. Ruhu şad olsun. Heç şübhəm yoxdur ki, Avropanın sonuncu böyük türkoloqu Georq Hazai şəxsiyyəti və çoxillik elmi fəaliyyəti ilə “Türkün türkdən başqa dostu yoxdur” - deyiminin həqiqəti heç də tam əks etdirmədiyini sübut edən azsaylı şəxsiyyətlərdən, həqiqi türk dostlarından biri idi.

Yanvar, 2016. 
Budapeşt

(http://525.az/site/?name=xeber&news_id=50218)








Download 68 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish