İxtisasla bağlı innovasiyalarla tanışlıqdan sonra seminar - sorğu və seminar-müsahibə keçirmək olar. Seminar-sorğu tələbələrin informasiyaları necə mənimsədiyini yoxlamağa, seminar-müsahibə isə tələbələrin onlara təqdim olunan məlumatlara münasibətbrini aşkarlamağa imkan verir. Təcrübəli seminar rəhbərləri məşğələni diskussiya və disput formasında təşkil edir, hər hansı məsələnin müxtəlif fıkirlərin «toqquşması» yolu ilə düzgün həllinə nail olmağa çalışırlar. Seminarın referat formasında təşkili məqsədilə tələbələrə referat mövzuları verilir, müvafıq plan müəyyənləşdirilir. Seminarda referatın mətnini tam şərh etmək üçün onu 20-25 səhifə həcmində yazmaq məsləhətdir.
Do'stlaringiz bilan baham: |