resurslardan istifadə olunması başa düşülür. Bu zaman elə şərait yaradılmalıdır ki,
texnika və avadanlıqlar istifadəsiz qalmasın, kapital qoyuluşları və torpaq resursları
fəaliyyətdən yayınmasın. Yəni istehsal prosesində yararlı olan bütün resurslardan
maksimum istifadə olunmasına çalışılmalıdır, istehsalın tam həcminə nail
3
İstehsalın tam həcminə nail olunması dedikdə, resursların nisbətən səmərəli
bölüşdürülməsi hesabına məhsul istehsalının həcmi istehsal gücünə uyğun olaraq
maksimum səviyyədə həyata keçirilməlidir. Hər bir istehsal sahəsinin istehsal gücü
isə istehsal texnologiyalarının və avadanhqlarının layihələşdirilməsi zamanı
müəyyən olunur.
Kənd təsərrüfatında maddi-texniki resurslardan səmərəli istifadə olunmasında ən
vacib tələblərdən biri - kənd təsərrüfatının xüsusiyyətlərinin nəzərə alınmasıdır. Kənd
təsərrüfatında
maddi-texniki
resurslardan
istifadənin
əsas
xüsusiyyətləri
aşağıdakılardır:
-torpaq maddi-texniki resursların əsas tərkib hissəsi kimi çıxış edir;
-kənd təsərriifatında maddi-texniki resurslardan istifadəyə təbii şərait təsir göstərir;
-kənd təsərrüfatında maddi-texniki resurslardan istifadəyə istehsalın mövsümülüyü
təsir edir;
-kənd təsərrüfatında maddi-texniki resursların strukturu ayrı-ayn təbii iqlim
bölgələri üzrə müxtəlifdir;
-kənd təsərrüfatında maddi-texniki resursların tərkibinə bitkilər və heyvanlar kimi
canlı orqanizmlər daxildir;
-kənd təsərrüfatında maddi-texniki resurslar sənaye istehsalında əldə olunan
xammaldan ibarətdir;
-kənd təsərrüfatında maddi texniki resurslardan istifadənin səmərəliliyi aqrar-
sənaye kompleksinin bütün sferalarının fəaliyyətindən asılıdır.
Resurslardan səmərəli istifadə olunması üçün istehsal sahələrinin yerləşdirilməsi
zamanı, hər bir konkret təbii şəraitlər və resurs imkanları nəzərə alınmalıdır. İstehsalın
tam həcminə nail olunması isə müvafiq texnologiyalardan istifadə olunmasını tələb
edir. Hər bir konkret şəraitdə hansı əmtəəni istehsal etmək, hansı xidməti göstərmək və
hansılardan imtina edilməsi fərdi qərarların qəbul edilməsini tələb edir.
Bütün iqtisadi resurslar, yaxud istehsal amilləri ümumi bir vacib xüsusiyyətə
malikdir ki, bunlar nadir tapılandır, yaxud məhdud miqdardadır. Təbiətdə məhdud
resurslara faydalı qazıntılar, torpaq resursları, kapital avadanlıqları, işçi qüvvəsi və s.
aiddir. Müxtəlif əmtəə və xidmətlərə olan tələbatlar isə qeyri-məhdud olduğundan,
cəmiyyət bütün əmtəələri və xidmətləri istehsal və istehlak etmək imkanlarına malik
deyil. Ona görə hansı əmtəələri və xidmətləri istehlak və istehsal etməyə qərar
verərkən, insanlar iqtisadi seçimlə qarşılaşırlar.
Resursların məhdudluğu, texnoloji, ekoloji və digər məhdudiyyətlər iqtisadi
baxımdan əmtəə və xidmətlərin optimal həcminin müəyyənləşdirilməsi zərurətini
doğurur. Resursların qarşılıqlı əvəz olunması məsələlərinin təkmil olmaması mövcud
resurslardan istifadə xərclərini artırır. Bütövlükdə enerji və material resurslarının
tükənməsinə baxmayaraq, resursların yeni növləri və yataqları kəşf olunmaqdadır.
4
Əmtəə və xidmətlərin istehsalında resursların texnoloji qarşılıqlı əvəzlənməsi və
son məhsulun əldə olunmasında texnoloji imkankann variantlığına nail olunması
resurslardan istifadəyə iqtisadi yanaşmada məhdud resurslardan istifadənin optimal
variantlarının formalaşmasının əsasını təşkil edir. Material əmək və maliyyə
resurslarından məqsdəuyğun istifadə olunması, resurs itkilərinin azaldılması və
aradan qaldırılması, resurslardan istifadənin faydalılıq əmsalının yüksəldilməsi
məqsədilə müəssisələr müvafiq təşkilati, iqtisadi və istehsal-texniki tərbirlər həyata
keçirir ki, onlar resurslara qənaət olunmasına dair tədbirlər sistemi adlandırılır.
Do'stlaringiz bilan baham: