Pezizales, Sarcoscyphaceae
Sarcoscypha coccinea (Gray) Boud.; Bas.: Macroscyphus coccineus Gray.
Təsviri: Kisəli göbələklərə aiddir. Parlaq qırmızı, narıncı askokarpları (meyvə cismi) erkən yazda qarın altından çıxır. Papaqcıq az lətli, xitinvaridir, kəsiləndə qırmızı rənglidir. Papaqcığın diametri 2-5 sm, ayaqcığın diametri 0.3-0.7 sm. Ayaqcığın uzunluğu 2-4 sm. Sporlar 25-43 µm olub, açıq rəngli, yağ damlalı, ellipsvari-uzunsovdur. Kisənin uzunluğu 250 µm. Ksilotrofdur.
Toplanılıb: Xan yaylağına gedən yol, təxminən 1600-1650 m yüksəklikdə fındıq meşəsində. 21.03.2015.
Cədvəl. Təyin edilmiş göbələk taksonları.
Taksalar
|
Herbari №
|
Ekoloji qruplar
|
Təbii bitmə yeri
|
ASCOMYCOTA
|
Pezizales, Helvellaceae
|
Acetabula sulcata
|
MH 1468
|
humus saprotrofu
|
enliyarpaqlı meşə
|
Helvella acetabulum
|
MH 1469
|
humus saprotrofu
|
enliyarpaqlı meşə
|
Pezizales, Morchellaceae
|
Morchella conica Pers.
|
MH 1477
MH 1478
|
humus saprotrofu
|
həyətyani sahə
|
Morchella esculenta
|
MH 1479
MH 1480
|
humus saprotrofu
|
enliyarpaqlı meşə
|
Pezizales, Sarcoscyphaceae
|
Sarcoscypha coccinea
|
MH 1472
MH 1462
|
ksilotrof
|
findıqlıq
|
Pezizales, Tuberaceae
|
Tuber aestivum
|
MH 22
|
simbiotrof
|
şam meşəsi
|
BASIDIOMYCOTA
|
Agaricales, Agaricaceae
|
Lepiota cristata
|
MH 1460
|
humus saprotrofu
|
şam meşəsi
|
Lycoperdon pyriforme Schaeff.
|
MH 1479
MH 1480
|
humus saprotrofu
|
|
Macrolepiota procera var. pseudo-olivascens
|
MH 1464
|
humus saprotrofu
|
şam meşəsi
|
Agaricales, Inocybaceae
|
Inocybe maculata
|
MH 1458
|
humus saprotrofu
|
enliyarpaqlı meşə
|
Agaricales, Marasmiaceae
|
Mycetinis scorodonius
|
MH 1466
MH 1473
|
humus saprotrofu
|
şam meşəsi, mamırlıq
|
Agaricales, Mycenaceae
|
Mycena pura
|
MH 1465
|
humus saprotrofu
|
şam meşəsi
|
Agaricales, Pluteaceae
|
Pluteus pellitus
|
MH 1455
|
ksilotrof
|
həyətyani sahə
|
Agaricales, Psathyrellaceae
|
Armillaria mellea
|
MH 1452
|
ksilotrof
|
həyətyani sahə
|
Coprinopsis atramentaria
|
MH 1463; MH 1477
|
ksilotrof
|
həyətyani sahə
|
Agaricales, Tricholomataceae
|
Clitocybe odora
|
MH 1474
MH 1457
|
humus saprotrofu
|
enliyarpaqli meşə
|
Tricholoma ustale
|
MH 1471;
MH 1461
|
humus saprotrofu
|
şam meşəsi
|
Boletales, Boletaceae
|
Xerocomus badius
|
MH 1459
|
simbiotrof
|
enliyarpaqli meşə
|
Xerocomus subtomentosus
|
MH 1470
|
simbiotrof
|
enliyarpaqlı meşə
|
Boletales, Gomphidiaceae
|
Gomphidius roseus
|
MH 1453;
MH 1476
|
simbiotrof
|
süni qaraçöhrə meşəsi
|
Boletales, Suillaceae
|
Suillus granulatus
|
MH 1475; MH 1456
|
simbiotrof
|
süni qaraçöhrə meşəsi
|
Russulales, Russulaceae
|
Lactarius deliciosus
|
MH 1454
|
simbiotrof
|
süni qaraçöhrə meşəsi
|
Russula minutula
|
MH 1467
|
humus saprotrofu
|
enliyarpaqlı meşə
|
Pezizales, Tuberaceae
Tuber aestivum Vittad.
Təsviri: Yay dombalanı adı verilən göbələyin meyvə cismi dairəvi olub, 2.5-8 sm diametrlidir. Qara, qara-qəhvəyi rənglidir və səthində qara-qonur rəngli iri piramidavari ziyillər var. Ətciyinin rəngi sarımtıl-qəhvəyidir və çoxsaylı ağımtıl cizgiləri var. Çox zəif göbələk iyinə malikdir. Sporlar dairəvi meyvəcisminin içərisində olduğu üçün çətin yayılır. Sporların ölçüləri 24-45 x 18-36 µm.
Toplanılıb: Zəyzid kəndi ərazisində Qarasu əkin sahəsinin ətrafındakı enliyarpaqlı meşədən. Mikoriza əmələ gətirir. 22.05.2008.
BASIDIOMYCOTA
Agaricales, Agaricaceae
Lepiota cristata (Bolton) P.Kumm.; Baz.: Agaricus cristatus Bolton.
Təsviri: Papağın diametri 3-3.5 sm, ayaqcığın uzunluğu 4-4.5 sm. Papaq çətirvari, kənarları dalğalı, mərkəzdə tünd-qəhvəyidir və ətrafında xırda pulcuqlar var. Ayaqcıqda qəhvəyi ləkələr mövcuddur. Himenofor lövhəlidir, sərbəstdir. Ayaqcıq çubuqvari olub, yuxarıdan aşağıya doğru qalınlaşır. Sporlar 6-8 x 3-4 µm, ağ rənglidir.
Toplanılıb: Narınqala istirahət kompleksi. 23.11.2014. Tək-tək rast gəlinir.
Lycoperdon pyriforme Schaeff.
Təsviri: Meyvə cismi yumurtavari, armudvari, solğun-yaşıl, qəhvəyi rəngli, tikanlıdır. Təzə vaxtı kəsilmiş ətciyi fıstığı-yaşıl rəngdədir, yetişmiş meyvə cisimləri nisbətən qəhvəyi rəng alır. Sporlar meyvə cisminin daxilində əmələ gəlir və hər hansı bir zəif kənar təsirlərdən çatlayır, tünd-yaşıl spor dumanı müşahidə edilir. Spor kürəvari, tünd-yaşıl, yağ damcılı, 5.5 x 5 µm.
Toplanılıb: Narınqala istirahət kompleksi. 27.10.2013. Payızda iynəyarpaqlı meşə döşənəyində rast gəlinib.
Macrolepiota procera var. pseudo-olivascens Bellù & Lanzoni.
Təsviri: Meşədə aydın nəzərə çarpan kifayət qədər iri göbələkdir. Papağının diametri 18-22 sm, ayaqcığın uzunluğu 17-27 sm. Papaqcığın ortasında iri, şokolad rəngli pulcuqlardan ibarət təpəcik var. Pulcuqlar kənara doğru azalır. Papağın üst tərəfi müstəvi formasında olub yandan baxanda tərsinə çevrilmiş çətiri xatırladır. Ayaqcıq mərkəzidir, yuxarıdan aşağı doğru qalınlaşır, ağacı xatırladır və qəhvə rənglidir, mərkəzidir. Üzərində tünd-qəhvəyi, xırda pulcuqlar var. Ayaqcığın yuxarı 1/5 hissəsində qəhvəyi rəngli, pambığı xatırladan çətir formasında halqası var. Ümumiyətlə göbələk çətirə bənzəyir (çətir göbələk). Sporlar 10-15 x 17.5-22 µm, oval, ellipsvaridir.
Toplanılıb: Narınqala istirahət kompleksi. 24.11.2014. Şam meşəsində 25 fərddən ibarət populyasiya formasında rast gəlinib.
Agaricales, Inocybaceae
Inocybe maculata Boud.
Təsviri: Papaqcıq qəhvəyi, şabalıdı rənglərdə, diametri 2-5 sm, zəng-şəkillidir, üzərində çox xırda pulcuqlara rast gəlinir. Mərkəzi kiçik təpəciklidir. Lövhələr qum rəngli, sıx, ensiz, sonradan, qonurvari-zeytunidir. Ayaqcıq silindrik, 3-7 x 0.7-1 sm, əsası bəzən şişkin, ağımtıl, çox vaxt papaqcıq rəngindədir. Sporlar 9-10 x 5-7 µm, hamar, kənarları bərabər olmayan ovaldır. Meşələrdə yay-payız aylarında rast gəlinir. Zəhərlidir.
Toplanılıb: Marxal yaxınlığında meşədə rast gəlinib. Tarix 15.10.1991.
Agaricales, Marasmiaceae
Mycetinis scorodonius (Fr.)A.W. Wilson & Desjardin.; Bas.: Agaricus scorodonius Fr.; Syn.: Marasmius scorodonius (Fr.) Fr.
Təsviri: Papağının diametri 3-4(6) sm, kənarları açıq rəngli, yuxarıya meylli olub, dalğalıdır, üzəri şabalıdı, tünd-qəhvəyidir, mərkəzdə daha tünddür. Bəzi yaşlı fərdlərdə papaq üzərində dairələr var. Lövhələr sərbəst, açıq qəhvəyi, ağımtıl rənglidir. Ayaqcıq 4-5(8) sm, yuxarıdan aşağıya doğru daralır və yuxarıdan aşağıya doğru rəngi tündləşir, beləliklə yuxarı hissədə sarımtıl-qəhvəyi, aşağıda isə şabalıdı və qara rəng alır. Sanki yanmış kibrit çöpünü xatırladır. Sporlar iyvari-ellipsvari, yağ damlalı şəffaf , ölçüsü 6-8.5 x 5-5.5 µm.
Toplanılıb: Narınqala istirahət kompleksi. 27.10.2013; 24.11.2014. Əsasən mamırlarla birlikdə rast gəlinir. 40-50 fərddən ibarət qruplar halında bitir. Dadı nisbətən acıtəhərdir.
Agaricales, Mycenaceae
Mycena pura (Pers.) P.Kumm. Bas.: Agaricus purus Pers.
Təsviri: Meyvə cismi sanki açıq-bənövşəyi şüşəvaridir. Papağın diametri 3-4 sm, çətirvari olub, kənarları tikanvari çıxıntılıdır. Himenoforlar lövhəli və sərbəstdir. Ayaqcıq 6-7 sm, mərkəzi, yuxarıya doğru qalınlaşır, içərisi boşdur. Sporlar 6-8 x 3-4 µm, ağ rəngli yağ damlalıdır.
Toplanılıb: Narınqala istirahət kompleksi. 23.11.2014.
Agaricales, Pluteaceae
Pluteus pellitus (Pers.) P. Kumm.; Bas.: Agaricus pellitus Pers.
Təsviri: Papaq və ayaqcıq parlaq ağ rənglidir. Papağın diametri 10 sm-ə yaxındır, alt hissəsində yerləşən lövhələr sərbəst, əvvəlcə ağ, sonradan çəhrayılaşır. Ayaqcıq 9 sm, hamar, əsası bir qədər şişkindir, 6-10 x 0.4-0.7 sm. Sporları 5.5-7.5 x 4-5 µm, açıq çəhrayı, iyvari çıxıntılıdır.
Toplanılıb: Şəki şəhəri, həyətyanı sahədə 2-3 il öncə kəsilmiş qoz ağacı (Juglans regia L.) kötüyü üzərində 1 ədəd tapılıb. 17.11.2013. Eyni kötükdə müxtəlif vaxtlarda bir neçə başqa növə də rast gəlinib.
Agaricales, Psathyrellaceae
Armillaria mellea (Vahl) P.Kumm.; Bas.: Agaricus melleus Vahl.
Təsviri: Papaq üzərində mərkəzdən kənara doğru rəngi açıqlaşan ləkələr var. Mərkəzdə qonur-şabalıdı, kənarlara doğru qəhvəyidir. Nisbətən yaşlı fərdlərdə papağın səthi una bənzər tozludur. Ümumiyətlə rəngi qəhvəyidir. Papağın kənarları dalğalı olub nisbətən əyilmişdir. Papağın diametri 6-8 sm ayaqcığın uzunluğu 12-15 sm. Ayaqcıq üzərində papağa yaxın qəhvəyi rəngli halqa var. Papaq mərkəzidir və sporlar qəhvəyi lövhələrdə yerləşmişdir. Sporlar 7.5-10 x 6-7.5 µm, açıq rənglidir, yağ damlasına rast gəlinmir.
Toplanılıb: Şəki şəhəri həyətyanı sahədə. Yaşlı tut (Morus alba L.) ağacının kökləri üzərində 15-20 fərddən ibarət topa qruplar halında rast gəlinib. 17.11.2013.
Coprinopsis atramentaria (Bull.) Redhead, Vilgalys & Moncalvo; Bas.: Agaricus atramentarius Bull.; Syn: Coprinus atramentarius (Bull.) Fr.
Təsviri: Papağı yarım açılmış çətiri xatırladır. Diametri 4-5 sm olub çətir və ya yumurtavaridir. Üzərində xırda parlaq pulcuqları var və papaq boyu çətirin mərkəzindən kənarlara doğru radial istiqamətdə şırımlar uzanır. Kənarları mişarvari dilimli, papağın altı yaşlı fərdlərdə qaralmışdır. Ayaqcıq parlaq ağ rənglidir, üzərində çoxlu xırda çıxıntılar var, mərkəzidir, içi boşdur, yuxarıdan aşağıya doğru nisbətən daralır, diametri 0.5-0.6 sm, uzunluğu 8-10 sm. Sporlar 5-6 x 10-11(12) µm, tünd qəhvəyi, narıncı, tünd-sarı, dən, yumurta, düyüvari və bəzən çıxıntılıdır. Yağ damlalıdır.
Toplanılıb: Şəki şəhəri. 23.11.2014. Həyətyanı sahədə bir neçə il əvvəl kəsilmiş heyva (Cydonia oblonga Mill.) ağacının kötüyündə rast gəlinib.
Agaricales, Tricholomataceae
Clitocybe odora (Bull.) P. Kumm.; Bas.: Agaricus odorus Bull.
Təsviri: Papaqcıq 3-8 sm, kənarları dalğalı, yuxarıdan basılmış formadadır, bəzən mərkəzində təpəciyə rast gəlinir. Açıq mavi-yaşılımtıldır. Ləti kəskin iylidir və spesifik göbələk dadına malikdir. Lövhələr solğun-yaşıl rəngdədir. Ayaqcıq 3-6 sm, silindrik, bəzən aşağıya doğru qalınlaşır. Sporlar 6-8 x 3-4 µm, ağ rəngdə, ellipsvari və səthi hamardır.
Toplanılıb: Marxal kəndinin ərazisində meşədə rast gəlinib. 15.10.1991.
Tricholoma ustale (Fr.) P. Kumm.; Baz.: Agaricus ustalis Fr.
Təsviri: Təqribən diametri 10-20 m-dək olan halqalar əmələ gətirir. Torpaq altında sıx mitseli yığınına rast gəlinir. Papaqcığı və ayaqcığı ətlidir. Papaq çətirvari, mərkəzidir və üzərində müxtəlif rəng çalarları (tünd qəhvəyi, qonur-qırmızı, çürümüş ət rəngli və s.) var. Lövhələr sərbəst, ağ və iridir. Ayaqcıq ətlidir və aşağıya doğru qalınlaşır. Üzərində qəhvəyi pulcuqlar var. Sıxdıqda rəngi tündləşir, halqası yoxdur. Ən çox noyabr ayında rast gəlinir. Sporlar 4.5-5.5 x 4-5 µm, xırda, kürəvari və ovaldır.
Toplanılıb: Narınqala istirahət kompleksi. 27.10.2013. Göbələyin əmələ gətirdiyi 20-yə yaxın kaftar halqasına rast gəlinib.
Boletales, Boletaceae
Xerocomus badius (Fr.) E.-J. Gilbert.; Bas.: Boletus castaneus ẞ badius Fr.
Təsviri: Papaq yarım-dairəvi, bəzən müstəvi formalı olub, 4-12 sm. Papaqcığın dərisi soyulmur, ancaq rütubətli havada yağlanır, rəngi şabalıdı, qonur, şokoladı-qəhvəyi, kəsdikdə nisbətən mavi daha sora ağ-sarımtıl rəng alır. Normal halda ağımtıl-sarımtıl rəngdədir. Zəif göbələk ətrinə və dadına malikdir. Himenoforlar sarımtıl rəngli, borucuqludur, sərbəstdir, süngəri xatırladır. Borucuqlar bucaqlıdır, əvvəl açıq-sarı, daha sora qızılı, yaşılımtıl-sarı rənglərdədır, sıxdıqda mavi rang alır. Ayaqcıq silindrik, aşağı doğru qalınlaşan, çıxıntılıdır, 4-12 x 1-4 sm. Rəngi parlaq-qəhvəyi, sarı, qonurdur. Sporlar 12-16 x 5-6 µm, ellipsvari, çubuqvari, sarımtıl rəngli olub səthi hamardır.
Toplanılıb: Marxal istirahət mərkəzi, şamlıq. Mikoriza əmələ gətirir. 02.08.1991.
Xerocomus subtomentosus (L.) Quél.; Bas.: Boletus subtomentosus L.
Təsviri: Papaqcıq məxməri-tüklü, ipəkvari-tüklü olub 3-12 sm. Yastıq və ya yarımkürə formasında olub, quru və məxmərvari örtüyə malikdir. Ayaqcığın uzunluğu 5-12 sm olub, diametri 1-2 sm. Silindirikdir, bəzən əsası daralır. Sarımtıl-qəhvəyi, az halda qırmızımtıldır. Sporların ölçüləri 10-15 x 4-6 µm. İyvaridir, uc tərəfdən əyilmişdir və tünd-sarı rəgdədir.
Toplanılıb: Marxal istirahət kompleksi yaxınlığında yerləşən enliyarpaqlı meşə döşənəyində rast gılinib. Mikoriza əmələ gətirir. 23.05.2008.
Boletales, Gomphidiaceae
Gomphidius roseus (Fr.) Fr. Bas.; Agaricus glutinosus & roseus Fr.
Təsviri: Papaqcığın diametri 3-6 sm. Lövhələr aydın seçilən, aralı yerləşmişdir. Ayaqcıq 3-7 sm, lövhələr ayaqcıq boyu 0.5-1 sm davam edir. Papaqla yekrəngdir. Bəzi fərdlərdə meyvə cismi tamamən şabalıdı, tünd-qəhvəyi rənglərdədir. Papaqcığın mərkəzində ucu şiş təpəcik var və kənarları daxilə doğru qatlanmış formadadır. Papaqcıq ayaqcıqla birlikdə soba bacasını xatırladır. Sporlar tünd-zoğalı, kərpici-qırmızı, sumağı rənglərdə olub, çoxunda yağ damlalarına rast gəlinir. Sporlar 19-22 x 6-8 μm. Çox gümanki qaraçöhrəylə simbiozdurlar.
Toplanılıb: Narınqala istirahət kompleksi. Süni salınmış qaraçöhrə meşəsi. Mikoriza əmələ gətirir. Tək və qrup halında rast gəlinib. 27.10.2013.
Boletales, Suillaceae
Suillus granulatus (L.) Roussel.; Bas.: Boletus granulatus L.
Təsviri: Papağın diametri 4-15 sm, himenofor borucuqludur və cavan fərdlərdə ağ rəngli pərdəylə örtülü olur. Papağın alt səthi vaxt keçdikcə süngər formasını alır. Papağının üzəri yağlı, qonur-qəhvəyi, boz rənglidir. Nisbətən yaşlı fərdlərdə papağın kənarları nisbətən dalğalı formalı, üzəri tünd-qonur, qəhvəyidir. Borucuqlar ayaqcıqla birləşmiş vəziyətdədir. Papağın alt səthi və ayaqcıq parlaq sarı-boz rənglidir. Ayaqcığın uzunluğu 5-10 sm-dir. Sporlar 8-10 x 3-4 μm. Yerli əhali bu göbələkdən yemək üçün istifadə edir və yağlı göbələk adlandırılır.
Toplanılıb: Narınqala istirahət kompleksi. 27.10.2013. Qaraçöhrə meşəsində tapıldığı üçün ehtimal edilir ki, simbioz həyat tərzi keçirir. Bu mövsümdə ərazidə çox rast gəlinib. Bəzən təxminən 1 m2 əraziyə 10-a yaxın göbələk düşür.
Boletales, Russulaceae
Lactarius deliciosus (L.) Gray.; Bas.: Agaricus delicious L.
Təsviri: Ölçüsü iridir. Ayaqcıq və papaq ətlidir, kəsdikdə parlaq narıncı şirə axır, özünə məxsus çürümüş ət iyini xatırladan iyə malikdir. Papaq episentrikdir və kənarları yuxarıdır. Diametri 20-25(30) sm-ə qədərdir. Papağın ayaqcıqla birləşən hissəsi batıq formadadır. Üzərində aydın seçilən parlaq narıncı dairəvi ləkələr var. Mərkəzə doğru daha da artır. Eyni formalı və rəngli ləkələr ayaqcıqda da rast gəlinir. Parlaq narıncı rəngli südə bənzər mayelidir. Lövhələr ayaqcığa birləşmişdir. Ayaqcığın diametri 3 sm, yuxarıdan aşağıya doğru daralır, ətlidir, uzunluğu 5-6 sm. Sporlar 8-10.5 x 7.5-9 µm, iri yağ damlalı, şəffafdır.
Toplanılıb: Narın qala istirahət kompleksi. Qaraçöhrə meşəsi, 10-11 ədəd göbələk müşahidə edilib. Mikoriza əmələ gətirir. 27.10.2013.
Russula minutula Velen.
Təsviri: Papaqcıq parlaq qırmızımtıl, çəhrayı rəngli, düz-sərilmiş, bəzən düz-basılmış, tam yetişdikdə zolaqlı ola bilər. Dəricik azca selikli, sonradan qurudur. Ləti çox nazik, ağ, şirintəhərdir, 1.5-5 sm. Lövhələri ağdır, ayaqcıqla qovuşur. Ayaqcıq ağımtıl rəngli 3-4 sm. Sporlar 5 x 8 µm olub sarımtıl, tikanlıdır.
Toplanılıb: Marxal istirahət mərkəzinin ətrafında fıstıq meşəsi, torpaqda rast gəlinib. Mikoriza əmələ gətirir. 10.10.2009.
Cədvəldən göründüyü kimi toplanılan göbələklər humus saprotrofları, simbiotroflar və ksilotroflar olmaqla qruplara ayrıla bilər. Onlardan Gomphidius roseus, Lactarius deliciosus, Russula minuta Suillus granulatus, Tuber aestivum, Xerocomus badius və X. Subtomentosus mikoriza əmələ gətirən növlərdir. Armillaria mellea, Coprinopsis atramentaria, Pluteus pellitus və Sarcoscypha coccinea ksilotrof növlər hesab edilir. Humus saprotrofları sayca daha böyük qrupu təşkil edir. Buraya Acetabula sulcata, Clitocybe odora, Helvella acetabulum, Inocybe maculata, Lepiota cristata, Lycoperdon pyriforme, Macrolepiota procera var. pseudo-olivascens, Morchella conica, M. esculenta, Mycena pura, Mycetinis scorodonius, Russula minutula və Tricholoma ustale növləri daxildir.
Ədəbiyyat
Sadıqov A. Yay dombalanı. Elm və həyat. 2009. N:1. С. 41-42.
Вассер С.П. Флора грибов Украины. Киев: Наукаво думка. 1980. 328с.
Зерова М.Я., Сосин П.Э., Роженко Г.Л. Визначник грибов Украины. I том. Киев: Науково думка. 1979. 566с.
Лебедева Л.Ф. Определитель шляпочных грибов (Agaricales). Москва, Ленинград: Гос. изд-во сел.-хоз. лит. 1949. 548с.
Определитель грибов Закавказья. Тбилиси: Меунесереба. АН Грузинсккой ССР. 1985. 264с.
Сержанина Г.И., Яшкин И.Я. Грибы. Минск: Наука и техника. 1986. 232с.
Arora D. Mushrooms Demystified. Berkley: Ten Speed Press, 1986, 958p.
Horak E. Rohrlinge und Blatterplize in Europa. Munchen, 2005, 555 s.
Мустафабейли Э.Г., Садыгов А.С., Агаева Д.Н.
ПРЕДВАРИТЕЛЬНЫЕ ДАННЫЕ O МАКРОМИЦЕТАХ ШЕКИНСКОГО РАЙОНА
Статья является первой печатной работой о разнообразии макромицетов распространенных на территории Шекинского района. Исследование посвящено грибам, собранным в 2013-2015 гг. и депонированным в гербарии Института Ботаники. Сообщается о таксонах, относящихся к Ascomycota и Basidiomycota, их екологических группах и условиях произрастания.
Ключевые слова: гриб, гербарий, вид, образец, лес
Mustafabeyli E.H., Sadıqov A.S., Aghayeva D.N.
FIRST REPORTS ON MACROMYCETES OF SHAKI DISTRICT
The article represents the first published materials on macromycetes distributed in Shaki district. Research is devoted to the mushrooms collected during 2013-2015 and kept at the herbarium of the Institute of Botany. Taxa belonging to Ascomycota and Basidiomycota, their ecological groups and growth condition are reported.
Key words: fungus, herbarium, species, specimen, forest
Do'stlaringiz bilan baham: |