RƏHİmova aynurun



Download 23,37 Kb.
Sana28.06.2017
Hajmi23,37 Kb.
#18692

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

FİLOLOGİYA FAKÜLTƏSİNİN

247-Cİ QRUP TƏLƏBƏSİ



RƏHİMOVA AYNURUN

ƏDƏBİYYATIN TƏDRİSİ METODİKASI FƏNNİNDƏN

FƏRDİ İŞİ

İSMAYIL ŞIXLI ŞƏXSİYYƏTİ VƏ "DƏLİ KÜR" ROMANI

Azərbaycan nəsrinin tarixi daha əvvəllərə gedib çıxsa da, ədəbiyyatın bu qolunun inkişafı, heç şübhəsiz, XX əsrə aiddir. XX əsrə qədər nəsr yazmış cəmi bir neçə yazıçının adını çəkə bildiyimiz halda, bu əsrdə yaşayıb-yaratmış nasirlərin böyük bir siyahısını tutmaq mümkündür. Onların da əksəriyyətinin yaradıcılığı sovet dövrünə təsadüf edir. Bu yazıçılardan biri də tamamilə orijinal yaradıcılıq dəsti-xətti olan İsmayıl Şıxlıdır.

İsmayıl Şıxlı Böyük Vətən müharibəsi cəbhələrindən ədəbiyyata gəlmiş yazıçılar nəslinin ən istedadlı simalarından biridir və müasir Azərbaycan romançılığının inkişafında onun əvəzsiz yeri var. Yazıçı 1919-cu il mart ayının 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. İlk təhsilini Qazax rayonunun Kosalar kənd məktəbində almışdır. Atasının sənətinə olan marağı onu tezliklə Qazax Pedaqoji Texnikumuna gətirir. 1936-cı ildə texnikumu bitirən İsmayıl Kosalar kənd orta məktəbində müəllim kimi çalışmağa başlamışdır. Kənddə iki il müəllim işlədikdən sonra 1937-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Dil-ədəbiyyat fakültəsinə daxil olur. Qaynar tələbəlik həyatı ilk günlərdən onun həssas və romantik təbiətinə öz təsirini göstərməyə başlayır. Ədəbi-bədii gecələr, görüşlər, Səməd Vurğun, Mehdi Hüseyn kimi sənətkarlarla təmas onun ədəbi-bədii təsəvvür dairəsini genişləndirir. Nəhayət, 1938-ci ildə “Ədəbiyyat” qəzetində “Quşlar” adlı ilk şeiri çapdan çıxır. 1942-ci ildə isə İsmayıl Şıxlı cəbhəyə yollanır. Müharibənin sonunadadək Vətəni uğrunda alman faşistlərinə qarşı vuruşur. 1945-ci ildə cəbhədən qayıdan ədib 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitunun ədəbiyyat ixtisası üzrə aspiranturasına daxil olur və yaradıcılığını davam etdirir.

İsmayıl Şıxlının ilk nəsr əsəri "Həkimin nağılı" hekayəsi 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında işıq üzü görür. İlk uğurdan ruhlanan cavan yazıçı təzə yazılarını Mehdi Hüseynə göstərməyə başlayır. Lakin yazıçı bu hekayələri oxuyub müəllifə məsləhət verir, hekayələri dönə-dönə yenidən işləməyi tövsiyə edir. 50-ci illərin ikinci yarısından yazıçının yaradıcılığında yüksəliş müşahidə olunur. 1957-1966-cı illərdə o, əsas əsəri "Dəli Kür" romanı üzərində çalışır.



DƏLİ KÜR ROMANI. Görkəmli yazıçının oxucular arasında geniş şöhrət qazanmış “Dəli Kür” romanı XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist üslubda göstərən bir əsərdir. "Dəli Kür" onlarla povestin, romanın düşüncələrdə yaratdığı mənəvi səhradan axıb keçdi və ona can verdi- adi bir məktəblidən tutmuş böyük Mehdi Hüseynə qədər romanla tanış olan hər kəs öz emosiyasını, heyrətini gizlədə bilmədi. Xalqımızın milli oyanış dövrü Göytəpə kəndində baş verən mürəkkəb və ziddiyyətli hadisələr fonunda qələmə alınıb. Əsər qollu-budaqlı qəhrəmanlarına, dəyərlərin toqquşması və bədii boyaların zənginliyinə görə haqlı olaraq milli tarixi roman janrının kamil nümunələrindən sayılır və tarixi mövzuya münasibətdə yeni ədəbi prinsiplərin təşəkkülünə yol açır. Tarixi mövzulara müraciət əvvəlki dövrlərdə ciddi tələblərlə şərtlənirdi: ədəbiyyatda hakim olan partiyalılıq prinsipinə görə, sənətkar tarixə müraciət edəndə keçmişi siniflərin mübarizə tarixi kimi qələmə almalı idi. Xüsusilə müsəlman-türk xalqlarının keçdiyi yol və taleləri tarixi mövzulu əsərlərdən kənarda qalırdı. Hətta xalqların adət-ənənəsini, milli xüsusiyyətlərini ədəbiyyat və sənətə gətirmək cəhdlərinin qarşısı alınır, belə təşəbbüslər millətçilik kimi pislənir və tənqid edilirdi.

İsmayıl Şıxlının romanı Azərbaycan xalqının tarixindən sinfi mübarizə baxımından danışmırdı. Əksinə, bu romanın əsas qəhrəmanı- Cahandar ağa əməkçi sinfin nümayəndəsi yox, kəndli yox, böyük bir mülkədardır. Romanın böyük rəğbətlə qarşılanmış bu qəhrəmanı həm bütöv, həm də ziddiyyətli bir insandır. Cahandar ağa, ilk növbədə, dədə-baba yurdunun, doğma torpağın və təbiətin sahibidir.

O öz davranışında tam müstəqildir, lakin ona da adi insani hislər yad deyil. Mələyi evə gətirəndən sonra ailədə yaranan gərginlik ona da dərindən təsir göstərir. Düzdür, Cahandar ağa bunu ətrafdakılara büruzə vermir, dərdini içində çəkir, amma İsmayıl Şıxlı bu mülkədara öz rəğbətini gizlətmirdi. Bu xüsusiyyətlər tarixə münasibətdə yazıçının böyük cəsarəti və ədəbiyyata gətirdiyi yenilik idi. Həmçinin əsər sovet dövründə xalqımızın keçmiş həyat və yaşayış tərzi haqqında ən realist və həyat həqiqətini düzgün verən bir roman idi. Bu əsəri yaradarkən yazıçı dünya ədəbiyyatının təcrübəsindən, xüsusilə M.Şoloxovun "Sakit Don" epopeyasından təsirlənmişdi. "Dəli Kür" cəmiyyətin ictimai ab-havasında da əsaslı dəyişikliklər yaratmış, sovet ədəbiyyatının saxtalıq və yalan dolu çürük ənənələrini öz həqiqiliyi və sənət püxtəliyi ilə dağıtdığını Azərbaycan oxucusuna ilk dəfə olaraq göstərən, "müftəxor, tamahkar və yelbeyin ağa" surətləri ilə daban-dabana zidd olan yeni ağa obrazı - qeyrətli, vətənpərvər, mərd azərbaycanlı ağası surəti bəxş etdiyini, ötən əsrin Azərbaycanında baş vermiş hadisələrin görünməyən tərəflərini bütün reallığı ilə açıqlamaqla, mühüm rol oynayır.Tarixi roman kimi düşünülmüş əsərdə başlıca və qiymətli müəllif qayəsi doğma torpaq və onun sahibi olan insan məsələsi idi. "Dəli Kür"ün əsas qəhrəmanı Cahandar ağadırsa, ikinci aparıcı qəhrəmanı doğma Azərbaycan təbiəti- Kür çayı, səma və meşədir. Təbiət obrazının özü də baş qəhrəmandan ayrılmazdır. Cahandar ağa, ilk növbədə, dədə-baba yurdunun, doğma torpağın və təbiətin sahibidir. Çayın sahilində olan Göytəpə kəndi,onun insanları, Kür çayı, Kür qırağının meşələri romanda xüsusi rəğbətlə təsvir edilən ayrıca obraz səviyyəsinə qaldırılır.

"Dəli Kür" vətən, torpaq obrazını xüsusi doğmalıq eləcə də, səmimiyyətlə yaradır və bu əsərin milli koloritini və fikir əsasını dərinləşdirir. Yazıçı öz qəhrəmanlarının məğzini doğma təbiətlə ilkin və şüuraltı vəhdətində axtarır. Bu vəhdət romandakı əsas qəhrəmanların daxili azadlığının, təbii davranışının, milli düşüncəsinin ayrılmaz hissəsidir. Romanın mərkəzində Cahandar ağanın ailəsidir: arvadı Zərnigar,bacısı Şahnigar, oğlu Şamxal əsərin əsas surətləridir. Bu ailəyə düşən nifaq da təsadüfi xarakter daşıyır: bir gün Cahandar ağa evə ikinci bir arvad- Mələyi gətirir. Zərnigar bundan özünü təhqir olunmuş hiss edir. Axı o, iyirmi yaşı keçmiş oğul anasıdır. Ərinə açıq narazılıq bildirməyi bacarmasa da, dözümlü, namuslu bir qadın olan Zərnigar daxilən əzab çəkir, el içində, qohum-qonşu arasında alçaldılmış vəziyyətdə qaldığını hiss edir. Maraqlıdır ki, başqasının arvadını götürüb qaçan, bacısının qanına bais olan Cahandar ağa oxucular tərəfindən sevilir. Ümumiyyətlə, onun müsbət, yoxsa mənfi surət olması barədə qərar vermək çətindir. Cahandar ağa maarifçilərlə mövhumatçıların mübarizəsində birincilərin tərəfini tutur, başqasının torpağına göz dikən çar əsgərləri ilə açıq döyüşə girir. Bu, eyni zamanda Cahandar ağanın addımlarındakı ağayanalıq ona hörmət qazandırır. Qeyrət keşikçiləri isə ona bacısını öldürdüyünə görə də haqq qazandırırlar.

Yazıçı Zərnigarın obrazını da rəğbətlə yaratmışdır. Adi bir kənd qadını olan Zərnigarda dərin qürur hissi vardır. Lakin o, dədə-baba qaydasına görə əri qarşısında müti olmaq borcunu da yerinə yetirir, əri ilə aradakı pərdəni saxlamağa çalışır. Lakin Şamxalın gəlişi və anasına kömək etmək cəhdi Zərnigarın iztirablarını daha da artırır. Mələyi xəncərlə vurmaq istəyəndə atası gəlib çıxır. Şamxalın ata evindən didərgin düşməsi, kasıb bir ailədən qız qaçırıb kənarda yaşaması ananın qəlbini göynədir. Şamxal qətiyyəti, dikbaşlığı, özünə daxili inamı ilə atasını xatırladır, mülkədar əxlaqını təmsil edir. Göytəpə kəndində Cahandar ağanın varisi məhz o olacaqdır. Dədə-baba əxlaqına görə, o, anasına deyil, atasına tərəf durmalıdır. Lakin Şamxal hələ cavandır, anasına qarşı məhəbbət və pərəstiş hisləri ona üstün gəlir. Məsələnin təfərrüatını, Mələyin taleyini bilmədən onu aradan götürməklə vəziyyəti həll etməyə çalışır. O, ən ağır qəbahət edir- böyüyün iradəsinə qarşı çıxır, bir növ feodal ailəsinin əsas prinsiplərinə qarşı gedir. Lakin nəticə də ağır olur: o, ata evinin üzvü olmaq hüququnu itirir, ailədəki parçalanma dərinləşir. Lakin əsərdə yazıçının müdrikliyi bir də ondadır ki, qəhrəmanlarından heç birini mühakimə etmək fikrinə düşmür, onlara qarşı mərhəmətlə təhkiyə aparır, surətlərin səhv addımlarına belə həyatın çoxmənalı mürəkkəbliyi yüksəkliyindən baxır. Yazıçı özünün bütün sənətkarlığını və yaradıcılıq imkanlarını Cahandar ağa üzərində cəmləşdirmişdir. Bu monumental obraz üzərində yazıçı insan həyatının və özünütəsdiqinin tragizmi mövzusunu xüsusi bədii qüvvə ilə ifadə edə bilmişdi.

Sonda demək istərdim ki, "Dəli Kür" romanını oxuyarkən biz yazıçının bir feodal ailəsi timsalında XIX əsrin sonlarında Azərbaycan kəndinin geniş mənzərəsini, demək olar ki, bütün sosial təbəqələrin bədii obrazlarını müşahidə edirik. "Dəli Kür", sözün həqiqi mənasında, xəlqilik ideyalarına əsaslanan bir əsərdir və Azərbaycanın romançılıq təfəkküründə, xəlqilik dəyərlərinin və həqiqətlərinin bədii təsvirində böyük rol oynayır.



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI

1. İSMAYIL ŞIXLI- ÖLMƏZ ƏSƏRLƏR ( BAKI- 2004)

2. İSMAYIL ŞIXLI- WIKIPEDIA

3. KULİS.AZ

4. AĞA CƏFƏRLİ- AJİOTAJ YAZILAR


Download 23,37 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish