Radio jurnaliSTİKA



Download 3,35 Mb.
Pdf ko'rish
bet22/132
Sana13.04.2022
Hajmi3,35 Mb.
#549442
1   ...   18   19   20   21   22   23   24   25   ...   132
Bog'liq
Azerbaijan. Radiojournalism

II BÖLÜM


21
RADİO VƏ VEB
Radio niyə sosial medianın arxasınca getməlidir? 
Bunun bir çox səbəbi ola bilər. Amma ən əsası, “radio 
öz auditoriyasının olduğu yerdə olmalıdır” məsələsidir. 
İndiki zamanda, nəinki radionun, həm də qəzetlərin, 
TV-lərin də auditoriyası məhz sosial platformalardadır. 
Sosial media insanı Facebook səhifəsini və ya Twitter 
xəbər lentini tərk etmədən hər şeydən xəbərdar olmaq 
istəyir. Radio İnternetdən yararlanaraq özünə yeni 
auditoriya yığa bilər.
Deməli, hər şeyi sistemli şəkildə təqdim etmək 
lazımdır! Yəni
- Mövzu və ya Veb məqalə ilk 4 sətirdə cəmləşməlidir: 
bütün vacib məlumatlar bu hissədə verilməlidir. Bir 
çox izləyicilər daha artığını oxumayacaq. Aşağıdakı 
nümunədə bax: vurğulanan hissə mövzunun canıdır. 
Bu hissə 5-6 cümlədən, 50-80 sözdən artıq olmur. 
Bu təkcə mövzunun əsas elementlərinin sürətlə 
oxunması üçün deyil, həm də telefon və ya tablet 
ekranına sığışacaq qədər olmasıdır. İzləyici (oxucu) 
daha çox detal, tarixçə və lazımi linklər görmək 
istədikdə məqalənin qalan hissəsinə baxa bilər. 
Səhifənin qırağında xəbəri daha ətraflı çatdıran 
səhifələrə keçidlər (linklər) də yerləşdirilir.
- sırf radio səhifəsidirsə, canlı yayımın və verilişlərin 
sonradan dinlənilmə yeri müəyyən edilməlidir.
- bütün başlıqlar səhifədə səliqəli yerləşdirilməlidir 
ki, tapmaq asan olsun. Səhifə konkret, həm də 
rəngarəng olmalıdır, rəngarəngliyə kontent 
zənginliyi də aiddir.
- hər bir rubrikanın öz daimi yeri olmalıdır ki, istifadəçi 
rahatlıqla hər zaman dinlədiyi verilişi tapa bilsin.
Onlayn xəbərlər 
Canlılığı qorumasına rəğmən, onlayn 
xəbərlər radio platformasından fərqlidir. İndi mövzular 
ən əvvəl veb səhifələrdə çıxır. Çünki hazırda veb 
səhifələrin izləyicilərinin sayı radio dinləyicilərindən 
çoxdur. Ona görə də radio jurnalist canlı yayıma 
getməzdən öncə mövzunu - yazı və səsli formada 
- internet səhifəyə yerləşdirir. Bu, o deməkdir ki, 
onlar həmişə şəkilləri, yazını və səhifə üçün səsin qısa 
versiyasını hazırlamağı nəzərdə tutmalıdır. Hətta qısa 
video da əlavə edilə bilər. Digər saytlara və ya əlaqədar 
yazılara linklər də göstərmək olar. Bundan əlavə,
yaxşı olar ki, radionun jurnalist-əməkdaşı bir bloq 
yaratsın. Mövzu ilə bağlı suallara cavab versin, reportaj 
hazırlanması prosesindən öz təəssüratlarını yazsın. İndi 
həyat çox məşğuldur və radiojurnalistin həyatı xüsusilə 
doludur. O eyni zamanda həm fotoqraf, həm bloqqer, 
həm podkaster, həm də onlayn yazar olmalıdır. Bir 
sözlə, multimedia, multibacarıqlı bir reportyor!

Download 3,35 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   132




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish