20
RADİO VƏ YENİ MEDİA
Radio öz ilk 40 ilində dövrünün media kralı idi –
1920-lərdən 1960-lara kimi. TV-nin ixtira olunması
bütünlüklə hər şeyi dəyişdi. İllər keçdikcə, radio
lazımlılığını qorumaq üçün çox çalışdı. 1970-lərdə daha
keyfiyyətli FM dalğasına keçdi. 90-larda İnternetin
meydana gəlməsi və inkişafı radio aləminə də yeni
terminlər, yeni vasitələr gətirdi - mp3, canlı yayım
və s. Radio səyyar qurğulara, maşınlara keçdi, peyk
vasitəsilə yayıma başlanıldı.
2000-ci ildən sosial media “bum”undan sağ çıxmaq
üçün bütün ənənəvi KİV-lər, eləcə də radio öz
formatına, yayımına və dinləyiciyə təqdim etdiyi
məzmuna yenidən baxmalı oldu.
21-ci əsr özü ilə bir dəstə məşhur və ya çoxişlək
ifadələr
(buzzwords)
gətirdi:
Yeni media
tələbə uyğun olan kontentin istənilən vaxt,
istənilən yerdə və istənilən rəqəmsal qurğu ilə çatımlı
olmasıdır. Buna interaktiv istifadəçi rəyi, hərfi tərcümə
etsək geribildirimi (ingiliscə feedback) və yaradıcı
iştirak da aiddir.
Sosial media
insanların şəxsən yaratdığı, paylaşdığı
və ya informasiya mübadiləsi apardıqları onlayn
şəbəkələrin
(məsələn, Facebook kimi)
bir-biriləri ilə
qarşılıqlı əlaqəsidir. Sosial medianın ənənəvi mediadan
əsas üstünlükləri çatımlılıq, tezlik, təcili və qalıcı
olmasıdır.
Sosial şəbəkələşmə başladıqda, “radio öldü” kimi
fikirlər də az səslənmədi. Amma bunun əksini söyləyən
arqumentlər daha çoxdur. Tezliklə, “ölməmək” üçün
radiostansiyaların əksəriyyəti onlayn “qol”larını da
dinləyiciyə uzatdılar.
Yeni media radioya nə qazandırdı?
- İnternet aləmi radionu daha möhkəm, canlı,
auditoriyasını daha rəngarəng etdi desək, yanılmarıq.
Məsələn, Azərbaycan vətəndaşı üçün Avropa yerli
radiolarını dinləmək indi çətin deyil. Beləliklə, dinləyici
özünə yeni seçimlər, radiolar isə yeni insanlar qazandı.
- Sosiallıq və interaktivlik imkan verdi ki, radio öz
məzmununu zənginləşdirsin. İndi radiolar insanların
tələbinə daha çox xidmət edir.
- Təkcə radio yox, bütün KİV-lər hadisələrdən indi
daha tez xəbərdar olur. Sosial şəbəkələr hadisənin
işıqlandırılma sürətinə bəlli təsir edir.
- Radio dinləyicisi indi daha sərbəstdir və realdır. Radio
öz izləyicilərini tanıya bilir və qarşılıqlı əlaqə yaradılır.
- Radio insanların evlərinə, avtomobillərinə, iş
yerlərinə qonaq kimi gəlirdisə, indi insanlardan biri
oldu. Əvvəllər radio aparıcılar, işçiləri əlçatmazlıq
simvolu idi, insanlarla media arasında bir sərhəd var
idisə, indi jurnalistlər onları izləyənlərlə FB, ya da
Twitter dostu oldular.
Hər evdə, hər məkanda internetin təmin edilməsi
prosesi durmadan sürətlənir. Bu da yeni radio
formatı üçün əlverişlidir. Hətta avtomobillərdə
WiFi quraşdırılsa, radio yenə də aktuallığını itirmir.
İnsanların bu dəfə maşın sürərək, iş görərək radionu
dinləyəcəkləri də istisna deyil.
RADİONU ANLAMAQ /
RADİO VƏ YENİ MEDİA
Do'stlaringiz bilan baham: