(Şamil Ə., 2006: 177),
Fedora (Tudora) Arnaut 1999-cu ildə
Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutunda professor Qara Namazovun rəhbərliyi ilə “Qaqauz
folklorunda mani nevi (Türkiyə və Azərbaycan mani-bayatı
örnəkləriylə qarşılaşdırma)
(Arnaut T., 1999)
və Valentina
(Güllü) Qərənfil 2005-ci ildə Azərbaycan Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutunda professor Həsən Quliyev və
professor Dionis Tanasoğlunun rəhbərliyi ilə “Qaqauz dilinin
məişət leksikası”
(Qərənfil G., 2004)
mövzularında elmi iş
yazaraq filologiya üzrə fəlsəfə doktoru almışlar. 60-a yaxın qa-
qauz gənci isə ali məktəblərimizdə oxumuşlar. Onların böyük
əksəriyyəti 1988-1996-cı illərdə Bakı Dövlət Universitetini bi-
tirmişdir.
Bir sözlə, Azərbaycanda türk xalqları haqqında yazılanları
qarşılaşdırsaq sayca az olan qaqauzlara daha çox yer ayrıl-
dığını görərik.
1.4. Bucaq kəndləri və bucaq tayfası
İlk baxışda elə təsir yaranır ki, Azərbaycanda qaqauzlar
haqqında xeyli araşdırma aparılmış və qaqauzların tanıdılması
da yetərincədir. Amma bir az dərinliklərə getdikdə öyrənilmə-
miş, qaranlıq qalmış çox mövzuların olduğunu görürük.
Dayım qızı Ülviyyə Qarayeva qonşu kənddə-Böyük Məz-
rədə yaşayan qohumumuz İsgəndər İbrahim oğlu ilə ailə
qurduqdan sonra ərinin təyinat yeri - Şəki rayonunun Turan
qəsəbəsinə köçmüşdü. İsgəndər Gəncədə Kənd Təsərrüfatı İns-
titutunun baytarlıq fakültəsini bitirmişdi. Mən də Turan qəsə-
bəsinə gedəndə adamların əhval-ruhiyyəsini öyrənmək üçün
onunla çayxanaya gedər, söhbətlərə qulaq asar, müzakirələrə
qoşular, folklor örnəkləri toplayardım. Çayxanada bəzən kim-
lərəsə “qaqauz”, “türkman” deyə zarafat etdiklərini eşitsəm də,
buna o qədər əhəmiyyət verməmişdim.
Qəbələ rayonundakı Komrat baba piri haqqında oxuyanda
yadıma qaqauzların yığcam yaşadıqları Moldova Respublika-
sındakı Komrat şəhəri düşdü. Bizimlə eyni illərdə jurnalistika
fakültəsində qiyabi oxuyan, Qəbələnin Çarxana kəndində do-
ğulmuş Akif Hacıyev rayonlarındakı Zizik və Dizax kəndlə-
rində yaşayanlara “türkman” deyildiyini, “türkmanlar” evlə-
nərkən öz tayfalarından qız aldıqlarını, hətta münasıb qız tap-
mayanda qonşu kəndlərdən deyil, Bərdədəki “türkmanlar”dan
qız aldıqlarını eşitdikdə bölgəyə marağım artdı. Turan qəsə-
bəsində eşitdiklərim yenidən diqqətimi çəkdi.
Turan qəsəbəsindəki çayxanada Oğuz rayonunun Baş Da-
şağıl kəndində yaşayanlara qaqauzlar deyildiyini qeydə almış-
dım. Məsələni aydınlaşdırmaq üçün Baş Daşağıl kəndinə get-
dim. Kəndin çevrəsindəki qəbiristanlıqlarda başdaşlarının çoxu
torpağa batıb. Kənddən aşağıda isə xristian məbədinin xara-
balıqları qalır. Burada araşdırma aparılmayıb.
Kəndin indiki sakinlərinin əksəriyyəti Qafqazda Rusiya
müstəmləkəçiliyinə qarşı Şeyx Şamilin başçılığı ilə 30 il
davam edən müridizm hərəkatı məğlub olduqdan sonra, yəni
son 100-150 ildə burada məskunlaşmışlar. Hətta elə ailələr var
ikinci dünya savaşından sonra buraya köçmüşlər.
Rayon mərkəzindən Baş Daşağıla gedən yolun sağında
Bucaq adlı kənd var. Bu kənd haqqında “Azərbaycan toponim-
ləri. Ensiklopedik lüğət” kitabında yazılmışdır: “Bucaq-Oğuz
rayonunda kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Əsil adı
Bucaq Daşağıl. 19-cu yüzildə kənd ərazisində Güllü Bucaqlı
adlı icma vardı. Bölündükdən sonra bir hissəsi Daşağıl kəndi
yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə
Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaq ad-
landırılmışdır. Kənd Qozluçayın sahilində yerləşdiyinə görə,
“Qozlu Bucaq” da adlanırdı.
Toponim bucaq tayfasının adı ilə əlaqədardır. Keçmişdə
Azərbaycanda Bucaq adlı 7 kənd vardı. Bucaq etnonimi ilə
bağlı toponimlər Qafqazda geniş yayılmışdır. 13-cü yüzildə
moğollar qıpçaqları Şimali Qafqazda sıxışdırdıqdan sonra bir
hissəsi, o cümlədən bucaqlar Azərbaycana gəlib məskunlaş-
mışlar. Bucaqlar qədim türkdilli bulqarların bir hissəsi idilər.
Dnepr-Dunay çayları ilə Qara dəniz arasında Bucaq adlı yerdə
məskunlaşdıqlarından qədim bulqarların bir hissəsi bu adı qə-
bul etmişlər. Həmin ərazi yunan qaynaqlarında Oqloss (künc,
bucaq) adlandırılırdı. Toponimin yayılma arealı genişdir. Mol-
dova ərazisindəki cənub-şərqi Bessarabiya düzü Bucaq düzü
adlanır. Türkiyədə eyni adlı yaşayış məntəqəsi, rayon ərazi-
sində Bucaq çayı, İlisu kəndində (Qax rayonu) tabun tirəsi var”
Do'stlaringiz bilan baham: |