Maqnit yumşaq, maqnit bərk ferritlər
Ferrit məmulatlar yüksək möhkəmliyi və kövrəkliyi ilə fərqlənir. Ferritlərin
mexaniki emalını sintetik almazdan olan abraziv alətlərlə həyata keçirmək olar.
Onları kəsmək, hamarlamaq və cilalamaq mümkündür. Ferrit məmulatlarda
ultrasəslə deşik açmaq olur. Ultrasəs vasitəsilə ilə ferritlər həm öz arasında, həm də
metal ilə lehimlənə bilər. Ferrit detalları polistirol, epoksid və digər yapışqanlarla yapışdırmaq
mümkündür. Ferritlər öz xassələrinə görə maqnit yumşaq və maqnit bərk materiallara bölünür.
62
Maqnit yumşaq ferritlərdən transformator nüvələrinin, induktivlik makaralarının, maqnit
antenalarının, az güclü və yüksək tezlikli elektrik maşınlarının statorlarının və rotorlarının, televiziya
aparatlarının meyiledici sistemlərinin hissələrinin istehsalında istifadə edirlər. Sənayedə geniş yayılmış
maqnit yumşaq ferritlər aşağıda göstərilən sadə ferritlərin bərk məhlullarıdır:
1) nikel–sink ferritləri nikel-ferritin və sink-ferritin bərk məhluludur;
2) manqan-sink ferritləri manqan-ferritin və sink-ferritin bərk məhluludur;
3) litium tipli ferritlərdə ikivalentli metal kimi ionlar kompleksindən istifadə olunur. Litium
ferritləri çevrilmiş şpinel quruluşludur, onlarda doyma induksiyası çox yüksəkdir.
Şəkil 5.5.
Temperatur artdıqca ferritlərin maqnit nüfuzluluğu tədricən artır, sonra isə kəskin aşağı düşür.
Maqnit bərk ferritlərdən ən çox yayılanı barium–ferritdir. BaO·6 Fe
2
O
3.
Maqnit yumşaq
ferritlərdən fərqli olaraq, o, kub deyil, biroxlu anizotropiyalı heksaqonal kristal qəfəsə malikdir.
Sənayedə izotrop və anizotrop barium maqnitləri istehsal olunur.
İzotrop barium maqnitlərin istehsal texnologiyası maqnit yumşaq ferritlərin texnologiyasına
uyğundur. Barium–ferrit maqnitlərinin koersitiv qüvvəsi 240A/m-ə çatır ki, bu da Fe-Ni-Al sistemli
xəlitələrdən çoxdur.
Şayba və ya nazik disk şəklində olan məmulatlar barium maqnitlərindən hazırlanır. Onlar xarici
maqnit sahələrinə qarşı yüksək stabilliyə, mexaniki zərbələrə və titrəmələrə qarşı davamlıdır.
Barium-ferritin sıxlığı dəmir-nikel-alüminium (Fe-Ni-Al) xəlitələrinin sıxlığından 1,5-1,8 dəfə azdır,
ondan hazırlanan maqnitlər yüngül olur, onlardan yüksək tezliklərdə istifadə edilir.
Barium maqnitlərinin nöqsan cəhətləri:
– mexaniki möhkəmliyin az olması;
– yüksək kövrəkliyi;
– maqnit xassələrinin temperaturdan asılılığıdır.
Barium-ferritlərinə nisbətən kobalt ferritləri daha böyük temperatur stabilliyinə malikdir, lakin onlar
qiymətcə barium–ferritlərdən bahadır.
5.4.2.Tələbələr üçün fəaliyyətlər
Maqnit yumşaq ferrit materiallar haqqında məlumat toplayın və təqdimat hazırlayın;
Maqnit yumşaq ferritlərin növlərini müqayisə edin;
Maqnit yumşaq, maqnit bərk ferritlərin oxşar və fərqli xassələrini venn diaqramından
istifadə edərək müqayisə edin.
63
5.4.2.
Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Do'stlaringiz bilan baham: |