1. ÜMumi DİLÇİLİk I indd


Yoldaş Mayakovski komandan olsun” (S.Vurğun); 3) həyat  yoldaşı (“ər” və ya “arvad” mənasında) – O, həyat yolda-



Download 10,63 Mb.
Pdf ko'rish
bet238/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   234   235   236   237   238   239   240   241   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Yoldaş Mayakovski komandan olsun” (S.Vurğun); 3) həyat 
yoldaşı (“ər” və ya “arvad” mənasında) – O, həyat yolda-
şının ömür-gün yoldaşı kimi sonsuz hörmətini saxlayırdı; 
4) yoldaş (həmkar, iş yoldaşı mənasında) – Aygün, daha 
yığış, yetişdi zaman. Yoldaşlarım kimi, mən də Muğana 
aqronom gedirəm (S.Vurğun).
Dildə mövcud olan söz əsasında yeni mənalı sözlərin əmələ 
gəlməsi omonim hadisəsinin mənbəyi kimi diqqəti cəlb edir.
Dilin daxili inkişafı dilin müxtəlif lay və qatlarında 
baş verən dəyişikliklərdir. Dilçilikdə bu daxili inkişaf qa-
nunları iki yerə bölünür: ümumi və xüsusi
1
.
Ümumi bütün dillərə aid olan qanunlara deyilir. Mə-
sə lən, sözyaratma prosesi bütün dillərə aiddir. Dilin ümu-
1
B.И.Koдухов. «Общее языкознание». M., 1970, c. 196.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
427
mi qanunları universallıq təşkil edir. Yəni bütün dünya dil-
lərində olan qanunauyğunluqlar universal hesab olunur.
Xüsusi daxili qanunlar isə müəyyən dil və ya dil qru-
puna aid olur. Məsələn, ahəng qanunu, əsasən, aqlütina-
tiv dil qrupuna, o cümlədən türk dilləri qrupuna məxsus-
dur və buradakı dəyişiklik və inkişaf xüsusi xarakterlidir. 
Başqa şəkildə desək, bu dil hadisəsi dünya dillərinin çoxu-
na yaddır və əsasən türk, monqol, tunqus, mancur dillərin-
də mövcuddur.
2. XARİCİ FAKTORLARIN ROLU
Dilin inkişafının xarici faktorları insan fəaliyyətinin, 
cəmiyyət tarixinin müəyyən məsələləri ilə bağlıdır. Dilin 
dəyişməsi və inkişafında xarici faktorların rolu az deyildir.
Əgər dilin daxili inkişaf faktorları dilin qatları, layları 
ilə əlaqədardırsa, xarici faktorlar cəmiyyətin ictimai quru-
luşu, ideologiyası, xalqların əlaqəsi, əhalinin etnik tərkibi, 
bədii ədəbiyyat, elm, sənaye, texnika və təfəkkür fəaliyyə-
tinin inkişafı ilə bağlıdır. İnsan şüurunda, onun təfəkkürü-
nün müxtəlif sahələrində baş verən hər bir dəyişiklik dildə 
də öz lüğəvi və qrammatik əksini tapır.
Dilin inkişafında xüsusi rol oynayan xarici faktor-
lardan biri dillərin əlaqəsi, kontaktıdır. Bu faktor xalqlar 
arasında iqtisadi, siyasi, mədəni və digər əlaqələr əsasında 
meydana çıxır. Dünyada elə bir dilə rast gəlinməz ki, o, an-
caq öz daxili vasitələrindən ibarət olsun. Bu faktorun əsa-
sında dünya dillərində dil əlaqəsi ənənəsi yaranmışdır. Bu 
ənənə bütün dünya dillərində mövcuddur. 
Dilin inkişaf etməsində xarici faktor kimi yazı da az 
rola malik deyildir. Dilin inkişafında yazının rolu olduqca 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
428
böyükdür. Məlumdur ki, yazan hər bir şəxs şifahi danışana 
nisbətən öz fikrini tələsmədən sərbəst və ətraflı ifadə edə 
bilər. Yazı zamanı dilin imkanlarından daha geniş istifadə 
olunur. Buna görə də fikri rəngarəng, təsirli ifadə edərkən 
sadə cümlə ilə yanaşı, mürəkkəb cümlənin müxtəlif növlə-
rindən geniş istifadə edilir. Bundan əlavə, yazı ədəbi dilin 
formalaşmasına təsir göstərir, fikrin müxtəlif üslubda ifa-
də olunmasına imkan yaradır. Dilin üslublar sistemi yazı 
vasitəsilə sabitləşir.
Dildə baş verən inkişaf prosesi izləri birinci növ-
bədə əyani şəkildə yazıda öz əksini tapır. Buna görə də 
yazılı ədəbiyyat dilin inkişaf meyarı kimi daha mötəbər 
mənbə hesab edilir. Çünki ancaq yazı vasitəsilə dilin ən 
qədim ünsürlərini, onların variantlarını aşkar etmək və 
onu müasir dillə müqayisə etmək mümkündür. Yazı ol-
masaydı, dilin keçmişi haqda heç bir təsəvvür əldə etmək 
mümkün olmazdı.
Dilin digər xarici faktorlarının da hər biri onun ümu-
mi inkişafında xüsusi əhəmiyyətə malikdir.
Dilin hər hansı bir faktor əsasında inkişafı fəaliyyət 
dairəsini bir az da artırır. Dilin fəaliyyətdə olması onun 
inkişafı, inkişafda olması isə fəaliyyətdə olması deməkdir.
Dilin inkişafı bütün komponentlərində aydın şəkildə 
özünü göstərir. Hələ uzaq keçmişdə alimlər dilin fonetik, 
lüğəvi və qrammatik tərkibini bir-birindən fərqləndirməyə 
başlamış, orada səs, söz və cümlələrdəki dəyişiklikləri, in-
kişafı müşahidə etmişlər. Bu ilk müşahidələr böyük təd-
qiqatların yaranmasına səbəb olmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
429

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   234   235   236   237   238   239   240   241   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish