1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet188/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   184   185   186   187   188   189   190   191   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

çıltı ünsiyyəti də meydana çıxmışdır. Pıçıltı ilə həddindən 
artıq alçaqdan, boğazda danışılır. Bu, əslində, xışıltıya ox-
şayır, lakin sadəcə xışıltı olmayıb, müəyyən fikri ifadə et-
məyə, anlatmağa xidmət edir. Pıçıltı ünsiyyətindən Seylon 
meşələrində yaşayan veddalar, Mərkəzi Afrika meşələrinin 
sakinləri olan piqmeylər istifadə edirlər.
Tədqiqatçılar pıçıltı danışığının ovla əlaqədar (me şə-
lər də ov zamanı ucadan danışığın heyvanları ayıq saldı-
ğına görə) yarandığını iddia edirlər. Bu vasitə get-gedə o 
dərəcədə təkmilləşmiş və inkişaf etmişdir ki, zahiri cəhət-
dən o, səsli dildən fərqlənmişdir. Lakin aydın məsələdir ki, 
pıçıltı danışığı müstəqil ünsiyyət vasitəsi rolunu daşıma-
mışdır. Çünki o, səsli dil əsasında qurulub, həmişə ondan 
asılı olmuşdur.
Təbil ünsiyyəti. Fikrin ifadəsi üçün istifadə olunan va-
sitələrdən biri də təbildir
1
. Bu vasitədən Afrika, Amerika 
və Asiyanın bir sıra xalqları “danışıq” üçün istifadə edirlər. 
Həmin alət xüsusən Afrika ölkələrində daha geniş yayılmış 
və inkişaf etmişdir. Bunun nəticəsidir ki, orada hər ailədə, 
hər evdə təbil vardır. Bununla onlar həm yaxın, həm də uzaq 
1
Təbil səsi müəyyən şərti məna ilə əlaqədar olduqda təbil dili, “təbil danışığı” adlanır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
327
məsafədən “danışa” bilirlər. Məsələn, təbil səsi ilə qonşuya 
məlumat vermək mümkün olduğu kimi, ətraf kəndlərlə də 
əlaqə yaradılır. Elə bu cəhətinə görə də onu “təbil-telefon” 
adlandırırlar. Təbilin səsi 10 kilometr məsafəyə qədər ça-
tır. Səyyahların qeydlərinə görə, həmin məsafəni bir günə 
ancaq qət etmək olur. Çünki o yerlər qalın meşələrlə örtül-
müş sıldırım qayalar və uçurumlardan ibarətdir.
“Təbil-telefon” çox müxtəlifdir. Bunlar forma və istifa-
də məqsədinə görə bir-birindən fərqlənir. Zahiri cəhətinə, 
həcminə görə təbil iki cürdür: a) kiçik təbil; b) nəhəng təbil.
Təbillər istifadə məqsədinə görə də iki formada olur: 
a) müharibə təbili; b) danışıq təbili.
Ən çox istifadə olunan “danışıq” təbilidir. Bu təbil fil 
gönündən çəkilir. Həcmi çox nəhəngdir, ona görə də xüsu-
si ayaqlar üzərində qoyulur.
Təbili hər adam çala bilmir. Bu məqsədlə xüsusi təlim 
keçilir, təbil çalanlar hazırlanır. Bu təbil çalanlar müəyyən-
ləşdirilmiş bütün işarə və siqnalları mənimsədikdən sonra 
fikri lazımınca ifadə edə bilirlər.
Təbilin səsi adi, alçaq və yüksək tonda olur. Bu ton-
lar müəyyən məna ilə bağlıdır. Belə ki, uca səs vasitəsilə 
adamlar toya dəvət olunur, yaxud düşmənin yaxınlaşması 
haqqında xəbər verilir və s.
Bəzi xalqlarda bu vasitə geniş yayılmaqla bərabər, həm 
də çox təkmilləşmişdir. Onlarda “xüsusi danışıq” “ümumi 
danışıq”dan asanlıqla fərqlənir. Buna görə də kənd sakinləri 
təbilin səsini eşidən kimi onun bir şəxsə, yaxud hamıya aid 
olduğunu bilirlər. Bununla bərabər, deyilənə görə, iki şəxs 
bir-biri ilə danışanda öz xüsusi siqnallarından istifadə edir.
Alimlərin tədqiqatları göstərir ki, təbil “danışığının” 
özünə aid üsulu vardır. Bu üsulun tələbinə görə, fikir bir-
dən-birə ifadə olunmur. Bunun üçün əvvəlcə xüsusi ritmlə 
diqqəti cəlb edən çağırış siqnalı verilir. Məsələn:


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
328
Alçaq tonla:
“Eşidin, eşidin, eşidin...
Sonra yüksək tonla:
– Eşidin, eşidin, eşidin!
– Eşidin, sizə etibarlı dostunuz, sizin təbil çalanınız xəbər 
verir... Sizin etibarlı təbilçalan şəhərdə yanğın görür...”
1
Göründüyü kimi, təbil səsi alçaqdan başlayıb, nəzər-
ləri cəlb etdikdən sonra əsas fikri ifadə edir.
Afrikada təbil “dili” vasitəsilə hər cür məlumat və 
xəbəri xalqa çatdırmaq olur. Məsələn, həyəcan siqnalı və 
məişət xəbərləri verilir, müxtəlif məqsədlərlə xalqa müra-
ciət edilir, son xəbərlər ifadə olunur, sakinlər alver etməyə 
çağırılır və s.
Təbil ünsiyyətindəki işarələrin mənası qabaqcadan 
səsli dilə istinadan müəyyən edilir. Demək, bu ünsiyyətin 
varlığı səsli dillə möhkəm bağlıdır. Buna görə də təbil ün-
siyyəti səsli dil olmadan yarana və inkişaf edə bilməz.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   184   185   186   187   188   189   190   191   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish