VI BÖLÜM. İRİHƏCMLİ PROQRAMLARIN HAZIR-
LANMASI
Jurnаl tipli (maqazin) prоqrаmlаrın hazırlanması
Diskussiya proqramları
Telefon proqramları
Studiyadankənar yayım
Musiqi proqramları
Səhər şousu
Müəllif verilişləri
Radiokanal
VII BÖLÜM. RADİO PRODÜSERLİK
Radio prodüser kimdir
Verilişlərin efirə hazırlanması
VIII BÖLÜM. RADİO PROQRAMLAŞDIRMA VƏ
EFİRİN İDARƏ OLUNMASI
Proqramlaşdırmanın önəmi
Yayımın struktur özəllikləri
Proqram kompozisiyası
XI BÖLÜM. RADİO YAYIMININ HÜQUQİ VƏ ETİK
TƏNZİMLƏNMƏSİ
Radio yayımı haqqında qanunvericilik: dünya və yerli
təcrübə
İctimai və özəl radioların hüquqi statusu
Radioefir və etik qaydalar
Seçkilərin işıqlandırılması
Xarici radioların etik tənzimlənmə təcrübəsi
5
GİRİŞ
Bu gün bütün dünyada televiziya və internetin dinamik
inkişafına baxmayaraq, radio həm media sistemində,
həm də insanların həyatında öz yerini, cazibə qüvvəsini
qoruyub saxlayır. Düzdür, “danışan qutu” meydana
çıxdığı ilk illərdə olduğu qüdrətli auditoriyaya ma-
lik deyil, amma bu gün onun tamaşaçılarının kəskin
azalmasını da iddia etmək olmaz. Təkcə televiziya
siqnallarının çatmadığı ucqar məkanlarda deyil, iri şəhər
və qəsəbələrdə də radio bu gün insanların həmsöhbəti,
etibarlı həmsöhbəti, dostu və qulaq yoldaşıdır. Hələ
də evdə və avtomobillərdə radio milyonlarla dinləyici
üçün operativ xəbər mənbəyidir. Radio könül oxşayan
musiqiləri, bədii verilişlərı, ədəbi tamaşaları, müxtəlif
janrlı musiqiləri, maqazin proqramları ilə yüksək zövq
mənbəyi olaraq qalır.
Uzun illərdir ki, biz radionu bir çox məziyyətləri ilə
yanaşı, həm də şifahi nitq daşıyıcısı kimi, ana dilimizin
gözəlliyini, incəliyini, ədəbi normalarını təbliğ edən
vasitə kimi tanıyıb qəbul etmişik. Bu gün televiziya ilə
yanaşı, radio da mürəkkəb proseslərin getdiyi müasir
ədəbi dilin, onun normalarının daşıyıcısı və milyonlar
üçün nümunəvi nitq mədəniyyəti tribunasıdır.
Çağdaş radio jurnalistikanı internetdən ayrı təsəvvür
etmək mümkün deyil, çünki internetin yaranması
ilə radio yeni və hüdudsuz bir arena, həm də əlavə
texnoloji imkanlar qazanıb. Hazırda radio yayım daha
keyfiyyətli səs almağa imkan verən geniş mərkəzi
rəqəmsal serverlərdən aparılır. İndi internet sayəsində
minlərlə radiostansiya geniş auditoriya dilimlərinə
xidmət etməkdədir. Bu gün universitet tələbələrinin
radiostansiya yaratması, internet radioya sahib olmaları,
öz verilişləri ilə efirə çıxmaları nisbətən əlverişli və ucuz
başa gəlir. Digər tərəfdən sosial media da radioya, bu
sahədə çalışan jurnalistlərə öz diqtəsini edir.
Radio digər elektron KİV-lə olduqca effektli rəqabət
aparmaqdadır. Bu onun yüklənmə zamanı çox az
yer tutması və ya məlumat axınında böyük yer tələb
etməməsinin nəticəsidir. Ümumiyyətlə, radioda mühit
texniki cəhətdən çox əlverişlidir və proqramların canlı
yayımda nümayişi üçün ideal şəraitə malikdir. Məsələn,
ən son xəbərlər informasiya agentliklərindən, yerli və
xarici müxbirlərdən gəlir, dinləyici telefonla danışır,
interaktivlik auditoriyanı əldə saxlamağa imkan verir,
yerli stadiondan son idman xəbərləri çatdırılır, böyük
saraylardakı konserti dinləmək imkanı var – radio
bütün gün ərzində bilavasitə insanlarla canlı ünsiyyət
qurur: onları məlumatlandırır, maarifləndirir, zövqlərini
oxşayır, problemlərini dilə gətirir, dərdlərinə şərik olur.
Əvvəlcədən lentə (diskə) yazılmış proqramlar müəyyən
zaman müddəti arasında təqdim olunur, çünki qəzet
kimi onun da vaxtı keçə bilər, amma radio özlüyündə,
əsasən, canlı və zamana uyğunlaşdırılmış olur.
İndi tez-tez “yeni media” ifadəsini eşidirik və
bəzilərinə elə gəlir ki, ənənəvi (köhnə) media qayda və
prinsiplərini əsaslı şəkildə dəyişərək yeni mediaya keçir.
Əslində isə belə bir şey yoxdur, sadəcə, konvergen-
siya deyilən qlobal proses var. Yəni mövcud medianın
auditoriya qarşısına yeni qiyafədə çıxması, auditoriya ilə
onun öz dilində danışa bilməsi, əlini oxucu, dinləyici və
tamaşaçının nəbzi üstündə saxlaması prosesi gedir. Təbii
ki, yeni texnologiya və yeni fəaliyyət prinsiplərinə uyğun
olaraq jurnalistlər də, onların düşüncə və təfəkkür tərzi,
jurnalistikaya baxış bucağı da dəyişir. Artıq yeni texnoloji
şəraitdə onlardan yeni bilik, bacarıq və fərqli vərdişlər
tələb olunur. Bütün KİV sistemi, o cümlədən radio da,
məhz yeni jurnalistikanın bu dəyişən havasına, ritminə
və standartlarına uyğunlaşırlar.
Dediyimiz proseslər onu göstərir ki, radio jurnalistikası
həm məzmun, həm də texnoloji baxımdan dəyişir,
yeniləşir. İndi dinləyici auditoriyasını cəlb etmək üçün
yeni-yeni formalar axtarışında olur, həm də bu forma-
larla məzmun (kontent) arasındakı qarşılıqlı əlaqələri
təmin etməyə çalışırlar. Bu axtarışların səmərəli olması
üçün radio jurnalistikası sahəsində müəyyən baza
biliklərinin olması çox vacibdir. Sizlərə təqdim olunan və
dünyanın qabaqcıl radiolarının təcrübəsini əks etdirən
“Radio jurnalistikası” dərsliyi məhz bu təməl bilikləri
çatdırmaq, tələbələri cağdaş radio işi ilə tanış etmək
üçün yazılmışdır.
Dərslik doqquz bölmədən ibarətdir və radiojurnalistikası
üçün mühüm olan beş əsas istiqaməti əhatə edir.
Birinci istiqamət KİV vasitəsi kimi radionun mahiyyətini,
media sistemindəki yerini, ümumi təbiətini, yaradıcılıq
baxımdan özəlliyini, ifadə vasitələrinin funksionallığını,
texniki əsaslarını əhatə edir. İkinci istiqamət radioda
xəbərləmə işinə aiddir və bu işin bütün yönləri ən
xırda detallarına kimi əks etdirilmişdir. Üçüncüsü,
radio yayımında geniş yer tutan irihəcmli proqramların
hazırlanması məsələlərinə toxunulmuşdur. Dördüncü
istiqamət radioda proqramlaşdırma və efirin
idarə olunması məsələlərini, beşinci istiqamət isə
radioyayımda etik və hüquqi məsələlərə baxışı əhatə
edir.
Dərsliyin yazılmasında radio jurnalistikası sahəsində
çağdaş ədəbiyyatlara istinad edilmişdir.
Ümüdvarıq ki, bu kitabda müasir radio jurnalistikasına
aid əksini tapmış biliklər, praktik mülahizələr, həmçinin
uğurlu radio əsəri yaratmaq üçün verilmiş faydalı
tövsiyələr bu sahəyə maraq göstərənlər üçün yaxşı
bələdçi olacaqdır.
GİRİŞ
Do'stlaringiz bilan baham: |