Borcların sürətləndirilmiş silinməsi:
2002-ci ilin iyun ayına olan məlumata əsasən 26 yoxsul dövlət bu proqram çərçivəsində 41
milyard dollara qədər vəsait alıb. Nəticədə həmin dövlətlərin xarici borcları təxminən 65
%-ə qədər azaldılıb və uyğun olaraq sosial xərclər artırılıb.
HİÇ/QİÇS-ə qarşı mübarizənin dəstəklənməsi:
QİÇS-in nə qədər ciddi təhlükə olduğunu başa düşən Dünya Bankı 2001-ci ilin sentyabr
ayından etibarən çoxtərəfli HİÇ/QİÇS proqramını həyata keçirməyə başlayıb. Proqrama
görə əsasən Afrika dövlətlərində həyata keçirilən layihələr güzəştli şərtlər əsasında
maliyyələşdirilir.
Yoxsulluğun aradan qaldırılmasına çoxtərəfli dəstək:
Proqrama ətraf mühitin mühafizəsi üzrə yeni strategiyanın hazırlanması məqsədilə qlobal
məsləhətləşmələrin aparılması, əhalinin maarifləndirilməsi, məhkəmə orqanlarında anti-
korrupsiya proqramları, mübahisələrin ədalətli həlli və yoxsul qadınlara hüquqi yardım
daxildir.
İnkişafın səmərəliliyinin artırılması:
Dünya Bankının portfelindəki “risqli” layihələrin sayı son 5 ildə yarıya qədər azaldılıb.
Layihələrin keyfiyyətinin tənqidi və onlara nəzarət imkanları yaxşılaşdırılıb. Eyni
tendensiya Dünya Bankının qeyri-borc xidmətlərində də özünü göstərir.
BYİB-in maliyyə mənbəyi nizamnamə kapitalı, kapital bazarında borclanma, əvvəl
buraxılan istıqrazlara görə ödənişlərdən daxilolmalar, bölüşdürülməmiş kapital hesabına
formalaşdırılır. BYİB kreditləri 15-20 il müddətinə, 3-5 il güzəştli dövrü ilə verir.
BYİB borc, təminat və qeyri-borc xidmətləri vasitəsilə (təhlil və məsləhət xidməti də daxil
olmaqla) orta gəlirli və tədiyyə qabiliyyətli ölkələrdə (adambaşına düşən gəliri 5185 dollardan az
olan) davamlı inkişafı təmin etməyə, beləliklə də yoxsulluğu aradan qaldırmağa çalışır. BYİB
1948-ci ildən bəri təmiz gəlirlə işləyir və bu inkişaf fəaliyyətlərinin maliyyələşdirilməsinə,
maliyyə qabiliyyətinin gücləndirilməsinə, kapital bazarında borc əldə etmə şərtlərinin
yumşaldılmasına sərf olunur. BYİB-də səsvermə hüququ üzv dövlətin kapitala abunəsinə bağlıdır.
Dünya Bankı Qrupunun illik borclarının yarıdan çoxunu təmin edən BYİB vəsaitin demək
olar ki, hamısını maliyyə bazarlarında əldə edir. BYİB-in AAA borcları Dünya Bankı
istiqrazlarının və borc qiymətli kağızlarının pensiya fondlarına, sığorta şirkətlərinə,
korporasiyalara, digər banklara və ayrı-ayrı fərdlərə satılması vasitəsilə maliyyələşdirilir. 2002-ci
fiskal ilində BYİB bu yolla maliyyə bazarlarında 43 milyard dollara qədər əldə edib. BYİB-dən
borc alanlar borcun qiymətinə uyğun olaraq müəyyənləşdirilən faiz ödəməlidirlər. Borclar 15-20 il
ərzində geri ödənməlidir ki, bunun 3-5 illik dövrü əsas bocun ödənilmədiyi güzəştli müddət hesab
edilir. BYİB-in vəsaitlərinin 5%-ə qədəri yeni üzvluyə qəbul olunan dövlətlər tərəfindən ödənilir.
Üzvlüyə qəbul olunan dövlətlər iqtisadi gücə müvafiq olaraq ayrılan payları almalıdırlar, lakin
payın dəyərinin yalnız cüzi hissəsini ilkin olaraq ödəmək tələb olunur. Qalan vəsait Bankın ciddi
itkilərə məruz qala biləcəyi halların öhdəsindən gəlmək üçün saxlanılır. Bu zəmanət kapitalından
yalnız istiqraz sahiblərinə ödəmələr üçün istifadə oluna bilər; həmin kapitaldan inzibati
məqsədlərlə yararlanmaq və ya borc vermək olmaz. BYİB-in qaydalarına görə verilən borcların
məcmu həcmi kapital ehtiyatlarının həcmindən artıq ola bilməz.
2002-ci fiskal ilində BYİB-in Avropa və Mərkəzi Asiya dövlətlərinə verdiyi borcların
həcmi rekord həddə çataraq 4,9 milyard dollar və ya ümumi borcların 43%-ni təşkil etmişdir.
Sonrakı yerləri uyğun olaraq 4,2 milyard dollarlıq göstərici ilə Latın Amerikası və Karib Dənizi
bölgəsi, 1 milyard dollarlıq göstərici ilə Şərqi Asiya və Sakit Okean tutub.
BYİB borclarının 30%-ni və ya 3,6 milyard dollarını dövlət idarəçiliyi sahəsinə
istiqamətləndirib. 2,1 milyard dollarlıq vəsait və ya BYİB-in ümumi borclarının 18%-i maliyyə
sahəsinə verilib. 2002-ci fiskal ilində idarə strukturunun islahatına verilən borcların payı rekord
həddə çataraq 64% (2001-ci fiskal ilində 38%) təşkil edib.
Do'stlaringiz bilan baham: |