Vergİ VƏ TƏrƏqqİ yətləri üzrə müvafiq qərarların qəbulu və güzəştlərdən istifadənin
reallaşdırmaları üçün bir neçə ili əhatə edən dövr tələb oluna
bilər. Vergi ödəyicilərinə sosial vergi güzəştlərindən istifadə
üçün uzunmüddətli dövr tələb olunmasa da, digər güzəşt növləri
üçün belə dövrlərin müddəti kifayət qədər böyük ola bilər.
Deməli, vergi güzəştlərinin nəticələrinin nə zaman üzə çıxması
məsələsi də bu istiqamətdə aparılacaq tədqiqatların mühüm
obyektlərindən biri ola bilər. Vergi ödəyicilərinin investisiya
qərarlarının qəbulu və sərmayə qoyuluşları zamanı orta
proqnozlaşdırma dövrü adətən 5 il qəbul olunur. Bu baxımdan,
investisiya güzəştlərinin monitorinqinin aparılması tezliyinin 5 il
qəbul edilməsi məqsədəuyğun ola bilər.
Digər vergi güzəştləri üzrə monitorinqin isə hər 3 ildə azı bir
dəfə aparılması həm monitorinqin səmərəliliyi, həm də güzəştlər
üzrə qərarların qəbulu üçün əlverişli ola bilər.
Vergi güzəştlərinin nəticələrinin monitorinqinin tətbiqi və
təşkili zamanı ən mürəkkəb, elmtutumlu və ən məsuliyyətli
məsələ qiymətləndirmə üçün meyarlar (göstəricilər) sisteminin
işlənməsi və qiymətləndirmə metodlarının müəyyən edilməsidir.
Vergi güzəştinin nəticələri onun kəmiyyətcə müəyyən edilmiş
məqsədinə nail olunma səviyyəsini göstərir. Bununla əlaqədar
olaraq, məqsədin və nəticələrin qiymətləndirilməsi üçün
kəmiyyətcə ifadə oluna və ölçülə bilən göstəricilərin seçilməsi
problemi qarşıya çıxır. Həmin göstəricilər güzəştin məqsədinin
tam əks etdirilməsini və həmçinin, nail olunmuş nəticənin kafil-
iyi və ya qeyri-kafiliyinin müəyyən edilməsi üçün imkanlara
malik olmalıdır. Bu zaman bir güzəştin bir-neçə nəticəsi ola
bilməsi faktını da nəzərə almaq lazımdır.
Vergi güzəştinin səmərəliliyinin hesablanması üçün güzəştin
tətbiqindən doğan nəticələrin və bu nəticələrin əldə olunması
üçün çəkilən xərclərin miqdarı müəyyən olunmalıdır. Nəticə və
xərclərin müqayisəsi bizə güzəştin səmərəliliyi barədə
mülahizələr irəli sürməyə imkan verə bilər. Burada bir neçə sual
meydana gəlir: “vergi güzəştinin xərcləri” dedikdə hansı xərclər
nəzərdə tutulur? Nəticə və xərclərin hansı nisbəti və ya fərqi
səmərəli hesab oluna bilər (bunun üçün yəqin ki, güzəştin nor-
mativ və ya limit göstəricilərindən istifadə oluna bilər)?
Beləliklə, tətbiq olunan vergi güzəştinin nəticələrinin