Sərvətlər və insan resurslanmn məcmusu başa düşülür


Resursların  tam  məşğulluğu  dedikdə



Download 242,34 Kb.
Pdf ko'rish
bet5/19
Sana03.07.2021
Hajmi242,34 Kb.
#108060
1   2   3   4   5   6   7   8   9   ...   19
Bog'liq
aqrar muh 7

Resursların  tam  məşğulluğu  dedikdə,  istehsal  üçün  yararlı  olan  bütün 

resurslardan istifadə olunması başa düşülür. Bu zaman elə şərait yaradılmalıdır ki, 

texnika və avadanlıqlar istifadəsiz qalmasın, kapital qoyuluşları və torpaq resursları 

fəaliyyətdən  yayınmasın.  Yəni  istehsal  prosesində  yararlı  olan  bütün  resurslardan 

maksimum  istifadə  olunmasına  çalışılmalıdır,  istehsalın  tam  həcminə  nail 

olunmalıdır.  




 

3  


İstehsalın  tam  həcminə  nail  olunması  dedikdə,  resursların  nisbətən  səmərəli 

bölüşdürülməsi  hesabına  məhsul  istehsalının  həcmi  istehsal  gücünə  uyğun  olaraq 

maksimum səviyyədə həyata keçirilməlidir. Hər bir istehsal sahəsinin istehsal gücü 

isə  istehsal  texnologiyalarının  və  avadanhqlarının  layihələşdirilməsi  zamanı 

müəyyən olunur.  

Kənd təsərrüfatında maddi-texniki resurslardan səmərəli istifadə olunmasında ən 



vacib tələblərdən biri - kənd təsərrüfatının xüsusiyyətlərinin nəzərə alınmasıdır. Kənd 

təsərrüfatında 

maddi-texniki 

resurslardan 

istifadənin 

əsas 


xüsusiyyətləri 

aşağıdakılardır:  

-torpaq maddi-texniki resursların əsas tərkib hissəsi kimi çıxış edir;  

-kənd təsərriifatında maddi-texniki resurslardan istifadəyə təbii şərait təsir göstərir;  

-kənd təsərrüfatında maddi-texniki resurslardan istifadəyə istehsalın mövsümülüyü 

təsir edir;  

-kənd  təsərrüfatında  maddi-texniki  resursların  strukturu  ayrı-ayn  təbii  iqlim 

bölgələri üzrə müxtəlifdir;  

-kənd təsərrüfatında maddi-texniki resursların tərkibinə bitkilər və heyvanlar kimi 

canlı orqanizmlər daxildir;  

-kənd  təsərrüfatında  maddi-texniki  resurslar  sənaye  istehsalında  əldə  olunan 

xammaldan ibarətdir;  

-kənd  təsərrüfatında  maddi  texniki  resurslardan  istifadənin  səmərəliliyi  aqrar-

sənaye kompleksinin bütün sferalarının fəaliyyətindən asılıdır.  

Resurslardan  səmərəli  istifadə  olunması  üçün  istehsal  sahələrinin  yerləşdirilməsi 

zamanı, hər bir konkret təbii şəraitlər və resurs imkanları nəzərə alınmalıdır. İstehsalın 



tam  həcminə  nail  olunması  isə  müvafiq  texnologiyalardan  istifadə  olunmasını  tələb 

edir. Hər bir konkret şəraitdə hansı əmtəəni istehsal etmək, hansı xidməti göstərmək və 

hansılardan imtina edilməsi fərdi qərarların qəbul edilməsini tələb edir.  

Bütün  iqtisadi  resurslar,  yaxud  istehsal  amilləri  ümumi  bir  vacib  xüsusiyyətə 

malikdir  ki,  bunlar  nadir  tapılandır,  yaxud  məhdud  miqdardadır.  Təbiətdə  məhdud 

resurslara faydalı qazıntılar, torpaq resursları, kapital avadanlıqları, işçi qüvvəsi və s. 

aiddir.  Müxtəlif  əmtəə  və  xidmətlərə  olan  tələbatlar  isə  qeyri-məhdud  olduğundan, 

cəmiyyət bütün əmtəələri və xidmətləri istehsal və istehlak etmək imkanlarına malik 

deyil.  Ona  görə  hansı  əmtəələri  və  xidmətləri  istehlak  və  istehsal  etməyə  qərar 

verərkən, insanlar iqtisadi seçimlə qarşılaşırlar.  

Resursların  məhdudluğu,  texnoloji,  ekoloji  və  digər  məhdudiyyətlər  iqtisadi 

baxımdan  əmtəə  və  xidmətlərin  optimal  həcminin  müəyyənləşdirilməsi  zərurətini 

doğurur. Resursların qarşılıqlı əvəz olunması məsələlərinin təkmil olmaması mövcud 

resurslardan  istifadə  xərclərini  artırır.  Bütövlükdə  enerji  və  material  resurslarının 

tükənməsinə baxmayaraq, resursların yeni növləri və yataqları kəşf olunmaqdadır.  



 

4  


Əmtəə və xidmətlərin istehsalında resursların texnoloji qarşılıqlı əvəzlənməsi və 

son  məhsulun  əldə  olunmasında  texnoloji  imkankann  variantlığına  nail  olunması 

resurslardan istifadəyə iqtisadi yanaşmada məhdud resurslardan istifadənin optimal 

variantlarının  formalaşmasının  əsasını  təşkil  edir.  Material  əmək  və  maliyyə 

resurslarından  məqsdəuyğun  istifadə  olunması,  resurs  itkilərinin  azaldılması  və 

aradan  qaldırılması,  resurslardan  istifadənin  faydalılıq  əmsalının  yüksəldilməsi 

məqsədilə müəssisələr müvafiq təşkilati, iqtisadi və istehsal-texniki tərbirlər həyata 

keçirir ki, onlar resurslara qənaət olunmasına dair tədbirlər sistemi adlandırılır.  




Download 242,34 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   19




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish