310) Hansı arteriyanın anevrizmi gözün hərəki sinirinin (n. oculomotorius) zədələnməsinə gətirib çıxara bilər?
A) Ön beyin arteriyasının
B) Ön birləşdirici arteriyanın
C) Bazilyar arteriyanın
D) Orta beyin arteriyasının
E) Arxa birləşdirici arteriyanın
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 267
311) Arxa birləşdirici arteriyanın anevrizmi hansı sinirin zədələnməsinə gətirib çıxara bilər?
A) Dilaltı sinirin
B) Dəhliz-eşitmə sinirinin
C) Görmə sinirin
D) Üz sinirinin
E) Gözün hərəki sinirinin (n. oculomotorius)
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 267
312) Nöqtəvari bəbəklər baş beynin hansı nahiyyəsinə qansızma nəticəsində müşahidə olunur?
A) Alın payına
B) Uzunsov beyinə
C) Ənsə payına
D) Varoli körpüsünə
E) Gicgah payına
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-информ, 2004, стр. 418
313) Beyincikdaxili qansızmanın aşkara çıxarılması üçün aşağıda sadalanan müayinə üsullarından hansı daha çox məlumatvericidir?
A) Transkranial doppleroqrafiya
B) Exo-EQ
C) Lümbal punksiya
D) Oftalmoskopiya (göz dibinin müayinəsi)
E) Kranioserebral KT
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-информ, 2004, стр. 419
314) “Hematomieliya” nədir?
A) Beyin kötüyünə qansızma
B) Baş beynin yarımkürəsinə qansızma
C) Beyinciyə qansızma
D) Onurğa beyninə qansızma
E) Göz almasına qansızma
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 1995, стр. 254
315) Xəstənin 40 yaşı var.2 gün əvvəl qəflətən üzü əyilib.2-3 saat ərzində sağ ətraflarında keyləşmə,zəiflik əmələ gəlmişdir və tam iflic dərəcəsinə çatmışdır,nitqi pozulmuşdur,danışa bilmir,lakin deyilən sözləri başa düşür.Keçirdiyi xəstəliklərdən sol ayağının tromboflebitini deyir.Nevroloji statusda:A/T-115/65,nəbzi 78 dəqiqədə,ritmikdir,ürək tonları aydındır.Sağ burun-dodağ büküşü hamarlaşıb,dili sağ tərəfə əyilir,aktiv hərəkətlər sağ ətraflarda yoxdur,əzələ tonusu yüksəlib,vətər,sümüküstü reflükslər sağ tərəfdə yüksəlib,qarın refleksi sağda alınmır.Babinski,Oppenqeym simptomları sağda müsbətdir.Sağ tərəfli hemihipesteziya,motor afaziya qeyd olunur.Hansı xəstəlikdir?
A) Dissirkulyator ensefalopatiya
B) İşemik insult
C) Hemorraqik insult
D) Araxnoidit
E) Meningit
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр238
Do'stlaringiz bilan baham: |