Mündəricat I. Azərbaycan Respublikası Prezidentinin 20. 07. 2009-cu il tarixli 126 nömrəli



Download 2,48 Mb.
bet1/40
Sana26.03.2017
Hajmi2,48 Mb.
#5367
  1   2   3   4   5   6   7   8   9   ...   40
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ

SATINALMALARIN TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI ÜZRƏ
NORMATİV SƏNƏDLƏR
TOPLUSU
Mündəricat
I.

  1. Azərbaycan Respublikası Prezidentinin 20.07.2009-cu il tarixli 126 nömrəli

Fərmanı



  1. ARDNŞ-nin Satınalmalarla əlaqədar münasibətlərin tənzimlənməsi

haqqında” ARDNŞ Prezidentinin 31.07.2009-cu il tarixli 105 nömrəli Əmri



  1. ARDNŞ-nin Satınalmalar Siyasəti



  1. Satınalmalar Konsepsiyası



  1. Satınalmalar Komitəsinin Əsasnaməsi



  1. Satınalmalar qrupunun Əsasnaməsi



  1. Təlimatlar



II.

  1. Satınalmalar üzrə şirkətdaxili sənədlərin təsdiq edilməsi haqqında”

ARDNŞ Prezidentinin 17.01.2011-ci il tarixli Əmri və Əlavələri



  1. ARDNŞ-nin SOCARSS – 022.2011 standartı


I

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanına dəyişikliklər və əlavələr edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 366 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 36; 2004-cü il, № 9, maddə 681; 2005-ci il, № 2, maddə 73, № 12, maddə 1109; 2006-cı il, № 7, maddə 590, № 9, maddə 736; 2007-ci il, № 3, maddə 219, № 12, maddə 1244) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. 1.4-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Şirkət müstəqil balansla yanaşı icmal (konsolidə) edilmiş hesabatları tərtib edir.”;

1.2. 1.5-ci bənddə “blanklara” sözündən sonra “loqotipə, emblemə və” sözləri əlavə edilsin;

1.3. 1.7-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Şirkət öhdəliklərinə görə əmlakı ilə cavabdehdir.”;

1.4. 1.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“1.9. Şirkətin Baş ofisi Bakı şəhərində yerləşir.”;

1.5. 2.1-ci və 4.3-cü bəndlərdə ismin müvafiq hallarında “emalı” sözündən sonra ismin müvafiq hallarında “paylanması” sözü əlavə edilsin;

1.6. 2.3-cü bənd üzrə:

1.6.1. beşinci abzasda “tərkibinə daxil olan müəssisələrin” sözləri “strukturuna daxil olan hüquqi şəxslər və hüquqi şəxs olmayan (nümayəndəliklər, filiallar və sair) qurumlar (bundan sonra – strukturuna daxil olan qurumlar)” sözləri ilə əvəz edilsin;

1.6.2. on beşinci abzasda “nəql haqqının” sözləri “nəql xərclərinin” sözləri ilə əvəz edilsin;

1.6.3. on doqquzuncu abzasda “xarici şirkətlərin müştərək fəaliyyətə cəlb edilməsini” sözləri “hüquqi və fiziki şəxslərlə hüquqi şəxs yaratmaqla və ya hüquqi şəxs yaratmadan birgə layihələrin həyata keçirilməsi və layihələrin təsis sənədlərinə uyğun olaraq onların idarə olunmasında iştirak edilməsi” sözləri ilə əvəz edilsin;

1.7. III bölmənin adı aşağıdakı redaksiyada verilsin:

“III. Şirkətin Nizamnamə kapitalı, əmlakı və mənfəəti”;

1.8. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Şirkətin Nizamnamə kapitalı 600.000.000 manat təşkil edir və dövlətə məxsusdur.”;

1.9. 3.2-ci bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Şirkət əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.”;

1.10. 3.3-cü bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“dövlət tərəfindən verilən əmlak;”;

1.11. 3.4-cü və 4.1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.4. Şirkət qanunvericiliklə nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün və müəssisələrinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

4.1. Şirkətin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.”;

1.12. 4.2-ci bənddə “idarəetmə strukturu” sözləri “rəhbərliyi” sözü ilə əvəz edilsin;

1.13. 4.3-cü bənddə “tərkibinə daxil olan müəssisələr, habelə Şirkət tərəfindən bu Nizamnaməyə uyğun olaraq yaradılan hüquqi şəxslər və hüquqi şəxs statusuna malik olmayan” sözləri “strukturuna daxil olan” sözləri ilə əvəz edilsin;

1.14. 4.4-cü, 4.9-cu, 4.10-cu, 4.11-ci, 4.13-cü bəndlərdə, 5.4-cü bəndin beşinci abzasında, 5.9-cu bəndin ikinci, dördüncü, beşinci və yeddinci abzaslarında “tərkibinə daxil olan müəssisələr” sözləri “strukturuna daxil olan qurumlar” sözləri ilə əvəz edilsin;

1.15. 4.4-cü bənddə “(Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən siyahıya əsasən müəyyən edilmiş müəssisələr istisna olmaqla)” sözləri çıxarılsın və “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “struktura uyğun olaraq müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin;

1.16. 4.5-ci, 4.8-ci və 4.12-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.5. Şirkət tərəfindən yaradılan müəssisələr, təşkilatlar və digər təsisatlar arasındakı münasibətlər, o cümlədən əmlakın balansdan balansa verilməsi, malların, işlərin və xidmətlərin təqdim edilməsi, qarşılıqlı hesablaşmaların aparılması Şirkətin qanunlara zidd olmayan daxili normativ sənədlərinə uyğun olaraq həyata keçirilir.

4.8. Hüquqi və fiziki şəxslərlə yaradılan cəmiyyətlərdə, kooperativlərdə, hüquqi şəxslərin ittifaqlarında və digər birgə layihələrdə bilavasitə Şirkət iştirak edə bilər.

4.12. Şirkət və onun müəssisə və təşkilatları öz fəaliyyətində qanunla müəyyən edilmiş hallar istisna olunmaqla neft-qaz əməliyyatlarında ümumi qəbul edilmiş beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydaları və standartlarını tətbiq edir.”;

1.17. 5.1-ci bənddə “Bu Nizamnamənin 4.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş Şirkətin idarəetmə strukturuna” sözləri “Şirkətin rəhbərliyinə” sözləri ilə əvəz edilsin və “, habelə Şirkətin aparatı” sözləri çıxarılsın;

1.18. 5.4-cü bənd üzrə:

1.18.1. ikinci və dördüncü abzasda ismin müvafiq hallarında “aparat” sözü ismin müvafiq hallarında “Baş ofis” sözləri ilə əvəz edilsin;

1.18.2. on ikinci abzasda “verir” sözündən sonra “, həmçinin Şirkətin Şurasının qərarlarını imzalayır” sözləri əlavə edilsin;

1.19. 5.6-cı bənddə “aparatında” sözü “Baş ofisində” sözləri ilə əvəz edilsin;

1.20. 5.7-ci bənddə “məşvərətçi” sözü “kollegial” sözü ilə əvəz edilsin və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Şirkətin Şurası haqqında Əsasnamə Şirkətin prezidenti tərəfindən təsdiq edilir.”;

1.21. 5.9-cu bəndin səkkizinci abzası doqquzuncu abzas hesab edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“Şirkətin inkişaf strategiyasının formalaşdırılması;”;

1.22. 6.1-ci bənddə “statistika hesabatını” sözləri “maliyyə və statistika hesabatlarını, vergi bəyannamələrini” sözləri ilə əvəz edilsin;

1.23. 6.2-ci bənddə “dövlət orqanları” sözü “orqanlar” sözü ilə əvəz edilsin.

2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu”nda aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

2.1. “I. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İdarəetmə Strukturu:” sözləri və “2. Şirkətin aparatı.” sözləri çıxarılsın;

2.2. aşağıdakı məzmunda 2-8-ci bəndlər əlavə edilsin:

“2. Şirkətin Şurası.

3. Audit Komitəsi.

4. Risklərin İdarəedilməsi Komitəsi.

5. Satınalmalar Komitəsi.

6. Baş ofis.

7. Filiallar, nümayəndəliklər və hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (İdarələr).

8. Ortaq Neft Şirkətləri və Şirkət tərəfindən yaradılan təsisatlar.”;

2.3. “II. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olan müəssisələr” sözləri “9. Şirkətin strukturuna daxil olan müəssisələr” sözləri ilə əvəz edilsin;
2.4. “Azneft” İstehsalat Birliyi” sözlərindən sonra aşağıdakı məzmunda yeni bənd əlavə edilsin:

“9.2. “Azəriqaz” İstehsalat Birliyi;”;

2.5. “Qaz əməliyyatları” İdarəsi” sözləri “Qaz ixrac” İdarəsi” sözləri ilə əvəz edilsin;

2.6. “Elmi tədqiqatlar” institutu” sözləri “Neftqazelmitədqiqatlayihə” institutu” sözləri ilə əvəz edilsin;

2.7. “Neftqazlayihə” institutu” sözləri çıxarılsın;

2.8. 1-18-ci bəndlər müvafiq olaraq 9.1-9.18-ci bəndlər hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.


Bakı şəhəri, 20 iyul 2009-cu il.
№ 126


  1. ARDNŞ-nin Satınalmalarla əlaqədar münasibətlərin tənzimlənməsi haqqında ARDNŞ Prezidentinin Əmri (əlavə və dəyişikliklərlə)


AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ
ƏMR
105

Bakı şəhəri “31” iyul 2009-cu il

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində satınalmalarla əlaqədar münasbətlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra - ARDNŞ) beynəlxalq neft-qaz şirkətinə çevirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin ARDNŞ-nin və ya Azərbaycan Hökümətinin qarşısında qoyduğu məqsədlərə nail olmaq üçün ölkə daxilində və beynəlxalq səviyyədə mühim layihələr həyata keçirir. Bu məqsədə nail olmaq üçün ARDNŞ korparativ idarəetmə sistemində beynəlxalq aləmdə mövcud olan ən son yeniliklərin və ən qabaqçıl təcrübənin tətbiqini təmin etməlidir. Son illər ərzində bu istiqamətdə mühim işlər görülmüş, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (bundan sonra MHBS) keçilmiş, ilk dəfə olaraq ARDNŞ-nin MHBS-ə uyğun hazırlanmış konsolidə edilmiş maliyyə hesabatlarının auditi keçirilmiş, ARDNŞ-nin ARDNŞ-nin neft-qaz ehtiyatlarının müstəqil ekspertlər tərəfindən beynəlxalq standartlara uyğun qiymətləndirilməsi aparılmış və ARDNŞ-nin idarəetmə sistemində qabaqcıl informasiya texnologiyalarının, o cümlədən, SAP proqram təminatının korporativ fəaliyyətinin idarə edilməsi, xəzinadarlıq, risklərin idarə edilməsi kimi müxtəlif modulların tətbiqinə başlanılmışdır.

Yuxarıda qeyd olunan müsbət irəliləyişlərlə yanaşı qeyd etməliyik ki, bir sıra sahələrdə, o cümlədən, satınalmalar işinin təşkili istiqamətində ARDNŞ-nin fəaliyyəti beynəlxalq neft-qaz şirkətlərinin təcrübəsindən geri qalır və bu istiqamətdə irəliləyişə nail olunması ARDNŞ-nin qlobal neft-qaz şirkətinə çevirilməsi üçün olduqca zəruridir. Məlumdur ki, bu günədək ARDNŞ tərəfindən iş, mal və xidmətlərin satın alınmasını tənzimləyən beynəlxalq neft-qaz əməliyyatlarının tələblərinə uyğun olan şirkətdaxili normativ sənəd mövcud olmamışdır. Bu səbəbdən ARDNŞ və onun strukturuna daxil olan müəssisələr satınalma fəaliyyətlərində “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanun əsasında qəbul edilmiş dövlət satınalmalarına şamil olunan digər qanunvehricilik aktlarından istifadə etmişlər.

“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu qanun dövlət büdcəsindən maliyyələşən təçkilatlarda dövlət büdcəsinin vəsaiti hesabına satınalmaların həyata keçirilməsi üçün normativ qaydalar və prosedurları müəyyən edir. Bu səbəbdən qeyd olunan qanun büdcə təşkilatı olmayan ARDNŞ-nin öz vəsaitləri hesabına maliyyələşdirdiyi satınalmalara şamil olunmur. Buna baxmayaraq, şirkətdaxili normativ bazanın olmadığı şəraitdə satınalmaların müəyyən qaydalara uyğunlaşdırılması məqsədi ilə, dövlət satınalmaları sahəsində qanunvericilik ARDNŞ və onun struktur müəssisələri tərəfindən tətbiq edilmişdir.

Qlobal neft-qaz şirkətlərinin satınalmalar sahəsində təcrübəsinin araşdırılması və ARDNŞ-də tətbiq edilən mövcud praktika ilə müqayisə edilməsi nəticəsində məlum olmuşdur ki, ARDNŞ- də mövcud olan praktika ARDNŞ-nin satınalmalar sahəsində fəaliyyətini məhdudlaşdırır və qlobal böhran vəziyyətində daha çevik və əlverişli qərarların qəbul edilməsi baxımından səmərəsizdir. Belə ki, ARDNŞ tərəfindən dövlət satınalmaları haqqında qayda və prosedurların tətbiqi qanunda müəyyən edilmiş Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin müvafiq razılıqlarının alınmasını zəruri edir. Bu isə fəaliyyəti müvafiq maliyyə ili üçün dövlət büdcəsi ilə əvvəlcədən planlaşdırılmış büdcə təşkilatlarından fərqli olaraq, istehsal proseslərinin fasiləsizliyi baxımından ARDNŞ-nin müəssisələri üçün əlavə maliyyə, texniki və maliyyə məhdudiyyətləri yaratmış olur. Həmin orqan tərəfindən ARDNŞ-nin fəaliyyət göstərdiyi sahənin spesifik xüsusiyyətlərinin və qəbul edilən qərarların əhəmiyyətliliyinin nəzərə alınması nəticəsində satınalma əməliyyatlarını həyata keçirən qurumların iradəsindən aslı olmayan arzuolunmaz gecikmələr baş verir. Hazırki anti-böhran proqramı çərçivəsində malların, işlərin və xidmətlərin satın alınmasında operativliyin daha da gücləndirilməsi baxımından, eləcə də SAP proqram təminatının təchizat modulunun tələbləri baxımından “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun istifadə olunması bundan sonra daha da çətinləşəcəkdir.

Qeyd etmıliyik ki, qlobal neft-qaz şirkətləri satınalmalar sahəsində fəaliyyətlərini qəbul etdikləri ən qabaqcıl beynəlxalq təcrübəni özündə əks etdirən dahxili normativ sənədlər əsasında həyata keçirirlər. Bu praktikanın ARDNŞ-də tətbiqinə nail olmaq üçün Azərbaycanda fəaliyyət göstərən qlobal neft-qaz şirkətinin və Dünya Bankının satınalmaların tənzimlənməsi sahəsindəki təcrübəsi öyrənilmiş, məsləhətçi şirkətlər cəlb olunaraq ARDNŞ-də satınalmaların təşkili və idarəolunması üzrə normativ sənədlər hazırlanmışdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, ARDNŞ-nin 38 nömrəli 26 fevral 2009-cu il tarixli Əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”nın 2-ci bölməsinin 15-ci bəndinin həyata keçirilməsini, ARDNŞ-nin satınalma əməliyyatlarında maliyyə vəsaitlərinin qənaətlə istifadəsini, satınalma əməliyyatlarının aparılmasının səmərəliliyinin artırılması, bu sahədə qabaqcıl beynəlxalq neft-qaz şirkətlərinin təcrübəsinin tətbiqini təmin etmək və bu əməliyyatlardan irəli gələn münalsibətləri tənzimləmək məqsədilə


əmr edirəm:


  1. ARDNŞ-nin satınalmaların təşkili və idarə olunmasını tənzimləyən aşağıdakı normativ sənədlər (bundan sonra – Normaltiv sənədlər) təsdiq olunsun:

    1. ARDNŞ-nin satınalmalar siyasəti;

    2. ARDNŞ-nin satınalmalar konsepsiyası;

    3. Satıalmalar Komitəsinin Əsasnaməsi;

    4. ARDNŞ-də satınalmaların təşkili və idarəolunması üzrə təlimatlar.




  1. ARDNŞ-nin Satınalmalar Komitəsi təsis edilsin və onun aşağıdakı tərkibi təsdiq edilsin:

  • Mikayıl İsmayılov – vitse-prezident, sədr;

  • Mehman Əkbərov – Təchizat İdarəsinin rəisi, sədr müavini;

  • Eldar Orucov – Hüquq İdarəsinin rəisi, sədr müavini;

  • Ağasəf Əliyev – Kapital qoyuluşları İdarəsinin rəisi, üzv;

  • Vüqar Şərifov – İqtisadiyyat və uçot İdarəsinin rəisi, üzv;

  • Azər Dadaşlı – İstehsalat proseslərinin avtomatlaşdırılması və metrologiyası şöbəsinin rəisi, üzv;

  • Ramiz Quliyev – Mexanika və energetika şöbəsinin rəisi, üzv.




  1. Satınalmalar Komitəsinin ümumi məsələlər üzrə kaltibi Təchizat İdarəsinin Maddi-Texniki Təchizat şöbəsinin mühəndisi Samir Ağayev, Satınalmaların hüquqi təminatı üzrə katibi Hüquq İdarəsinin Müqavilələr və hüquqtəsdiqedici sənədlərin qeydiyyatı şöbəsinin böyük hüquq məsləhətçisi Mehman Məmmədov təyin edilsinlər.




  1. ARDNŞ-nin müəssisələri üzrə səlahiyyət hədləri aşağıdakı kimi müəyyən olunsun:




    1. “Azneft” İstehsalat Birliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, “Neft kəmərləri” İdarəsinin, “İnformasiya texnologiyaları və rabitə” İdarəsinin, “Azərneftyağ” neft emalı zavodunun, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, Bakı dərin özüllər zavodunun, Xəzər Dəniz Neft Donanmasının, “Neftqaztikinti” terstinin, “Kompleks qazma işləri” terstinin rəhbərləri:

      1. Ehtimal olunan müqavilə dəyəri 1.000.000 manatadək olan mal, iş və xidmətlərin satın alınması açıq müsabiqə metodu ilə keçirildikdə satınalma strategiyasını, müsabiqə iştirakçılarının sıyahısını və müsabiqə nəticələrini təsdiq edir;

      2. Ehtimal olunan müqavilə dəyəri 50.000 manatadək olan mal, iş və xidmətlərin satın alınması seçmə masübiqə metodu ilə keçirildikdə satınalma strategiyasını, müsabiqə iştirakçılarının siyahısını və müsabiqə nəticələrini təsdiq edir.

      3. Ümumi müqavilə dəyərinin bir il ərzində 10%-ədək artırılmasını təsdiq edir.




    1. “Sərmayələr” İdarəsinin, “Marketinq və iqtisadi əməliyyatlar” İdarəsinin, Geofizika və geologiya İdarəsinin, “Qaz ixrac” İdarəsi, Sosial inkişaf İdarəsinin, Təhlükəsizlik İdarəsinin, “Ekologiya” İdarəsinin, “Neftqazelmitədqiqatlayihə” institutunun rəhbərləri:

      1. Ehtimal olunan müqavilə dəyəri 200.000 manatadək olan mal, iş və xidmətlərin satın alınması açıq müsabiqə metodu ilə keçirildikdə satınalma strategiyasını, müsabiqə iştirakçılarının siyahısını və müsabiqə nəticələrini təsdiq edir;

      2. Ehtimal olunan müqavilə dəyəri 50.000 manatadək olan mal, iş və xidmətlərin satın alınması seçmə masübiqə metodu ilə keçirildikdə satınalma strategiyasını, müsabiqə iştirakçılarının siyahısını və müsabiqə nəticələrini təsdiq edir.

      3. Ümumi müqavilə dəyərinin bir il ərzində 10%-ədək artırılmasını təsdiq edir.

    2. ARDNŞ-nin Satınalmalar Komitəsi bu əmrin 4.1. və 4.2-ci bəndləri ilə müəssisələr üçün müəyyən edilmiş səlahiyyət hədlərindən kənara çıxan satınalma predmeti üzrə satınalma strategiyasını təsdiq edir; mal, iş və xidmətlərin satın alınması üçün müsabiqə iştirakçılarının siyahısını təsdiq edir; mal, iş və xidmətlərin satın alınması üçün müsabiqə nəticələrini təsdiq edir; ümumi müqavilə dəyərinin bir il ərzində 10%-dən çox olmasını təsdiq edir.




  1. Ehtimal olunan müqavilə dəyəri 10.000 manatdan yüksək olduqda Bağlı Zərf prinsipi, 50.000 manatdan yüksək olduqda isə Bağlı Zərf prinsipi ilə yanaşı İki Zərf prinsipi tətbiq edilməlidir.




  1. ARDNŞ-nin Təchizat İdarəsinə (M.Əkbərov) və Hüquq İdarəsinə (E.Orucov) tapşırılsın:

    1. qeyd olunan normativ sənədlərin icrası və satınalmalarda tətbiq olunacaq prosedur qaydalarla tanışlıq məqsədi ilə, ARDNŞ-nin Baş ofisinin və onun strukturuna daxil olan müəssisələrin aidiyyəti bölmələrin əməkdaşları üçün təlimlərin keçirilməsini təşkil etsinlər;

    2. ARDNŞ-nin qüvvədə olan normativ sənədlərinin bu əmrlə təsdiq olunan sənədlərə uyğunlaşdırılmasını təmin etsinlər;

    3. Bu əmr ilə müəyyən edilmiş daxili normativ sənədlərə və beynəlxalq neft və qaz əməliyyatları sahəsində ümumi qəbul edilmiş tələblərə uyğun olmaqla, elecə də, bu sahədə təcrübəsi olan məsləhətçi şirkətlərin təklifləri nəzərə alınmaqla, satınalmaların təşkili və idarəolunması üçün standart müqavilə və müsabiqəyə dəvət sənədlərinin hazırlanmasını təmin etsinlər;

    4. Bu əmrdən irəli gələn digər vəzifələri yerinə yetirsinlər.




  1. ARDNŞ-nin İşlər İdarəsinin və müəssisələrin rəhbərlərinə tapşırılsın ki, dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına aparılan satınalmalar, elecə də ARDNŞ-nin Baş ofisinin və müəssisələrin illik tələbatına uyğun olaraq ehtimal olunan müqavilə dəyəri 5.000 manatdan yüksək olmayan mal, iş və xidmətlərin satın alınması istisna olmaqla, bütün satınalma əməliyyatlarının təşkili və idərəolunmasını bu əmri, o cümlədən, Normativ sənədləri rəhbər tutmaqla həyata keçirsinlər.

  2. ARDNŞ-nin müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, tabeliyində olan təşkilatların rəhbərlərinin satınalma əməliyyatları üzrə səlahiyyət hədlərini müəyyən etsinlər.



Prezident Rövnəq Abdullayev

2. ARDNŞ-nin Satınalmalar siyasəti
2.1. Ümumi baxış
Bu siyasət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra- ARDNŞ) satınalma əməliyyatlarının təşkilində və keçirilməsində ən müasir dövlətlərin təcrübəsini tətbiq etməklə, ədalətli rəqabət, şəffaflıq və aşkarlıq şəraitində, müsabiqə iştirakçılarına eyni münasibət göstərərək, müəyyənləşdirilmiş qaydalara uyğun olaraq podratçıları (malgöndərənləri) cəlb etməklə ayrılmış vəsaitləri səmərəli və qənaətlə istifadə edilməsini və satınalınan malların (işlərin, xidmətlərin) keyfiyyətini artırmaqla ARDNŞ-nin beynəlxalq səviyyəli təşkilata çevrilməsinə xidmət edir.
Bu siyasət ARDNŞ tərəfindən satınalma əməliyyatlarında tətbiq olunacaq əsas prinsipləri və davranış qaydalarını müəyyən edir və ona uyğun olaraq qəbul edilmiş ARDNŞ-nin satınalmalara dair normativ sənədləri ARDNŞ və onun strukturuna daxil olan bütün müəssisələrə şamil edilir. Qeyd olunan sənədlər ARDNŞ-nin iştirak etdiyi birgə layihələrdə də tətbiq oluna bilər.
2.2. Əsas Anlayışlar
Normativ sənədlər –

ARDNŞ-nin prezidenti tərəfindən təsdiq edilmiş satınalmaların təşkili və idarə edilməsi üzrə normativ sənədlər.


Satınalmalar Komitəsi –

ARDNŞ daxilində, satınalmalar proseslərinə nəzarət edən kollegial orqandır. Onun tərkibi Komitə Sədrindən, Komitə sədrinin iki müavinindən, Komitə üzvlərindən və iki katibdən ibarətdir.


Baş ofis –

ARDNŞ-nin Baş ofisində yerləşən idarələr və şöbələr.


Struktur Vahid –

ARDNŞ-nin strukturuna daxil olan hüquqi şəxslər və hüquqi şəxs olmayan qurumlar.


Struktur Vahidinin rəhbəri –

Struktur vahidinin birinci şəxsi.



Satınalmalar qrupu –

Müsabiqəyə Dəvət Sənədlərinin hazırlanmasını, təkliflərin Texniki və Maliyyə qiymətləndirməsini və əsasnamə ilə səlahiyyətlərinə aid edilmiş digər işləri həyata keçirən işçi qrup.


Əlaqələndirici Şəxs –

Bu təlimatı müfəssəl bilən, satınalmaların həyata keçirilməsində koordinator rolunu oynayan, Satınalmalar qrupuna daxil olan Baş ofisin və ya Struktur Vahidinin əməkdaşı.


İxtisaslaşmış Təchizat Bölməsi

ARDNŞ-nin Baş ofisində və Struktur Vahidində fəaliyyət göstərən, təchizat və satınalma funksiyalarını yerinə yetirən ixtisaslaşmış struktur bölmə.




Sifarişçi

Tələbatlarının ödənilməsi üçün lazım olunan malları (işləri və xidmətləri) sifariş edən struktur bölmə (şöbə, idarə və s.) və ya səlahiyyətli şəxs.


Satınalma predmeti –

Sifarişçinin təsdiq olunmuş tələbatına uyğun olaraq texniki miqdar və müddət baxımından ayrı-ayrı hissələrə bölüşdürülərək satın alınması səmərəli olmayan mallar (işlər və xidmətlər).


Müqavilə

Üçüncü tərəflərdən, yəni podratçılardan (malgöndərələrdən), yalnız malların (işlərin və xidmətlərin) satın alanması üçün imzalanmış əqdlər nəzərdə tutulur.


Ehtimal Olunan Dəyər –

Satın alan təşkilat tərəfindən satınalmaların maliyyələşdirilməsini düzgün planlaşdırmaq məqsədilə, satın alınan malların (işlərin və xidmətlərin) müvafiq normaların tələblərinə uyğun olaraq müəyyən edilən bazar qiyməti..


Download 2,48 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish