SİR SAXLAYAN İLƏ CƏMŞİDİN DASTANI
2072 B. Başını doqquz göydən dışarı çıxaranlar,
Dəruni aləminin meydanında at çapar.
Kainatın mənəvi hökmdarları yalnız və yalnız öz nəfsinə qalib gəlməyi bacaranlar,
hər cür acgöz və yırtıcı ehtirasları boğub ram edə bilənlərdir ki, göylərin doqquzuncu
qatından yuxarı qalxırdı ərşə, Tanrı mərtəbəsinə yüksəlir və özlərinin ruh aləmində
köhlən səyirdirlər.
2074 B. Eşqin gizli qalması bir möcüzə sayılır,
Elə ki üzə çıxdı, xərabatda bayılır.
Eşq yalnız o zaman möcüzə səviyyəli gözəlliyə, ülviyyətə çevrilir ki, ürəkdə
bəslənir, faş edilmir. Elə ki, aşiq və məşuq bu sirri açdı, dilə-dişə saldı bir gün onları
xərabatda bayılmış görürlər. Yəni böyük məhəbbət əvəzinə yataq həyatı, cismani
yaxınlıq müşahidə edilir.
2075 B. Sirr düyünü vurarkən din ipliyi seçdilər,
Həllacın da ipini bu pambıqdan eşdilər.
Do'stlaringiz bilan baham: |