_______________ Milli Kitabxana _______________
252
Məni çox da qınama, qorxsam qoca qurdlardan,
Mən ki məzlum Yusifəm, yerim də quyu, zindan.
Yox, qocalar gənc kimi vura bilməzlər yara,
Gəncin əlinin suyu bənzər yanar odlara.
Bu parcanın və onun davamının başlıca münaqişəsi gənclik ilə qocalıq arasında
gedən mübarizədir. Nizami mənəvi qocalığı mənəvi gəncliyin ilk düşməni, başlıca
döyüş və mübarizə qaynağı hesab edir, buna görə təfəkkürü, ruhu qocalmışları "yara
vuran köhnə tikana", "əjdahaya çevriliş qartımış ilana", içində ağıldan başqa hər şey
olan "kif atmış başa", köhnəlmiş və əhəmiyyətini itirmiş cındır təqvimə, aslanlardan
çox yeyən "qoca köpəyə", "ceyranın göbəyini sökən canavara" bənzədir və əksinə,
gəncliyi birinci növbədə, mənəvi gəncliyi səciyyələndirmək üçün ən gözəl, işıqlı
bənzətmələr seçir: quru tikanın antonimi olan "qönçədən çıxmış gül", "dəyib xal salan
üzüm", "qollu-qanadlı zəka ağacı", "əlinin suyu oddan, alovdan qüdrətli xilqət" bu
bənzətmələr sırasındadır.
1841 B. Ağ yasəmən çatarmı yamyaşıl, tər söyüdə?
Ağ saçları qoyarmı o bənzəsin hindliyə?
Burada yasəmən qocalığın, söyüd gəncliyin rəmzidir. Məgər istedadsız ağ saçlı
qocalar istedad və gənclik timsalı hindliyə bənzəyə bilərmi?
1843 B. Yalnız xudbinlərdi, bax, bərk tutanlar köhnəni,
Haqqa tapınan ərlər xudbinliyin düşməni.
Mənəvi cəhətdən qocalmışlar, xudbinlər yaşamaq haqqını itirmiş köhnəlikdən
dördəlli yapışmışlar, buna görə onlar Allah, insaf, vicdan kimi ulu anlayışlardan min
ağac uzaq düşmüşlər. Haqqı, Allah yolunu tutan gənclər isə xudbinliyin
düşmənidirlər, tərəqqi uğrunda sağlam mübarizdirlər.
1844 B. İndi bilal gördüyün Ay ki, saçır nurunu,
Kamal çağına ercək, bədr adlandır sən onu.
Bu gün aypara sandığın gənc sənətkar sabah dolğun Ay kimi şəfəq saça bilər,
ovun bədrini hilal ikən görməyi bacar.
1845 B. Cavan xurma ağacı yüksəldimi səmaya,
Əlini elə at ki, çata bilsin xurmaya.
Nizami özünü və öz poeziyasını artıq bar verən xurma ağacına bənzədir,
əleyhdarlarını xəbərdar edir ki, bu xurma ağacına hörmətlə, ehtiramla yanaşmalısan.
Əks halda, xurma yemək əvəzinə əlinə, ağzına tikan batar.
1853 B. Bəxt ucaldan bayrağı kim aparsın irəli?
Yalnız onu hifz edən igidlərin əlləri!
Böyük bir poeziya bayrağı ucaldılıbsa, gərək hamı, qocalı-cavanlı öz nəfəsilə onu
dalğalandırsın, ucaltsın, irəli getməsinə yardım qılsın!
Do'stlaringiz bilan baham: |