PEYĞƏMBƏRİMİZİ ÖYƏN İKİNCİ GÖZƏLLƏMƏ
Yeddi ulduzun nuru, doqquz fələyə gültac,
Tanrı elçilərinin ən ucası, son yalvac.
Əhmədin ayağında əql özünü toz sanıb,
Yəhərinin tərkinə iki cahan bağlanıb.
Odur naz səhrasının yeni açmış sünbülü,
Gizlinlər dənizində ən saf gövhərdi könlü.
Saçları gündüz belə şölə verər sünbülə,
Dişləri qərq eləyər Günəşi dürrə, lələ.
Şəkər dodaqlarını daim açsaydı əgər,
210
Ondan utanmazdımı sədəf bağrında gövhər?
Bir daşın da könlünü qırmayan həssas kişi!
Daşlar necə qıydı bəs, sındırdı inci dişi?
Do'stlaringiz bilan baham: |