_______________ Milli Kitabxana _______________
39
O, Tanrının lütfünü nəfəsində sanırdı,
Tanrı çəkir nazını, o, isə nazlanırdı.
Şəkər təbəssüm ilə süslənib dodaqları,
200
Dua etdi Tanrıya: - Bizə nicat ver barı!
Xəzinədən zəngindir onun hümməti qat-qat,
Qəlbindəki hər murad açdı o gün qol-qanad.
Elə ki, qüvvət aldı Tanrının qəbulundan,
Yenə emal evinə üz qoydu müdrik insan.
Eşqin çazibəsilə qət etdiyi səfəri,
Bircə nəfəs içində bitirib, döndü geri.
Ey sözü dilimizin duzu, qəndi Peyğəmbər!
Canımıza dərmandır saçdığın ətir, ənbər.
Səxavətin nurlatsın bu dünyanın gözünü,
205
Nizamiyə yardım et, tamamlasın sözünü.
Do'stlaringiz bilan baham: |