_______________ Milli Kitabxana _______________
240
ulduzuna çevrilmişdir. Onu yoldan çıxaran Harut və Marut isə qanaddan məhrum
edilmiş və Babilistanda bir quyuda başıaşağı halda asılmışdır.
1360 B. Sən dünyaya gələndən sonra ulduzları gözə gətirdin və bəd nəzərinlə
onların şən gəcavəsi üstündəki bayrağın ulduzunu qırdın (prof. R.Əliyev).
1363 B. Səhərin məşəli - günəş. Sübhi sadıq - buludsuz, dumansız, parlaq sübh.
Fərri kazib - yalançı şəfəq, yaxud alatoran sübh.
1364 B. Sən ki göylərə bunca əzab, əziyyət vermisən, gör nə qədər miskindir ki,
hələ də sənə səcdə qılır, sənə xidmət etmək üçün belinə kəmər bağlayır!
1365 B. İsa peyğəmbərin təliminə görə "insan ruhun səməridir", şair buna işarə ilə
bildirir ki, eşit, inanma, çünki bunlar ürəyin yox, dilin sözüdür (prof. R.Əliyev).
1366 B. Sən daşıdığın İnsan adına layiq deyilsən. Tacın başından daha
qiymətlidir. Elə bir itsən ki, boyunda gəzdirdiyin xalta belə səndən bahalıdır.O qədər
eşşəklik eləmisən ki, qarşındakı arpa-saman torbasına da layiq deyilsən. Nizami bu
cür ittihamlar irəli sürürkən insanın heyvansal mahiyyətini,acgözlüyünü, sərvət və
şöhrət düşkünlüyünü, ruh və mənəviyyat zənginliyi qayğısı çəkmədiyini ifşa edir.
1367 B. Laqqırtı evi - dünyamız.
1368 B. Bircə ovuc torpaq - bədən. Bircə gil qırığı - bədən, cism, can- yuvası -
ürək olan ruh aləmi.
Beytin mənası: Sən bədənini yaşatmaq naminə ruh aləmindən əl çəkdin. O
dünyanı atdın, yalnız bu dünyanı tutdun.
1370 B. Nizami Gəncəvi yenə insanın maddi aləmə aludəliyini və mənəvi aləmə
biganəliyini rüsvay edir. Maddi nemətlər sırasında fındıq soyuducu maddə sayılır.
Beytin mənası: Sincab kimi çevik mütəhərrik, qaynar beyin, alovlu zəka sənə ona
görə verilmişdir ki, öz ruhunun qayğısını çəkəsən! Amma sən əksinə davrandın, fındıq
rəngli torpağa bağlanmağınla onu soyutdun, korladın, öz qanadlarını qırdın. Özünü
dəli, divanə etdin.
1371 B. "Ölməmişdən əvvəl ölün!" - Əl çəkin zülm etməkdən, yırtıcı
ehtiraslardan, acgözlükdən, sərvət və şöhrət düşkünlüyündən. Əl çəkin!
1372 B. Dünya budaqdan budağa atılıb səninlə əylənən sincab deyil,qədrini
bilməsən, yaşamağı bacarmasan, səni kamına çəkən əjdahadır, yırtıcıdır, gecəsi,
gündüzü kimi ikiüzlüdür, yəni aldadıcıdır.
1373 B. Dələ yalnız pişikdən qorxur. Sən ki pişik deyilsən, dələduzluqdan, pişiyi
qorxutmaqdan, alçaq ehtiraslar ilə əylənməkdən əl çək! Gecə- gündüz kimi tülkülük
etmə, ikiüzlülükdən əl çək!
Do'stlaringiz bilan baham: |