_______________ Milli Kitabxana _______________
175
Bağlamasan kökünə tazə bulağı, arxı,
Tufanla güləşərmi çinarın qol-budağı?
Arıtmasan, açmasan gözlərini bulağın,
Gözü gülə bilərmi bağrı yanan torpağın?!
Özünü dərk edənin öz könül vaizi var,
Ən gözəl öyüdləri qulağına pıçıldar.
Ağlını - qılıncını çıxar qınından bir an,
1870
Nə vaxtacan onu sən qında saxlayacaqsan?
Gənclik zəka qılıncı, pak, ülvi bir həmnəfəs,
Köhnə mücrüdən deyil, o qında qala bilməz.
Var-yoxunu bəxş elə, sovqat yolla, pay göndər,
Ta ki sənə səxavət, kərəm əhli desinlər.
Vardan murad götürmüş varlılar, dövlətlilər
Yalnız səxa gücünə var-dövlətə yetdilər.
Yalnız səxa toxumu verir bəhrə, bərəkət,
Qiyamətdə ruzudur kərəm, qüdrət, səxavət.
Öz ehsan xəzinəndən, ya rəb, pay göndər mənə,
1875
Nizami ki qulundur, fərəc ver işlərinə.
Do'stlaringiz bilan baham: |