_______________ Milli Kitabxana _______________
164
Müflislərə toxunmur bu fələyin tilsimi,
Yalnız möhtəşəmlərin qırır qafiləsini.
Bu vəfasız dünyadan könlüm bir az halıdır,
1740
Arını məhv eyləyən öz şəhdi, öz balıdır.
Tamah salan varmı heç acı aslan ətinə?
Öləndə qurd-quş belə toxunmaz cəsədinə.
Ayaq üstə duran şam xonçada, başda gəzər,
Bədirlənmək istəyən Ay incələr, əksilər.
Torpaqla qurd dostluğu eləyir daim külək,
Özü yüngül, əli boş, heç nə itirməyəcək.
Göl quşları bilir ki, balıqların bəlası,
Gümüş pullarındadır, pullar ovun aynası.
Sənin diləklərinin tərəzisi olan zər,
1745
Beş rükət namazının fatihəsinə bənzər.
Əgər Nizami kimi sən pak ola bilməsən,
Bu arzu yollarında çətin kama yetəsən.
Do'stlaringiz bilan baham: |