_______________ Milli Kitabxana _______________
130
Ucalan, dağları ara, ey şahim, müdam,
Ta ki yüksək durarsan ucaların dağından.
İnsanlıq sifətidir hər yaxşılıq, duysanız,
Xidmətidir kişiyə şərəf gətirən yalnız.
İlkin yaranışdakı əhdə sadiq olmaqdan,
Ülvi nə var? Qoy desin hünərli, məğrur insan!
Əhdin kəmərinə qoy vəfa əlini hər an,
1335
Ta ki verdiyin sözü, heç vədə pozmayasan.
Keşik çəkən ilanın xəzinədə gözü yox,
Çünki başdan-ayağa xidmət kəməridir o.
Kainatın tacıdır xidmət edən kəhkəşan,
Hər şey xidmət kəməri bağlamışdır binadan.
Hünər riştəsi tutan dilavərlər, qoçaqlar,
Belinə öz əlilə xidmət kəməri bağlar.
İşıq qaynağıdır mum - bal şanının zinəti,
Arıya xidmətilə qazanmış bu dövləti.
Sən ki xidmət yolunda kəmərini bağladın,
1340
Qalx, ey Nizami, yüksəl, açıqdır qol-qanadın.
Do'stlaringiz bilan baham: |